Çexovun “Qağayı”sı Xəzər dənizində...
14 avqust 2012
10:54
- Alo, biz çəkməyə başladıq...
- Nə vaxt, harda çəkirsiniz?
- Sabah Nardaranda.
Rejissor Elvin Mirzəyev idi, söz verdiyi kimi çəkilişlərə başladığını xəbər verdi. Elvin Mirzəyev Çexovun “Qağayı” əsəri əsasında yeni serialın çəkilişlərinə başlayıb. Daha doğrusu filmin bir neçə seriyası artıq ötən ildən hazırdır, ilk seriyasına hətta Elvinin kompyüterində redaksiyamızda qonaq olarkən baxmışam. Çox diqqətimi çəkmişdi...
Bazar günü vədələşdiyimiz kimi səhər saat 8.30-da Respublika sarayının arxasında çəkiliş qrupu ilə görüşüb, yola düşdük.
Sizin çimərliyi öz çəkiliş meydanımız hesab etdik...
Saat 9.30 idi, gün artıq öz işini görməyə başlamışdı. Amma hələ dənizin həzin mehindən isti o qədər də hiss olunmurdu. Nardaran bağlarında yaşayanlar dəniz kənarına-qumluğa tökülüşüb. Bura doğrudan da başqa çimərliklərdən fərqlidir, dəniz daha gözəl və təmiz, qumlu sahil isə daha ekzotikdir. Çimərlik deyil əslində, çimərlik bir qədər kənardadır, amma bağ camaatı buranı özləri üçün çimərlik edib.
Onlar çimərlik kimi istifadə edir, Elvin Mirzəyev isə çəkiliş meydanı kimi. Özü Maştağada yaşadığından alaqaranlıqda bu məkana gəlib və çəkiliş qrupu çatana qədər artıq məkanı qurub.
Ərazidə FHN-nin sularda mühafizə xidmətinin qərargahı var, müvəqqəti olaraq çəkiliş qrupunun ixtiyarına veriblər, amma öz işləri ilə məşğul olmaq şərti ilə.
Elvin Mirzəyev sənət dostu Toğrul Rza ilə prodakşın yaradıb işə başlayanda bir qəpikləri olmayıb. Ssenari sifariş verib öz hesablarına bəzi seriyaları da çəkiblər. Bu cəsarətli addımdan sonra efirlərə bir çox seriallar çıxdı. Ayaqları yalın, şalvarı dizindən aşağıya qədər çırmanmış rejissoru hazırlıq işlərindən bir az aralamalı oluram, bir azdan çəkiliş başlayacaq, onda rejissora heç yaxın durmaq olar?!
- Əvvəlcə deyin görək, Çexovun əsəri əsasında serial çəkmək hardan ağlınıza gəldi?
Elvin Mirzəyev: Çexovun “Qağayı” əsərini adaptasiya etmişik. Ssenarini Firudin Məhərrəmovla birgə Rusiyada yaşayan, çox sevdiyimiz həmkarımız, Rusiyanın əməkdar incəsənət xadimi Ələkbər Həsənzadə yazıb. İdeya mənə məxsusdur, çünki Çexov dünyəvi dramaturqdur. Biz hamımız adi həyat yaşayırıq, amma bu sadəliyin, bəsitliyin alt qatında çox mürəkkəb həyat durur. Seriallarda bu mürəkkəblik araşdırılmır, biz buna çalışmışıq. Məsələn, dünyanın axırı haqqında çox danışılır, serialda bu bir qırmızı xətt kimi keçir, qəhrəmanlarımız o haqda danışır. Qurban deyir ki, dünyanın axırı artıq gəlib. Dünyanın axırı o demək deyil ki, kataklizmlər baş versin. İnsanlar arasında ünsiyyət qırılıbsa, deməli dünyanın axırıdır. Bir qağayının ölümü dünyanın sona çatdığını xəbər vermir, amma bu artıq insanlar üçün bir siqnaldır. Sonda Safurənin oğlu intihar edir. Qəhrəmanlar hərəsi bir cür bədbəxt olur. Başlanğıcda isə çox zəngin bir həyat göstərilir, sonra yavaş-yavaş həmin zəngin ailənin dərinliklərinə varılır, həqiqətlər, reallıqlar ortaya çıxır. Bütün bunlar da həkimin nəzərləri ilə verilir, onun baxışından süzülür”.
Toğrul Rza serialın həm ideya müəlliflərindən, həm də qəhrəmanlarından biridir. Tərs kimi bir 07-i də var, serialın bütün problemlərin arxasınca Toğrul Rza həmin 07-i ilə birgə getməli olur. Məsələn, çəkilişə lazım olan, amma yaddan çıxan nəyisə almaq kimi: “Çexova görə bu qəhrəman Treplevdir, burda biz Qurban adını qoymuşuq. Bu oğlan əslində elə özü də Qurbandır. Bir ailə faciəsinin günahsız qurbanı. Anası keçmiş aktrisadır, ona elə gəlir ki, anası düzgün həyat tərzi keçirmir. Çalışır ki, anasına bunu sübut etsin, çalışır, amma buna nail ola bilmir. Uşaqlıqdan qayğıdan, diqqətdən, özünün təbirincə desək sevgidən məhrum olmuş bu oğlan sonda intihar edir. Onun uşaqlıqdan aldığı və davam edən psixoloji travmalar buna gətirib çıxarır. Sevdiyi qızın da onu tərk etməsi, sevdiyi sənətə anasının barmaqarası yanaşması intihara təkan olur. Obraz materialla doludur, xarakterikdir, buna görə də çətindir və maraqlıdır”.
Bayaq, biz çəkiliş məkanına çatanda kimsə başında Yasir Ərəfat yaylığı, üstündən də “kepka”, əynində isə şort dənizin içindən çıxıb bizə sarı gəldi. Əvvəlcə tanımadım, keçib paltarını dəyişib gələndən sonra gördüm ki, səhər-səhər dənizi siftə eləyən bu adam aktyor Vidadi Həsənov imiş. Onunla söhbətimiz necə alındısa, əvvəlcə teatrdan danışdıq. Deyir ki, teatr xalqa məxsus deyil: “Bu Sovetin aşıladığı axmaq düşüncə tərzidir. Zəhləm getmiş Marksın bir fikri var. Deyir ki, ədəbiyyatı bilməyən adamla ədəbiyyatdan nə danışmaq olar. Eləcə də teatrı bilməyən adamın teatrda nə işi var. Xalqın hamısını teatrdan başı çıxa bilməz. Teatr zövqü, intellekti olanlar üçündür. Necə ki, klassik musiqi, caz, Səttar Bəhlulzadənin əsərləri hamı üçün deyil, eləcə də teatr.” Sonra Vidadi müəllim Milli Dram Teatrının indiki repertuar siyasətindən danışdı: “Bir vaxtlar Xeyrəddin Qoca da dramaturq olmuşdu, indi heç olmasa normal repertuar var.”
- Ay Vidadi müəllim, lap İsrafil İsrafilovun qohumu kimi danışdınız?
- Yox, vallah, Milli Dram Teatrı da ayrıca evdir, xalqın evi ilə nə işimiz var.
- Yaxşı keçək, bu serialdakı obrazınıza, bilirəm obraz sözündən xoşunuz gəlmir, yaxşı, olsun, bu serialdakı missiyanız nədən ibarətdir?
- Əşi, heç nə, bekarçılıq idi, dedilər gəl çəkil, gəldim.
- Rejissor sizin qəhrəmanınız haqda dedi ki, həyatdan baş çıxarmayan adamdır. Ayşad Məmmədov isə deyir sizin xarakterini yaradacağınız rol bacısına özünü fəda etmiş bir qardaşdır.
- Qoy, onlar hər ikisi öz işləri ilə məşğul olsunlar. Mən Safurənin qardaşı Sabit rolundayam. Məni çəkib gətirən elə Çexovun adı oldu, sonra da gənc rejissor Elvin faktoru var, onun rejissor kimi zövqü, baxışı mənə maraqlı gəldi. Bu uşaqların təşəbbüslərindən xoşum gəldi, dedim gəlib havayı çəkiləcəm. İndi şükür ki, ATV bəyənib alıb serialı. Sabit özünü bacısına həsr edib, uğursuz ailə həyatından bir övladla başsız qalan bacısının oğlunu öz oğlu bilir. Ana ilə oğlun arasındakı mənasız konflikt onu üzür, bunu aradan qaldırmağa çalışır. Çexova görə qəhrəmanımın adı Sorindir, milliləşdirib Sabit eləmişik.
Vidadi Həsənovla söhbətimiz uzun çəkdi, hamısını vermədim. Mən Ayşad Məmmədovun yanına gedib çıxınca dönüb baxdım ki, Vidadi Həsənov uzanıb yerə yuxu bişirir. Neynəmək olar, çünki oldun dəyirmançı, lazım gələndə yerdə də yata bilərsən.
Aktyorun küçə iti ilə ünsiyyəti
Hələ Ayşad Məmmədovu nə qədər ki, qrim eləyirlər onunla danışım, yoxsa çəkiliş başlayanda çətin olar. Deyir həm senari, həm də rolu onun çox ürəyincədir: “İşləmək üçün yaxşı material var, nə qədər milliləşdirilsə də, senari yazılsa da serialda ümumilikdə Çexov ruhu saxlanılıb. Mən Çexova görə Dorinəm, burda Davud - Safurə xanımgilin ailə həkimiyəm. Bir az mübahisəli obrazdır, deyilənlərə görə gəncliyində Safurəni sevib, ailəni yaxşı tanıyır. Sabit, Qurban, Safura hər biri ayrı-ayrılıqda nə istəyir bunu Davud bilir. Bu əsər talesiz insanların dramıdır. Özünün həyatı da alınmayıb, keçmiş sevgilisindən qızı var, onu özü bilir, amma qızın atası hesab olunan deyə bilmir ki, bu sənin yox, mənim qızımdır. Çexov özü də həkim olub axı, ona görə həkim kimi obrazı gözəl verib. Hamısını danışmayacağam, maraqla çəkildiyim roldur.”
Elxan Rzadan danışım. Onu ilk dəfə bələdiyyə Teatrında “Ölülər” tamaşasında Kefli İsgəndər rolunda görmüşəm. Deyəsən, heyvanat aləminə də yaman meyli var. Bayaqdan dəniz kənarında bir iti tutub onunla oynayır. Küçə iti onu o qədər özünə çəkib ki, aktyor onu sığallayandan sonra heç əlini də yumadı. Sserialda Muraddır, Çexovda adı yoxdur, dramaturq kimi verilir. “Yaradıcı adamdır, mənfi xüsusiyyətləri çoxdur. Çətin obrazdır, çalışırıq olduğu kimi verə bilək.” Hə bu aktyor, yəni Elxan Rza həm də Toğrul Rzanın qardaşıdır, deyir yox, sadəcə Toğrul da atamın oğludur.
Safura oynayacaq, amma onu Suqra kimi təqdim etdi
Nigar Həsənzadə maraqlı aktrisadır, hərçənd cəmi bir rolunu görmüşəm, “Əli və Nino” tamaşasında Elvin Əlini, o isə Ninonu oynayır. Tamaşanın rejissoru da Elvin Mirzəyevdir, baş rolları öz həyat yoldaşı ilə bölüşdürüb. Bu da tamaşanın inandırıcı alınmasında az rol oynamayıb. Nə isə...bu dəfə də aktrisa Nina rolundadır: “Görünür bu adla nə isə bağlılığım var, amma serialda Ninanı Sara adlandırmışıq. Obrazın görkəmini şərq qızına məxsus etmişik. Obraz olduğu kimi qalıb, sadəcə mənim əlavələrim də var”.
Qaldı, əsas rolun ifaçısı, yəni Safuranı oynayan müğənni Nazpəri Dostəliyeva. Yox, hamıdan sonra da olsa çəkilişə gəlib çıxdı. Pondan obrazı barədə soruşdum. Dedi ki, onun oynadığı Suqra hər bir aktrisanın arzusunda olduğu obrazdır: “Mən müğənni kimi çox işlər görmüşəm, hamısı da uğurlu alınıb. Bu aktrisa kimi ilk sınağımdır, görək, tamaşaçı qəbul edəcəkmi, məncə, bu da uğurlu olacaq.”
Bayaqdan istedadlarına şübhə etmədiyimiz aktyorlar Ayşad Məmmədov, Vidadi Həsənov heç belə inamlı danışmırdılar. Əhsən, bu da bir keyfiyyətdir, obrazının adını düz deməsə də uğurlu alınacağına əminliyi var. Onu da çəkiliş meydançasına yola salıb, arxasınca da foto-reportaj üçün getdim. Çoxdan belə zillət çəkməmişdim. Artıq günortadır, çəkiliş indilərdə başlayıb, bir kadr alınır, o biri yenidən çəkilməli olur. Çətirlərin altında da günəş şüalarından, istidən yayınmaq olmur. Həqiqətən də bu kino ki, var çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib. İnanmırsınız, elə isə fotolara yaxşı fikir verin, görün binəva operator Azad çəkilişi harada və necə edir. Rejissor hansı çətinlikləri yaşayır. Aktyorlar bu istinin altında hansı məşəqqətlərdən keçirlər. Mənsə o istinin altında bir-iki saat ancaq tab gətirə bildim. Nardarandan geri qayıdanda saat 16.00-u göstərirdi. Çəkiliş qrupu isə hələ çəkməyində idi.
Hə, unutmamış onu da deyim ki, bu əslində serial yox, çoxseriyalı bədii filmdir, hər halda rejissor belə deyir. Çəkilişlərdən bəlli olur ki, maraq doğuracaq “Qağayı” filmi müqaviləyə əsasən sentyabrın 15-indən ATV kanalında nümayişə başlayır, şənbə günləri saat 21.00-da...

2091 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024