Nikahsız halallar – cariyələr!

Nikahsız halallar – cariyələr!
2 avqust 2011
# 12:00
Cariyələr – müharibə zamanı düşmən tərəfindən əsir götürülən qız və qadınlara deyilirdi. Hüquq etibarilə qənimət sayıldıqlarından İslam dövlətlərində xidmətçiyə ehtiyacı olan qazilərə verilərdilər. Azad edilmədikləri müddətcə də ticarət predmeti kimi alınıb satılardılar.

Artıq o andan etibarən “Cariyə” ailənin bir hissəsi və bir fərdi olaraq qəbul edilir, buna layiqli rəftar görərdi. Cariyənin sahibi onu şəxsi xidmətçisi kimi ev işlərində işlədə bilər, istəsəydi onunla nikah bağlamadan cinsi əlaqədə olardı. Bu ilk baxışda nə qədər qəribə olsa da, həmin dönəmin şərtlərinə görə çox normal hesab olunurdu.

Bu barədə Quranın verdiyi hökm də mövcuddur. “Muminun” surəsinin 5 və 6-cı ayələrində bu hökm belə ifadə edilir: “O möminlər ki, ismətlərini qoruyarlar; ancaq xanımlarına və sahib olduqları cariyələrinə qarşı münasibətləri müstəsnadır. Onlarla olan münasibətlərindən ötəri qınanmazlar”.


Sahiblə yatmanın üstünlükləri



İslam alimlərinin iddiasına görə, sahibinin cariyəsindən cinsi zəmində istifadə etməsinin cariyə üçün iki mühüm faydası vardı. Bunlardan birincisi və ən mühümü, əsir düşən və sahibsiz qalan qadınların sahibləri ilə yatmaları onların qadın kimi təlabatlarının ödənməsi demək idi. Bunun nəticəsində onların fahişəlik yolunu tutmaları, zina etmələri qaçılmaz olardı.

Digər bir faydası isə cariyəin azad olması ilə bağlıdır. Yəni İslam dininin şərtlərinə görə, sahibindən uşaq doğan cariyə “uşağın anası” mənasını verən "ümmü'l-vələd" sayılardı. Cariyədən törəyən uşaq azad insan kimi qəbul edilərdi. Uşağın doğumu ilə birlikdə anası da sahibinin ölümündən sonra varislərinə miras kimi qalır, azadlığa qovuşurdu. Uşaq olmasaydı, sahibi də azad etməsəydi, digər mallar kimi cariyə də miras olaraq qalacaqdı. Bu yerdə bildirək ki, İslam dinin bu şərtinə görə, atanın yatdığı cariyə, onun ölümündən sonra oğluna miras olaraq keçirsə, deməli, oğlu atasının yatdığı cariyə ilə yata bilərdi…

Məhz bu kimi hökmlərə görə, sahibin cariyəsi ilə ər-arvad olması şərt sayılmırdı. Lakin hər vasitə ilə kölənin azadlığına qovuşdurulmasını tövsiyə edən dinimiz, cariyənin də evlənərək ev xanımı olmasını təşviq edib. Bir hədisi-şərifdə Peyğəmbərimiz bu məqamı belə ifadə edib:
“Cariyəsi olan biriniz onu ən gözəl bir şəkildə tərbiyə edib yetişdirəndən sonra onu azad edib, onunla evlənsə, ikiqat savab sahibi olar”.

Bir insan sahib olduğu cariyəini azad edib azadlığına qovuşdura bildiyi kimi, onu bir başqasına hədiyyə olaraq da verə bilərdi. Məsələn, Misir hökmdarı Mukavkısın Peyğəmbərimizə göndərdiyi 2 cariyə də bu qəbildəndir. Bu cariyələr Misirdən gələrkən yolda müsəlman olublar. Bilindiyi kimi, Peyğəmbərimiz bu cariyələrdən Mariya ilə nikaha girmişdi. Daha sonra Mariyadan İbrahim dünyaya gəlmişdi. İbrahimin doğumundan sonra Peyğəmbərimiz Mariyanı azad etmişdi.


Kölə qadın açıq-saçıq geyinə bilərdi, azad qadınsa yox!


Cariyə – kölə qadın deməkdir. Kölə də, cariyə də alınıb satılırdı. Yəni sahibinin mülküyətində olan başqa əşyalardan fərqli deyildilər. Onlar adi qadınlara tən tutulmazdılar. Azad qadının hər yeri bağlı olardı. Cariyənin, yəni kölənin isə qol və başı, dizdən aşağı hissələri açıq olsaydı, günah olmazdı. Cariyələrin mahnı oxumaları da caiz idi. Hətta bu məqamdan istifadə edib “bax müsəlmanlıqda qadınlara mahnı oxumalarına icazə var” deyənlər də tapılır. Amma onlar bilməlidirlər ki, İslam dinində azad qadınlara deyil, cariyələrə mahnı oxumaq icazəli idi. Açıq saçıq-geyinmək də onlara sərbəst idi. Bu səbəbdən də İslam dininə görə, azad qadın ilə cariyə qarışdırılmamalıdır.

Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilib.


Vüqar Qurdqanlı
# 8542 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər