Yəhudi xanəndə: “Nazpərini toya mən çıxartmışam ”
22 iyul 2011
15:20
«Daha oxumuram. Oxuyuram e, özüm üçün, hərdən. Bir də toylara qonaq kimi çağırılanda. Toy yiyəsi xahiş edir, bir-iki ağız oxuyuram ki, inciməsinlər”.
Nisim Nisimov bu sözləri bir az nostalji hissi ilə dedi, sanki. Hiss olunurdu ki, ürəyi yenə çal-çağırda, sevimli tarının, qavalının yanındadır.
Soruşacaqsınız, kimdir axı bu Nisim Nisimov? Qısaca deyək ki, o, Qubada yaşayır. Yəhudidir. Amma söhbət ondan gedir ki, yəhudi Nisim Nisimov Azərbaycan muğamını Azərbaycanda dərindən bilən dord-beş kişidən biridir. Azərbaycan xalq mahnılarının mahir bilicisidir. Nisim Nisimov bir unikal qabiliyyət yiyəsidir həm də. O, tarda ifa edə-edə eyni zamanda muğam, xalq mahnılarını ustalıqla oxuya bilir. Və nəhayət, Nisim Nisimov bir çox ilklərə imza atmış şəxsdir.
Qısa tanıtım: Nisim Nisimov 1950-ci ildə Quba rayonunun Qırmızı Qəsəbə kəndində sadə yəhudi ailəsində anadan olub. Ailədə 7 uşaq olublar. Ailənin 6 uşağı rusca təhsil alsalar da, valideynləri nədənsə onu qəsəbə məktəbinin Azərbaycan sektoruna qoyublar. Uşaqlıqdan musiqiyə olan həvəsi onu Asəf Zeynallı adına musiqi məktəbinə gətirib çıxarır. Elə valideynləri də yeniyetmə Nisimin bu arzusunun əleyhinə çıxmırlar. Həmin məktəbdə o, əvvəlcə tar sinfində təhsil alır. Az sonra isə məşhur muğam ustası Hacıbaba Hüseynovun sinfinə keçir. Təhsilini onun sinfində davam etdirir.
“Hacıbaba Hüseynovun dərsinə gəlmədinsə, gözündən düşürdün”
- Bəxtim onda gətirdi ki, Hacıbaba Hüseynov kimi böyük sənətkarın sinfinə düşdüm.
Çox tələbkar müəllim idi. Onu kimin hansı rayondan olması və milləti maraqlandırmırdı. Təki öyrətdiklərini götürəsən. Onun dərslərindən yayındınsa, gözündən dərhal düşürdün.
Qrupunuzda tanınmışlardan rəhmətlik Nəzakət Məmmədova. Çox istedadlı idi. Heyf dünyasını tez dəyişdi”.
Gənc Nisim musiqi məktəbində oxuya-oxuya toylara da dəvət almağa başlayır. Nə az-nə çox 17 yaşında. Amma buna qədər gənc Nisimi Azərbaycan televiziyasına da dəvət edirlər. Həmin vaxt AzTV-də “Təranə” ansamblı fəaliyyət göstərirmiş. Həmin ansamblda Nisim Nisimovla birgə elə bayaq adını çəkdiymiz Nəzakət Məmmədova, Suğra İbrahimova, Zaur Rzayev kimi gələcəyin böyük sənətkarları çıxış edirdilər.
Hə, toylardan danışırdıq axı? Elə bilməyin ki, ilk toyu da elə doğma Qırmızı Qəsəbədə aparıb. “Sonra Sumqayıtda toya getmişəm. Bir az həyəcanlanırdım, amma az sonra həyəcan da ötüb keçdi.
- Tanımışlardan kimlərlə toylara getmisiniz?
- Sabir Əliyev var ha, onu birinci dəfə mən toya aparmışam. Nazpəri Dostəliyevanı ilk dəfə Moskvaya toya mən aparmışam. Üç dəfə onunla Rusiyaya toya getmişik.
- İndi tək gedir, deyəsən…
- …
“Mənə görə toyların vaxtını dəyişirdilər”
Nisim Nisimov toylarla bağlı bir maraqlı məqamı da xatırlayır:
- Özündən demək olmasın, vaxtı ilə mənim toy qrafikim həddən artıq sıx olardı. Bir neçə ay əvvəldən toy danışardıq. Qubanın məşhur kəndləri var: Digah və Əmrəki. Təsəvvür edin, bu kəndlərdə toy edənlər mənim qrafikimə görə, toylarını təxirə salırdılar ki…
- (Sözünü kəsirəm) Ancaq Nisim Nisimov oxumalıdır, eləmi?
- Hə, istəyirsiniz inanın, istəyirsiniz yox. Özü də toylara qiymət danışmazdım. Əslində ortaq qiymətləri hamı bilirdi.
- Yəhudi və muğam ustası. Qəribə görünmürmü?
- Niyə qəribə görünsün ki!? Bu torpaqda doğulmuşuq. Buranın çörəyini yemişik, suyunu içmişik. Adət ənənələri də, musiqisi də bizim üçün əzizdir. Öyrənmişik, canımıza-qanımıza hopub. Mən burda qəribə heç nə görmürəm.
““Rast”ı hər adam oxuya bilmir”
- Yaxşı, sualı başqa cürə qoyaq. Sizin üçün hansı muğamı oxumaq çətindir. Yoxsa hamısını, necə deyərlər su kimi içirsiniz?
- Təbii ki, çətin muğamlar var. Xüsusən də “Rast”. Onu hər ifaçı sonadək ifa edə bilmir. Çünki “Rast”da, necə deyərlər, bəmdən başlayıb tədricən yavaş-yavaş zilə çıxırsan. Bunu da hər xanəndə bacarmır.
- Siz bacarırsınız?
- (Gülür) Məndən yox, camaatdan soruş.
“Amerikaya ilk gedənlərdən biri də mənəm”
Nisim Nisimov deyir ki, o, Azərbaycandan ABŞ-a gedən ilk incəsənət ustalarından olub. 1989-cu ildə Polad Bülbüloğlu, Zeynəb Xanlarova və Arif Babayevdən ibarət üçlük “Vətən” Cəmiyyətinin xətti ilə Amerikada olub müxtəlif ştatlarda konsertlər veriblər.
- Onlardan sonra Rufa Əlizadə adlı həmyerlimiz məni Amerkaya dəvət etdi. Nyu-Yorkda, Nyu-Cersidə, Bruklində konsertlər verdim. Özü də böyük anşlaqla.
Nisim Nisimovun xarici səfərləri bununla da ara vermir. 2002-ci ildə İsveçrədə keçirilən Ümumdünya folklor müsabiqəsinin qalibi olur. Həmin müsabiqədə oxuduğu Azərbaycan xalq mahnısını ifa etməsi tamaşaçıları riqqətə gətirir. Və həmin vaxt İsveçrə radiosuna verdiyi müsahibdə özündən çox kimdən danışsa yaxşıdır? Alim Qasımovdan!
- Alim böyük, nəhəng sənətkardır. Onun hər konserti Avropada musiqi hadisəsidir. Bunu elə İsveçrə radiosunda çıxışımda da dedim.
Bir il sonra Nisim Nisimov bu dəfə Almaniyada keçirilən folklor müsabiqəsinin laureatı olur.
Son söz əvəzi
- 6 ildir oxumuram. Ona görə yox ki, oxuya bilmirəm. Sadəcə, işlərim buna imkan vermir. Bu boyda qəsəbənin bələdiyyə sədriyəm. Başımı qaşımağa vaxtım yoxdur.
Hə, sən demə müsahibimiz həm də, bələdiyyə sədriymiş. Qırmızı Qəsəbənin bələdiyyəsinin sədri. Bəlkə, elə vəzifənin diskomfortundan yaranan haldır ki, Nisim Nisimov daha toylara getmir?
- Bəlkə də elədir. Amma həm də yaş həmin yaş deyil. 62-nin içindəyəm. Həm də bələdiyyə sədri…Nə isə, alınmaz eee. Amma yenə də toylarda hərdən zümzümə edirəm. Xahiş edirlər. Həm də nə xahiş e. Oxumaq mənim qanımdadır. Qanımı ki dəyişəsi deyiləm…
Səbuhi Məmmədli
Bakı-Qırmızı Qəsəbə-Bakı

2131 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024