Türkmən qadının ehtirası və divan ədəbiyyatı

Türkmən qadının ehtirası və divan ədəbiyyatı
29 avqust 2012
# 05:00
“Platonik məhəbbət” divan şeirinin mövzusudur.

Ortalıqda konkret, döşlü-başlı, ətli-canlı bir sevgili yoxdur.

Şair kiməsə vurulub, oxuyursunuz amma bu qadındır, kişidir, Allahdır, kimdir bilinmir.

İlahidir. Mistikdir. Mücərrəddir.

Müəllifin beynində baş verir bunlar.

Sevdadan çox duaya oxşatmaq olar bunu.

Məsələn Nədim (Osmanlının ən məşhur divan ədəbiyyatı şairlərindən biridir – red.) bəzəkli-düzəkli sözləri nəqqaş kimi işləyərək bir ovsun yaradır:

“Haddeden geçmiş nezâket yâl-ü bâl olmuş sana
Mey süzülmüş şîşeden ruhsâr-ı al olmuş sana...”

Çəlləkdən süzülən şərabın yarın yanağında qızardığını başa düşərsiniz, elə qədərdir...

Çünki sevgi xəyallarda olduğu müddətdə gözəl sayılır. O birisi bayağılıqdır.

Xalq ədəbiyyatına gəlincə...

Divanın “xəyali sevgili” obrazı bəzi xalq aşiqlərinə sirayət etsə də, ümumiyyətlə xalq ədəbiyyatında qadın mey məclislərində deyil, çadırda, dağ yolunda, bulaq başında bütün təbiiliyi ilə çıxar qarşımıza... Ətli-canlı, döşlü-başlı, adlı-sanlıdır...

Əlində eşq şərabı deyil, süd bidonu, su səhəngi, toy xınası var. Qaracaoğlanın dili ilə desək: “Atlas tumanları ak topuk üstüne dökülmüştür. Bellerine ibrişim kuşak bağlar, boydan boya ak sevaylar giyinirler. İş içinde ağ memeleri domur domur terlemiştir.”

Məsələ burasındadır ki, bu sevgilisi aseksual bir məxluq deyil, sevgiyə qarşılıq verən, kişisinə seksual istəyi olan, sağlam qadındır.

Qaracaoğlan görək nə deyir:

“Sabahtan uğradım ben bir güzele
Ağlatmadı güzel, güldürdü beni
Ben güzelden de böyle vefa ummazdım
Ağ göğsü üstüne kondurdu beni.
Tomurcuk memesin verdi ağzıma
Yorgunsun sevdiğim, em dedi bana
Yönümü dönderdim inip gitmeye
Sarıldı boynuma indirdi beni”

Qaracaoğlanın yaradıcılığını tədqiq edən İlhan Başgöz yazır ki, köçəri həyat yaşayan türkmənlər cinsi tabulardan uzaq həyat yaşayırdılar.

Çadırdakı türkmən qadını dörd divar arasında kişidən ayrı yaşan şəhərli qadına nisbətən çox rahat idi.

Bütün günü çadırdan çöldə işində gücündədir. Buna görə də dinin təqdim etdiyi qadın şablonuna uyğun gəlmir.

Həyatda olduğu kimi şeirə də ətli-canlı girər.

Buna görə də Karacaoğlan “Ay doğup da şafak atmada sandım / meğer yarin düğmeleri çözülmüş” deyərək divan şeiri ilə məzələnir.

“Ayın doğması”ının onun dünyasında konkret və dünyəvi bir mənası var. Sevgilinin vasitəsi ilə Allaha eşq élan etməz. Tərsinə, ““Öpülmemiş kızların kabul olmaz orucu” deyərək, sevgiyə mane olan inanc sistemini rədd edər.

Görəsən türkmən çadırıyla Osmanlı sarayının, xalq aşıqları ilə islam qaydalarının, dini qadağalarla sekulyar ehtirasların, hüri xəyalı ilə dünyəvi həqiqətin qarışığından necə bir mədəni sintez yaranması haqqında düşünək…

Can Dündar
# 2458 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #