Alman şairləri özgə hesabına yaşayırlar - ARAŞDIRMA

Alman şairləri özgə hesabına yaşayırlar - ARAŞDIRMA
14 iyul 2011
# 13:04
Almaniyada hər il 500-ə yaxın nəşriyyatların hesabına şeir topluları yayımlanır. Hesab olunur ki, təxminən bu qədər də müəllif şeirlərini öz hesabına çap etdirir. Üstəlik, ölkədə bunun üçün imkanlar da genişdir.

Şairlər nəşriyyatdan qonorar alsa da, bunun hesabına yaşamaq mümkün deyil. Şeir kitablarının satışı ölkədə zəifdir. Onların qiymərləri də uzudur. Müəlliflər 1000 nüsxə müqabilində adətən nəşriyyatdan 500-1000 avro arası qonorar alır. Əgər kimsə 2000 avro qazanırsa, özünü xoşbəxt və ya artıq metr kimi hiss edir.

Bir çox alman şairləri oxucular qarşısında çıxışlar edir. Amma əksəriyyəti pulsuz... Daha populyar olanlar kitabxanalardan, kitab dükanlarından çıxışına görə qonorar alır. Adətən, bir çıxışa 100-200 avro ödənilir. Əgər tədbir maliyyə imkanları yaxşı olan təşkilat tərəfindən keçirilirsə, o zaman 500 avro ödənilir.

Amma belə tədbirlər çox az keçirilir.

Bəs alman şairləri necə yaşayır? Hərə bacardığı kimi.

Almaniyada sənət adamları üçün təqaüdlər nəzərdə tutulsa da, onların həcmi azdır və maksimum ildə bir dəfə ödənilir. Təqaüdün məbləği adətən 600-700 avro arası olur.

Bəzi şairlər sosial yardım hesabına yaşayır. Ayda 300-400 avro alır və bura pulsuz tibbi sığorta da daxildir.

Berlində yaşayan şairə Byörn Kuhliqk o qədər də böyük olmayan kitab dünkanında gündə 4 saat çalışır. Amma işdə onun şeir yazmaq imkanı daha çoxdur. Çünki o, evdə vaxtının çox hissəsini iki körpə uşağına sərf edir.

Almaniya Demokratik Respublikasında Yan Vaynertin ancaq uşaqlar üçün yazdığı kitablar satılırdı. Sonralar isə şeir yazmağa başlayan Vaynertin Azərbaycan qəzəllərini də almancaya çevirir. Amma bu qəzəllər neçə illərdir, nəşrini gözləyir.

Almaniyanın birləşməsindən sonra onun bir neçə şeir kitabı çap olunub. O, gəlirini əsasən dostu ilə yazdığı detektiv romanların hesabına əldə edib. Son on ili sosial yardım hesabına yaşayan şair kiçik mənzildə yaşayır.

23 yaşlı Yuliana Libert karyerasına yeni başlayır. Ona əsasən valideynləri kömək edir. Bir neçə il əvvəl o, gənc şairlər üçün nəzərdə tutulan mükafata layiq görülüb. Bundan başqa, Libert gənclər üçün nəzərdə tutulan jurnallara yeni musiqi albomları haqda resenzilayar yazır.

Sevda Sultanova
# 898 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #