Sədaqətli ərin tənha ölümü
31 avqust 2012
06:00
Bu cütlük Sovet kinosunun sevimlilərindən idi. “Brilliant əl” filmindən məşhur “ditya marojennoe” ifadəsi bir vaxtlar dillərdə lətifə kimi dolaşırdı. Ölümləri də sənət taleləri kimi bənzər oldu, amma bu barədə sonra...
Söhbət SSRİ-nin xalq artisti , uşaqlı-böyüklü hamının elə təkcə “Nu, poqadi” cizgi filmindən sevdiyi Anatoli Papanovdan gedir.
Uşaqlığı
Anatoli Papanov 1922-ci ildə Vyazma şəhərində kasıb, adi bir ailədə dünyaya gəlib. Xoşbəxtlikdən ailə 30-cu illərdə Moskvaya köçür. Anatoli Moskvada dram dərnəyinə yazılır ki, küçə mühitindən uzaq olsun. Məktəbi qurtaran kimi ailəyə kömək olsun deyə zavodda fəhlə işləməyə başlayır. Eyni vaxtda “Kauçuk” adlı məşhur teatr studiyasına da gedir. Boş vaxtlarında “Mosfilm”də müxtəlif filmlərdə kütləvi səhnələrə çəkilir.
Həmin illər onun arzusu hansısa bir məşhur rejissorun diqqətini çəkmək idi ki, onun filmində normal bir rola çəkilə bilsin. Hayıf ki, o, bu arzuda ikən müharibə başlayır.
Anatoli bütün həmyaşıdları kimi müharibəyə getməli olur. Tale onu ön cəbhəyə gətirib çıxardır. Çox keçmir ki, gələcək aktyor ayağından ciddi yara alır. Yarım il hospitalda yatandan sonra müharibə əlili adı ilə geri qayıdır.
Təhsil, sevgi, ilk uğur
Qayıdan kimi Anatoli sənədlərini Teatr İnstitutuna verir. İmtahanları uğurla verib M. Orlovun kursuna daxil olur. Müəllimi onun istedadını sezməyə bilməzdi. Təhsil illərində institut daxilində müxtəlif tamaşalarda rollar oynayırdı. Diplom işində oynadığı rol isə ona uğur gətirməyə bilməzdi, çünki həmin tamaşada ən parlaq oyun tərzi məhz Anatolinin idi. Həmin tamaşadan sonra onu eyni vaxtda iki teatra işləməyə dəvət edirlər.
Həmin vaxt Papanov artıq kurs yoldaşı Nadejda Karataeva ilə evli idi. Xanımını Baltikyanı ölkə teatrına işləməyə göndərdiklərindən Papanov da xanımı ilə birgə həmin teatrda işləməyə getməli oldu.
Çox az müddət keçəndən sonra Papanov Andrey Qonçarovun dəvəti ilə xanımını da götürüb Moskva Satira Teatrına gəldi.
İllər keçirdi, amma Papanov kimi aktyor həmin teatrda o qədər də diqqət çəkə bilmirdi. Əksər vaxt ikinci dərəcəli rollar onun qismətinə düşürdü.
Yalnız Qoqolun “Müfəttiş” əsərinin tamaşasında oynadığı baş rol onun teatrda uğurlarının əsasını qoydu. Anatoli Papanov kimi geniş spektrli komik rollar ustası həmin teatrda 50 il – ömrünün sonuna qədər işləyib.
Кino
Nəhayət, 60-cı illərin sonunda Anatoli Papanovun Serpilin də rol aldığı “Ölülər və dirilər” filminin gözlənilməz uğuru onun kino taleyinə işıq saldı. Bu filmdən sonra kinemotoqrafiya dairəsi onu öz mühitinə həvəslə qəbul etdi. 60-cı illər onun kino taleyində əvəzsiz iz buraxdı. Həmin illər Sovet kinosunun da çox uğurlu illəri idi. Bir-birinin ardınca müxtəlif janrlarda çox maraqlı filmlər çəkilir, dünya festivallarında baxılır, qəbul olunur, sevilirdi. Papanov həmin filmlərdə tündxasiyyətli, bəzən komik, bəzən faciəvi talelər yaradırdı.
“Bizim ev”, “Sabah gələrsiniz”, “Don Kixotun uşaqları”, “Şikayət kitabçanızı verin” kimi filmlər həmin qəbildəndir.
Eldar Ryazanovun 1966-ı ildə çəkilmiş “Avtomobildən qorunun” filmindəki rolu isə onun kinoda vizit kartı oldu. Bu rol həm ona şöhrət gətirdi, həm də aktyoru komik ampulaya köklədi.
Onun Leonid Qaydarın “Brilliant əl” filmindəki unudulmaz Lelik obrazı bu gün də filmin ən maraqlı obrazı kimi sevə-sevə baxılır, ondan sitatlar gətirilir. O cümlədən “12 stul” filmindəki Kisa Vorobyaninova.
“Uğur centlmenləri”, “Yeddi qoca və bir qız” filmləri də sevilən filmlərdir ki, hər birində Papanov maraqlı, yaddaşlara yazılan rollarda çəkilib.
Ampula dərdi
Bütün bu şöhrətə, sevgiyə rəğmən Anatoli Papanov içinə düşdüyü ampuladan məmnuniyyətlə imtina etməyə, çıxmağa çalışırdı. Ən böyük arzusu dramatik bir obraza çəkilib içində daşıdığı potensialı onu sevən tamaşaçıya göstərmək idi. Yəni mən belə rol oynamağı da bacarıram. Amma alınmırdı. Rejissorlar ona belə obrazı həvalə etməyə ürək eləmirdilər. Tamaşaçının onu başqa ampulada qəbul edə bilməyəcəyindən ehtiyat edirdilər.
Yalnız bir dəfə rejissor Andrey Smirnov ona “Belarus vağzalı” filmində Dubinski rolunu verdi. Aktyor çox yaxşı bir oyun nümayiş etdirsə də tamaşaçı bu rolda onu sevmədi, çünki gözlədiyi komediyanı ondan ala bilmədi, gözlədiyinin əksini qəbul etmədi. Nəhayət, Papanovun özü də tamaşaçının istəyi ilə razılaşmalı oldu.
Aktyorun istedadından yalnız kino və teatr faydalanmayıb. Sovet cizgi filmi onun səsini bir çox personajlarda verib, onlardan ən məşhuru “Nu poqodi” filmində canavarı səsləndirməsidir.
Nə yazıq ki, bu cizgi filminin son hissələrini yazdırmaq aktyora qismət olmadı. Ondan sonra filmin çəkilən və başqa aktyorlar tərəfindən səsləndirilən hissələri əvvəlkilər qədər uğur gətirmədi.
Ömrünün sonlarında aktyor demək olar ki, filmə çəkilmirdi, yaradıcılığını elə Satira Teatrı ilə məhdudlaşdırmışdı. Ekranda son rolu “53-cü ilin soyuq yayı” filmində Kopalıç obrazı oldu. Bu filmi görmək belə aktyora qismət olmadı. Aktyor dünyasını dəyişəndən sonra film ekranlara çıxdı.
Şəxsi həyatı və küskün dəfni
Anatoli Papanov həyatda çox sadə və səmimi insan olub. Onun Allaha böyük inamı vardı. Həyatı boyu tamaşalardan, filmlərdən qalan boş vaxtını məbəddə keçirib. Ona dəfələrlə Kommunist Partiyasına keçsə, həyat yolunda hər şeyin yağ kimi gedəcəyini vədi ediblər, amma aktyor imtina edib. Onun yaxın dostları o qədər də çox deyildi, çünki bu adam daha çox sənətinə və ailəsinə bağlı idi.
Bir dəfə özü də yarızarafat, yarıciddi deyib: “Mənim bir teatrım və bir arvadım var”.
Nadejda Karataeva ilə Teatr İnstitutuna qəbul olunduğunun onuncu günü evlənmişdi. “Bu qadını görən kimi bildim ki, bu, mənim həyat yoldaşım olacaq, odur ki, vaxt itirmədən onu sevdiyimi deyib, evlənmək təklif etdim”.
Nadejda Karataeva: “Əvvəlcə bu təklifdən çaşıb qaldım, çünki çox az müddət idi tanış olmuşduq, sonra içimdən bir qüvvə dedi ki, sən onu çoxdan tanıyırsan, yanılmazsan və razılıq verdim”.
Xarakter və ruhu eynilik gözəl bir ailənin başlanğıcı oldu. Onlar ömür boyu ayrılmadılar. Onların qızları Yelena da ata-anasının yolu ilə gedib aktrisa oldu.
Anatoli Papanovun çox maraqlı bir vərdişi vardı. Çox sadə, ucuzvari cins və köynək geyib bazar günləri öz bağının ətrafında velosiped sürərmiş. Öz populyarlığından utanan aktyor bunu ona görə edirmiş ki, onu Papanova oxşatsalar da düşünsünlər ki, o boyda aktyor belə kasıb geyinməz, hamının gözü qarşısında velosipedlə gəzməz.
İndi onun Mironovla dostluğuna gələk. Bir teatrda çalışan və bir neçə kinoda tərəf müqabili kimi çəkilən iki aktyoru xarakter yaxınlığı da birləşdirmişdi. Dostluq edirdilər. Bir gün Anatoli Papanov öz mənzilindəki hamamda duş qəbul edərkən ürəyi ona namərdlik edir. Aktyor yaxınlıqdakı su qızdırıcının üzərinə yıxıldığından onu həm də elektrik cərəyanı vurur. Bağdan axşam evə qayıdan xanımı onu bu vəziyyətdə görür.
Səhəri aktyoru Moskvada bütün sənətkarların uyuduğu məşhur “Novodeviçi” məzarlığında dəfn edirlər. Həmin gün Andrey Mironov da Satira Teatrının bütün aktyorları kimi dəfnə gələ bilmir, yeni tamaşanın son məşqlərini edən rejissor onu da dəfnə buraxmır.
Eyni tale bir neçə müddət sonra dünyasını dəyişən Mironovu da gözləyirdi, o, da sənət dostu kimi, öz iş yoldaşlarının-aktyorların deyil, pərəstişkarlarının çiynində son mənzilə yola salındı.
Tərcümə etdi: Ramilə Qurbanlı

2183 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024