AMEA-da afişa və reklamların dili ilə bağlı müzakirə

AMEA-da afişa və reklamların dili ilə bağlı müzakirə
20 iyul 2012
# 15:32
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

İclası Humanitar və İctimai elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında imzaladığı Sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi qrupunun indiyə qədər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi, AMEA-nın Rəyasət Heyəti, Milli Məclisin üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmış və qeyd etmişdir ki, bu görüşlərin Dövlət Proqramını hazırlayan İşçi Qrupun üzvləri üçün ciddi faydası olmuşdur. Bugünkü görüşə isə Bakı şəhərində küçə və meydanlarda adlar, reklamlar, afişalar yerləşdirən müvafiq dövlət və ictimai qurumların nümayəndələri dəvət olunmuşlar.

O, İşçi qrupunun bu günə qədər gördüyü işlər barədə geniş məlumat vermiş və dəvət olunan qurum nümayəndələrinin Dövlət Proqramının hazırlanması ilə bağlı faydalı təkliflər irəli sürəcəyinə əmin olduğunu ifadə etmişdir. O, iclas iştirakçılarına Prezidentin sərəncamında küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulmasının təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrildiyinin xüsusi qeyd olunduğunu xatırladaraq müzakirə olunan məsələnin nə dərəcədə ciddi olduğunu vurğulamışdır.

İclasda AMEA rəhbərliyinin nümayəndələri (Akademiyanın vitse prezidentləri Arif Həşimov, Nailə Vəlixanlı), İşçi Qrupun üzvləri (akademik Vasim Məmmədəliyev, müxbir üzvlər Tofiq Hacıyev, Teymur Kərimli, Rəfael Hüseynov, professorlar Fəxrəddin Veysəlli, Aydın Ələkbərli, İsa Alıyev, Paşa Kərimli, Muxtar İmanov və başqaları) Bakı Şəhəri İcra Hakimiyyətinin məsul işçiləri (Fidumə Hüseynova, Pərviz Abdullabəyli, Saleh Məmmədov və başqaları), Əmlak Məsələləri Komitəsinin (Anar Nərimanov), “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun (Elçin Yusubov), həmçinin Bakının müxtəlif rayonlarının mənzil istismar idarələrinin (Faiq Qarayev və b.) əlaqədar nümayəndələri iştirak etmişlər.

Dilimizin bu istiqamətdəki fəaliyyəti, məlumdur ki, cəmiyyətin bütün üzvlərində xüsusi həssaslıq və narahatlıqla qarşılanır. Müzakirələrin gedişində bu hal bir daha özünü göstərdi. Bununla əlaqədar Dövlət Proqramına işlək mexanizm ünsürünün daxil edilməsi razılıqla qəbul edildi. Vurğulandı ki, təmsil olunan qurumların və dilçi alimlərin nümayəndələrindən ibarət daimi komissiya yaradılsın və bu komissiya təkcə Bakının deyil, bütövlükdə ölkənin digər şəhərlərinin küçə və meydanlarında reklamların, afişaların dili ilə bağlı tövsiyəverici funksiyalar daşısın.

İşçi Qrupunun fəaliyyəti davam edir. O, cəmiyyətimizin hər bir üzvündən arzu və təklifləri qəbul etməyə hazırdır.

# 1131 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #