Tale ilə təkbətək
22 sentyabr 2011
14:10
Hələ diktofonu qoşmamış həmsöhbətim cəmiyyətdən, insanlardan bir az giley-güzar elədi. Gördüm lap mənim kimi baş götürüb getməyə saflıq, sevgi, ünsiyyət, mehribanlıq, səmimiyyət kimi unudulan dəyərlərin hökm sürdüyü bir yer axtarır.
Sənubər İsgəndərova ilə “Sənətdən kənar” layihəsindəyik.
- Hərdən sənə elə gəlir ki, bu dünyanın adamı deyilsən?
- Yox, bu dünyanın adamıyam, amma bu əsrin adamı deyiləm. Klassik əsərlər oxuyanda hərdən özümü orda hiss edirəm, amma tam əminliklə də deyə bilmirəm ki, mən filan əsrdə yaşamalıydım, bəlkə yaşamaq istədiyim əsr hələ irəlidədir, gəlib çıxmayıb...
- Elə bilirsən, keçmişdə, yaxud gələcəkdə yaşasaydın hər şey başqa cür olardı?
- Bilmirəm də, onu bilirəm ki, yerimdə deyiləm.
- Hələ romantiksən?
- Məndə məqamına baxır, hərdən çox romantik oluram, hərdən hədsiz dərəcədə realistəm. Son vaxtlar hiss etmişəm ki, ağlamağı yadırğamışam, biri mənə dərdini danışır, ağlayır mənim heç gözlərim də dolmur. Yas yerləri mənə süni təsir bağışlayır. İndi sənə danışa-danışa özüm üçün də analiz edirəm ki, ya hisslərim korlaşıb, ya insanların səmimiliyinə inamım itib. Ya nə bilim? Hərdən də pişiyin də vəziyyətinə baxıb ağlayaram.
- O artıq sənin daxili vəziyyətindən, ovqatından asılıdır...
- Ola bilər. Əvvəl hansısa filmə baxıb ağlayardım. Yaxın günlərdə mənə dərdini danışan adamın dərdinə belə biganə oldum.
- Görünür, səmimiliyinə inanmayıbsan...
- Əqrəb bürcünün çox böyük intuisiyası var.
- Cəmiyyətdə insanın haldan hala düşməyi sənə necə təsir edir, bu yaşadığımız zamanın fəsadlarıdır?
- Ondan başqa insanın canında da haldan hala düşməyi bacarmaq varsa, düşdüyü situasiyaya uyğunlaşacaq. Atalar oğullar problemi isə bütün zamanlar üçün var. Bizə elə gəlir ki, bizim gəncliyimizdə hər şey, hamı daha yaxşı idi, xeyir, biz elə görürdük. Gənc idim insanları, həyatı hələ yaxşı tanımırdım. Əslində, forma dəyişir, məzmun dəyişmir, yaranışından insan hansı xislətdədirsə, elə də qalır.
- “Xəmirim belə yoğurulub dəyişə bilmirəm”, səncə...
- İnsan dünyaya necə gəlirsə elə də olur. Paxıldırsa, paxıl olacaq, ürəyi təmizdirsə, elə də qalacaq. Sadəcə, insan bir az hiyləgərləşə bilər, siyasətcil olar. Mən gəncliyimdə çox düz danışan idim, indi də eləyəm. İnsanın düz alnının ortasına deyərdim ki, sən beləsən, indi onu deməməyə üstünlük verirəm, amma yalan danışmıram.
- Bir halda ki, təbiətcə səmimisən, dəyişmək olmur, amma o səmimiliyin altını çəkirsən? Bəzən səmimi olmaq lazım gəlməyən məqamda da səmimi olursan və bu sənə ziyan gətirir?
- Min dəfə deyirəm ki, daha belə olmayacam, bu heç kimə lazım deyil, hirsim soyudu həmin adamam, yenə özüməm, başqa cür ola bilmirəm. Səmimi olmaq qarşı tərəfin mənə yuxarıdan aşağı baxmağı ilə nəticələnib. Deyiblər mənə ki, böyük sənətkarsınız, demişəm, əstəğfirullah neynəmişəm ki, o sözdən qaçmışam, əvəzində qarşılandığım kimi yola salınmamışam. Ümumi bir tabloda mənim də nə isə cizgim var, amma onu da deməkdən çəkinmişəm, nəticədə isə baxmışam ki, qarşımdakı üçün adiləşdim. Gərək deyəydim ki, tablonu elə mən yaratmışam.
- Belə çıxır ki, özündən müştəbeh olmaq lazımdır...
- Onda daha hörmətli olursan. Əvvəllər verilişlərə dəvət alanda qətiyyən maraqlanmazdım, məndən başqa kim olacaq, məni çağırıb sağ olsun, hər kəsin öz yeri var. Sonra gördüm ki, yox, gərək soruşasan ki, məndən başqa kim olacaq, mən filankəslə bir verilişə gələ bilmərəm. Belə olanda səni daha yüksək tuturlar, mənim kimi hərəkət edən uduzur.
- Qarşındakına hörmət qoyursan, yüksək tutursan, bu sadə etiketdir, nəticədə o, da başlayır özünü səndən yüksək tutmağa...
- Bax, buna nə ad vermək olar, həyat fəlsəfəsi, yoxsa Azərbaycan fəlsəfəsi? Məncə, sivil ölkələrdə belə əks göstərici olmaz, müsəlman ölkələrində olar. Belə görəndən sonra oturub başlayıram özümdən danışmağa ki, mən də belə eləyəcəm, mən... mən... sonra özümün özümdən zəhləm gedir ki, bu nədir, nə gicləyirsən!?
- Özünü tənqid etməyi bacaran adam müştəbehlik edə bilməz.
- İçimi yeyirəm özümü danlamaqdan ki, ay qız, sən neyləyirsən, cəhənnəmə, kimsə başa düşməsin, sən özünə xəyanət eləmə. Bax belə özümdən dönüb başqa cür ola bilmirəm.
- Görəsən, elə bir zaman gələcəkmi ki, insan məfhumu “mən”dən uca tutulacaq?
- Əlbət kimsə nə vaxtsa xatirələrin danışanda o, adam haqda bir kəlmə “təvazökar insan idi”, - deyə qeyd edəcək.
- Natiq Rəsulzadə “İnsanın dayanacağı” əsərində deyir ki, gözlənilməz zərbələrdən qorunmaq üçün insanlarla distansiya saxlamaq lazımdır...
- Düz deyir, hamı ilə həmişə distansiya saxlamışam. Səni illərdir tanıyıram və çox istəyirəm, amma nə vaxt şəxsi sual verib içinə girmək istəmişəm, eləmərəm. Bax bu distansiyanı əzizlərimlə də saxlayıram, qızımla belə. Əgər lazım bilsə o, insan özü açılar mənə, mən onun daxilinə nüfuz etməyə çalışmamalıyam.
- Bəlkə, özünün daxili aləmini gizlətmək istəyində yaranır bu?
- Yox, həmişə qorxmuşam ki, hansısa sualımla, qəfil gedişimlə qarşımdakı insanı pis vəziyyətdə qoya bilərəm. Lazım bilsən, ürəyini açarsan mənə, mən qurdalayım ki, səni danışdırım bunu etmərəm.
- Bax bu daxili distansiya, daxili senzura, ümumilikdə mədəniyyətidir. Qurdalamaq isə dedi-qodu yaratmaq istəyənlərin şakəridir...
- O qədər “can”, “sənə qurban” deyənləri dar günümdə yanımda görməmişəm, 13 yaşımda anasız qız uşağı o qədər taleyimlə baş-başa təkbaşına qalmışam ki... Ona görə illər tənhalığa qapılmaq verdi mənə, ona görə bərkidim, belə formalaşdım.
- Necə?
- İnamsız, səmimiyyətə inamsız. Yasda ağlamıram, evə gəlirəm təklikdə ağlayıram. Adam var ki, yas çadırında rola girir, çıxan kimi üzünü sığallayıb deyir – “uf, qırış əmələ gəldi”, şaqqanaq çəkib gülür. Elə edə bilmirəm, bir hadisə məni ağladırsa ağladır, güldürürsə, güldürür, rola girə bilmirəm.
- Bəs, səhnədə necə rola girirsiniz?
- Bunu yaxınlarım da deyir, amma səhnə başqa, həyat başqa. Düzdür, səhnəyə də çətin uyğunlaşdım, rollarıma baxıb ağlayırdım ki, bu nə biabırçılıqdır, sənətimi dəyişməliyəm, məndən aktrisa olmayacaq. Allah rəhmət eləsin, Hüseynağa Atakişiyevə, dedi, ay qız, sən nə danışırsan, məndə özümə inam yaratdı.
- Rəhmətlik sadəcə sənətkar deyildi, ustad sənətkar idi, sənətkar yetişdirirdi, indi o yetişdirmək bacarığı olan yoxdur, ona görə də teatr sənətində dərin boşluq yaranıb. Onun yetirmələri isə özlərinə yer tapa bilmirlər, çünki başqa cür yetişdiriliblər.
- Çünki çox təvazökardırlar, Ayşad, Qurban hanı görünmürlər...
- Sən yapon filosofunun bir sözünü işlədirsən ki, özün haqda yüksək fikirdə olduğun vaxt bitirsən, deməli mədəniyyətimiz bitənlərdən ibarətdir, çünki əksəriyyəti özü haqda yüksək fikirdə olanlardır?
- Bəlkə, onların əksəriyyəti gördülər ki, özü haqda yüksək fikirdə olmadan irəli çıxmaq mümkün deyil, adaptasiya oldular, daha ağıllı tərpənib. Mənim kimi əfəllər qaldı.
- Deməli, sənə həyat çətindir?
- Çox.
- Keçək aktrisa Sənubərə, bilirəm, rollarla bağlı suallar yorub səni, amma məndə iz buraxan bir-neçə obrazına toxunacam. “Şöhrət və ya unudulan adam” teletamaşasındakı qürurlu, gözəl qadın, bir az da özünə bənzəyirdi...
- Baxanda ağlamışdım ki, niyə belə yararsız oynamışam...
- Özünü tənqid gözəldir, amma o özündən bədgümanlığa çevrilməsin. Ümumiyyətlə Deyl Karnegi tənqidin tam əleyhinədir. Deyir ki, tənqid insanda qüruru baş qaldırır və o, dərhal özünümüdafiəyə keçir, onda hər bir halda tənqid edən haqsız çıxır. Bəlkə bu tənqid elə Sovetin qalığıdır və ondan qurtulmaq düzgün olardı?
- O da düzdür, amma tənqid olunma və keyfiyyətsiz işlər gör, hara qədər? Tənqid olmasa, inkişaf da olmur e... Hansı daha düzgündür, bilmirəm, amma kim desə ki, tənqidi sevirəm, səmimi deyil, hamı tərifdən xoşlanır. Əvvəllər belə bir tendensiya vardı, deyirdi, sənin şəxsiyyətinlə işim yoxdur, filankəs, gördüyün iş heç nədir. İstər-istəməz bu elə şəxsiyyətə toxunmaqdır. Görünür, tənqid də, tərif də lazımdır, hər ikisi qədərində.
- Əndazəsində. İngiltərə ədəbiyyatında inqilab edən bir yazıçı tənqid əlindən yazmaqdan əl çəkib. İllər sonra tənqidçilər yazıblar ki, onun simasında İngiltərə ədəbiyyatı itki verib.
- İnsanı sındırır də... Tofiq Kazımovun iki tamaşası tənqid olunub repertuardan çıxarılmaqla o, insan sınıb. İndi deyirlər hanı Tofiq Kazımovlar?!
- Bəlkə, elə tənqidlə o vaxt yüksəliş vardı teatrda?
- Bu həyat o qədər qəlizdir ki...
- Bu sualları bilirsən sənə niyə verdim, istəyirəm ki, səni aktrisa kimi kəşf edə bilməyən rejissorlar oxuyub utansınlar.
- Yaralarımı qoparma.
- Hüseynağa Atakişiyevdən sonra səni kəşf edən olmadı.
- O, mayak idi, ona görə o vaxt çalışdığım baş teatrdan onun yaratdığı teatra çıxıb getdim. Sonra qayıtmalı oldum və qaranlıqda kor qaldım, hara gedəcəyimi bilmədim.
- Əlindən tutub yolu göstərən rejissor tapılmadı?
- Guya cəhdlər oldu, Bəhram Osmanovda oldu...
- Gah Bəxtiyar Xanızadə ilə “Pantomima”da bir iş quruldu, gah Vaqif İbrahimoğlu ilə “Yuğ”da?
- Elədir, amma hamısı gəldi, qırıldı, yarım qaldı. Yenə düşdüm qaranlığa. Bəhramın “Sevən qadın” tamaşasında yaxşı rolum oldu. Hamı deyir, sən özünü tapdın bu rolda, amma mən belə hesab etmirəm. Fərqli bir şeydir, amma yenə o deyil, təkanlardır, vəssalam, zirvə deyil. Əslində, aktyora 5-10 illik plan qurulmalıdır, yüksələn xətlə rollar verilməlidir. Hüseynağa Atakişiyev kütləvi roldan başlayıb aktyoru baş rola qaldırırdı.
- Bir gün komediya oynayan aktyor sabah faciə oynamalıdır. Rollarını bir xətt üzrə düzsək hansı rolların o xəttin qalxma nöqtəsində durar?
- “Yay gecəsində yuxu” tamaşasından sonra Hüseynağa müəllim bukletimə yazdı ki, sən indi başladın gözəlləşməyə, bu o demək idi ki, nə isə demişəm rolumla. 6 il idi onun teatrında işləyirdim, ilk dəfə idi mənə qiymət verirdi, sevincdən o gecəni yatmadım. Ondan sonra Burla Xatun, Gertruda, “Sevən qadın”da Elmina. Filmlərdə “Təsadüfü görüş” filmindəki obrazımı deyərdim.
- Elə psixoloji-dramatik rollar üçün potensialın var, ssenari yoxdur. Filmlər sarıdan, ümumiyyətlə arzuolunan obrazın azdır.
- “Kişi sözü”ndən sonra rollar oldu, naz elədim, daha yaxşı obraz gözlədim, sonra da kino qaldı yanı üstə, illərimiz keçdi. Ümumiyyətlə, bizdə kinoda yaxşı qadın obrazı yoxdur, kişi obrazlarıdır, yarısından çoxunu Fəxrəddin oynayır. “Şahid qız” filmində yenə mənim oynadığım qadın obrazı baş rol idi, ondan başqa hansı filmdə qadın rolu əsas qəhrəman olub ki...
- “Özümüzü kəsən qılınc”da Azərbaycan xanımı, bir də “Şah Edip”də bir üzü ağ, bir üzü qara bir adsız obrazın vardı...
- Yaxşı yadıma saldın, onları da yüksələn xətt hesab etmək olar.
- Fərqli obrazlar idi. Azərbaycan tarixində iz qoyan qadın, tarixi qadın obrazı sənin simandır.
- Rol arxasınca qaçmamışam, ürəyimdə arzusunda olduğum rol da yoxdur. Ümumiyyətlə, heç nə üçün mübarizə aparmamışam, taleyin qismətinə inanıram. Rollar da özləri məni tapıb, sonradan eşitmişəm ki, filan obraz üçün teatrda qırğın imiş, mənə verilib. Rol üçün heç mübarizə aparmamışam.
- Səhnədəki rollarından danışdıq, həyatda yox, səhnədə məharətlə rola girirsən. Bəs, Sənubərin həyatdakı rolu nədir?
- Bilmirəm. Deyim ki, övladıma yaxşı ana olmuşam, onu o deyə bilər. Orda da əyər-əskiklər olub, çünki istədiyi an yanında yox, qastrolda olmuşam. Tərs kimi həmişə onun ad günündə mənim vacib səfərim olub. Qızım sənətimə nifrət edirdi. Bacım-qardaşım yox ki, deyim, yaxşı bacıyam, qardaşam. Anamı, atamı tez itirdim, deyə bilmərəm necə övladam.
- Özünü yaman çərçivəyə salıbsan, ətrafdan təcrid olubsan...
- Həmişə qorxmuşam ki, birdən lazım olmayan məqamda lazım olmayan yerdə olaram.
- Bu kompleksdir artıq...
- Adam istəməyən deyiləm, insanpərvərəm, evimə gələn üçün ürəyimi verərəm, amma niyə adama tərəf gedə bilmirəm? Görünür, xarakteri dəyişmək olmur, amma dəyişənlər də var e...
- Yox, o dəyişmək deyil, o əslində, olanın məqamında üzə çıxmasıdır. Yubileyində yaman depressiyaya düşmüşdün, indi yubileydən sonrakı növbəti ad günün yaxınlaşır, daha depressiyaya düşməyibsən?
- Yox, yəqin alışdım o yaşa, özümü o yaşda hiss etməsəm belə. İnsan həyatında olur elə məqamlar. Qızımın toyundan sonra da əməlli-başlı depressiyada idim, sən demə nəyin uğrunda yaşayırdımsa o artıq həyata keçib. Həyatım boyu ali məqsədim qızımın xoşbəxtliyini görmək imiş və bunu görəndən sonra dərin bir mənasızlığa, boşluğa düşmüşəm. Xeyli vaxt belə davam etdi, sonra qızım hamilə oldu, düşündüm ki, qızıma lazımam. Nəvəm dünyaya gəldi, sonra qızım ikinci dəfə ana oldu. Belə-belə yaşamağa həvəs artır. Stimul var. Sənətdə də bu gün daha çox serialda məşğulam. Azərbaycan teleməkanında serial estetikası formalaşmağa başlamaq üzrədir. Belə getsə, Türkiyədəki kimi teatrı üstələyəcək.
- Əgər yaxşı ssenari yazan tapılarsa?
- Düzdür, hələ ki, axsayan tərəf odur. Yaxşı ədəbiyyatı götürüb onu seriala yönəltmək olar.
- Yaxşı ədəbiyyat demiş, mütaliəyə vaxtın var?
- Olmayan yerdən də ayırıram. Daha çox internet vasitəsilə oxuyuram.
- Məncə vaxt tapan kimi Facebook-da oturursan?
- (Gülür) O da var, ünsiyyət vasitəsi indi odur.
- Daha çox hansı janr ədəbiyyatı oxuyursan?
- Təqdim olunan pyeslərdən başqa hazırda yapon fəlsəfəsi ilə maraqlanıram, oxuyuram.
- Ona görə addım başı sitat gətirirsən. Elə isə növbəti söhbətimiz səninlə yapon fəlsəfəsi barədə olacaq. Hələlik bir sualıma da cavab ver, “Məhəbbət olmayanda” həyat necə olur?
- Görməmişəm. Yəqin elə nəzərdə tutduğun mahnıda olduğu kimi.
Ramilə Qurbanlı

1527 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024