Dalay Lamanın “tvit”ləri

Dalay Lamanın “tvit”ləri
29 iyul 2011
# 06:00
İnternetin köməyi ilə artıq məşhurlar, müqəddəslər, dahilər bizə daha əlçatan olub. Fürsətdən istifadə edib sizə Tibetin ruhani lideri 14-cü Müqəddəs Dalay Lamanın rəsmi hesabında paylaşdıqlarını təqdim edirik.

Qeyd edək ki, ruhani dini liderin iki milyondan çox izləyicisi var.

Dosye: 14-cü Dalay Lama 6 iyul 1935-ci ildə Tibetdə doğulub. Iki yaşında göstərdiyi möcüzələri ilə hamını təəccübləndirib və 13-cü Dalay Lamanın reankarnasiyası kimi məşhurlaşıb. 4 yaşından Tibetin müqəddəs şəhəri Lhasaya köçürülüb. 14 yaşı olmasına baxmayaraq, doqquz il müddətində çinli işğalçılara qarşı şiddət, nifrətlə deyil, sevgi və sülhlə mübarizə aparıb. Lakin Çin hökumətinin kütləvi qırğınlar törətməsindən sonra 1949-cu ildə Hindistana köç edib. 80 min tibetli ilə Himalayı aşan Dalay Lama mübarizəsinə davam edib. Nəhayət, 1989-cu ildə Nobel Sülh mükafatına layiq görülüb.

Əgər zorakılıqdan istifadə etsəniz, müvəqqəti məmnunluq əldə edə bilərsiniz. Lakin zorakılığın xarakteri gözlənilməzdir – o özü kimi gözlənilməz nəticələr doğurur.

Neqativ olan fiziki və nitq davranışlarına nəzarət etmək üçün öz ağıl və köklərini bilməli və onları ram etməlisən.

Əgər başqalarına kömək edə bilmirsinizsə, ən azı zərəriniz dəyməsin.

Biz cəsarətimizi qarşılaşdığımız çətinliklərin ölçülərinə uyğun formalaşdırmalıyıq.

Sevgi, şəfqət və başqalarının qayğısına qalmaq xoşbəxtlyin real mənbələridir.

Şəfqət başqalarının əzabdan qurtulmasını görmək arzusudur; sevgi isə başqalarını xoşbəxt görmək istəyidir.

Şəfqət və sevgi ilə motivə olmaq və başqalarının haqlarına hörmət etməkdir əsl dini inanc.

Qəzəbi qəzəblə aradan qaldırmaq olmaz. Əgər biri sənə qəzəb nümayiş etdirirsə, sən də qarşılığını qəzəblə verirsənsə, nəticə ancaq fəlakətdir.

Bu gün çoxlu problemlər və narazılıqlarla qarşılaşırıq. Yeganə həll yolumuz dialoq olmalıdır.

Ətrafındakılara bacın və ya qardaşın kimi davransan, qarşılığı da elə olacaq.

Daxili rahatlıq və sülhü yaratmadan uzunmüddətli sülhə nail olmaq çətindir.

Qeyri-zorakılıq güc, zorakılıq əlacsızlıq və zəiflik əlamətidir.

Ürəyiaçıqlıq açıq təfəkkürlülükdür.

Hazırladı:Günel ƏSGƏRZADƏ

Qeyd: Bu fotolar Dalay Lamanın rəsmi səhifəsindən paylaşılıb.
# 1853 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər