Zahid Oruc: “Təhsildən yayınmışam”
4 iyul 2011
10:42
- Heç kitab oğurladınızmı?
- Xeyr, oğurlamadım, lakin zamanında qaytarmadığım kitablar olub.
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
- Saxlamıram.
- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?
- Həyatımın bir kitab olmasını istərdim, lakin ənənəvi qaydada, memuar yaxud da kiminsə tərəfindən qələmə alınması və indiyə qədər ki, dövrdə ayrı-ayrı şəxslərin timsalında yazılmış kitab formasında yox. Mən bir az fərqli biçimdə, fərqli formatda görürəm bu kitabı. Və zənn edirəm ki, artıq dünyanın müasir dönəmində insan həyatının kitablaşdırılması müəyyən səhnələrin əlamətdar dövrlərinin, tərcümeyi-halının müxtəlif maraqlı hissələrinin kitab versiyasında yox başqa cür ehtiyat resurslarında da yerləşdirilməsi mümkündür. Mənim aləmimdə kitabın forması dəyişmişdir. Açığı, onun cildi düzbucaqlı formasından fərqli bir kitab obrazı mənim düşüncəmdə yaranıbdır. Amma gördüyünüz, bizim rəflərə daxil etdiyimiz kitabı düşünmürəm və belə bir kitabda yazdırtmayacam.
- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?
- Şübhəsiz, mən onlarla yaşayıram. Açıq sizə söyləyim ki, ən böyük sərvətimi kitablar sayıram. Onları göz bəbəyi kimi qoruyuram. Bu illər ərzində həyatımın ən ağır dönəmlərindən keçərkən belə o kitabları özümlə saxlamışam. Yerdəyişmələrim olub, müxtəlif ünvanlarda yaşamışam. Lakin o kitabları ağır yük kimi görməmişəm və birinci olaraq daşımışam.
- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazmağı?
- Açıq, birinci sinfə getməyi xoşlamamışam. Xüsusilə də anamın danışdıqlarını eşitsəniz, dəli olarsınız ki, mən ikinci sinifə qədər oxumaqdan yayınmaq üçün xüsusi nağıllara, miflərə, müxtəlif əsatirlərə bağlı ideolojilər uydurmuşam. Elm dünyasına isə ikinci sinifdən çox sürətlə atılmışam.
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
- İşarə etmirəm, kitabı xüsusi olaraq qoruyuram. Beynimdə dayandığım nöqtəni həmən təyin edirəm və bəzən də səhifə ilə yadda saxlayıram.
- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?
- Kitabxanamda olan şeirlər, məcmuələr yaddaşımda olanlardan qat-qat böyükdür. Mənaca daha çox yadda saxlayıram. Bir az da gerçək söyləsəm ruhi, duyğusal, fəlsəfi məna daşıyan poetik nümunələr yaddaşımda daha çox qalır. Orada özünə yer eləyir və səmimiyyətlə söyləyirəm ki, dərhalda onları həm ictimai dövriyyəyə çıxarıram, həm də yaxın çevrədə müxtəlif formada ünsiyyətimdə köməyə gəlir.
- İlk oxuduğunuz kitab yadınızdadır?
- İlk oxuduğum kitablar nağıl kitabları olub. Ancaq bu “Məlikməmməd” nağılı deyildi. Çox sonralar bu cür nağıl kitablarına qarşı çevrilmişəm. Bu nağılların bizim dünyagörüşümüzün formalaşmasına zərbə vurduğunu söyləməkdəyəm. Övladlarım belə nağılları bilmirlər. Özüm də buna razı olmamışam. Başlıca səbəb də ondan ibarətdir ki, addımbaşı orada qoyulan prinsiplər, mənalar büsbütun real ictimai həyatımızı, milli düşüncəmizi zədələməkdə və zəhərləməkdədir.
- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?
- Çox oxumuşam, o qədər mənim fəlsəfi kitablarım var ki. Heç zaman oxuduğum kitabların adlarını çəkmirəm, bu da mənim prinsiplərimdir. Gizlətmirəm, bəzən beş kitabı birdən oxuyuram. Bir çoxları söyləyir ki, bu olmaz, fikir qarışa bilər. Amma mən oxuyuram. Heç zaman da onların adlarını söyləmirəm.
- Kiməsə kitab bağışlamısınızmı?
- Belə hallar olubdur, bəzən kitab mübadilələri də etmişik. Amma çox önəmli, mənim üçün dəyərli olan kitabları heç kəsə vermək istəməmişəm. Bu mənada məni müəyyən formada qapalı saymaq olar.
- Ən sevdiyiniz film kitab olsaydı, onu oxuyardınızmı?
- Ən çox sevdiyim film yəhudilərin tarixindən, onların keçdiyi yoldan, dövlət quruculuğundan gələn təcrübələrindən, yaşantılarından, təşkilatlanmaq qabiliyyətindən, səfərbər olmaq güclərindən bəhs edən filmlərdir. Oskar Şindlerdən bəhs edən “Şindlerin siyahısı”dır. Bilirsiniz ki, o real tarixi bir şəxsiyyət olub. Kitab versiyasında da tanış olmuşdum, sonradan o ekranlaşdırıldı. Və mən onun hər cizgisinə, hər elementinə təkrar-təkrar baxmışam və yaşamışam.
- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?
- Qarabağ problemi ilə bağlı çoxlu kitablarla tanış olmuşam. Bu kitablar Azərbaycanın müstəqilliyinə qovuşması ilə “Qarabağnamələr”, Yusif Vəzir Çəmənzəminlinin əsərlərindən tutmuş digər o dövr qələm adamlarımızın, tarixi şəxsiyyətlərimizin sovet dövründə üzərində məxfilik olan və bəzən də çapına qadağalar qoyulmuş kitablar idi. Qarabağla bağlı eyni zamanda müxtəlif dünya arxivlərində saxlanılmış əsərlərində Azərbaycana gəlməsi bizə eyni zamanda imkan verdi ki, bu tarixi öyrənək.
- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?
- Əlbəttə, araşdırmışam. Dini dünyagörüşümün formalaşması üçün müxtəlif kitabları mütaliə etmişəm. Lakin bütövlükdə götürdükdə məni dinin əsas prinsiplərini, onun tam pillələrini, digər geniş tarixi nümunələrinə də bağlı saymaq olmaz. Eyni zamanda, etiraf etməliyəm ki, bu kitabları qoruyuram və kitabxanamda da var. Lakin kitab menyumda birinci sırada olmayıbdır, amma bütövlükdə götürdükdə məni inanclı, etiqadlı bir insan saymaq olar. Başqa dinləri də araşdırmışam müəyyən bir səviyyədə. İncildən də, Tövratdan da müəyyən mənada məlumatlıyam.
- Elektron kitab oxumusunuzmu?
- Elektron kitablar bu gün digər formatda, versiyada olan kitabları çox üstələyir. Etiraf etmək lazımdır ki, bu gün onlara daxil olmaq həm maddi material baxımından asandır və daha ucuz başa gəlir. Bilirsiniz ki, “MOSSAD”-ın tarixindən bəhs edən kitabı yazan müəllif o sistemin ən böyük vəzifəsinə qədər gəlib çatmış insan idi. Bir düyməni basmaqla bütün dünya bunu faş elədi. Elektron kitabları oxuyuram və mütaliə edirəm.
- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?
- Həmişə istəmişəm ki, ulu öndər Heydər Əliyevin bütün həyatını, keçdiyi yolu məhz özünün baxışından, özünün timsalında, özünün dilində özünün memuarlarında oxuyum, bilim. Həmişə arzu etmişəm ki, o kitab olsun və mən onu oxuyum.
- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?
- Dünən axşam oxumaqda davam etmişəm.
- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?
- Məhz qız və ya oğlan olduğu üçün yox, lakin onun hansı kitabı oxuduğunu, nədən bəhs etdiyini bilmək istərdim. Bu, əlbəttə, həmin qızla danışmaq üçün bəhanə və ya körpü deyil. Əksinə o kitaba daxil olmaq üçün bəlkə ünsiyyət quraram. Mənə oxuyan şəxs, subyekt yox, kitabın necəliyi və nədən bəhs etməsi vacibdir. Sonradan da elə olub ki, o kitab mənim kitabxanama da daxil olub.
- Yandırdığınız kitab olubmu?
- Yandırdığım bir kitab olmayıb. Yandırdığım yazılarım olub.
- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?
- Birnəfəsə çox kitablar oxumuşam.
- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?
- Məncə, bizim müqəddəs kitablar nəinki bir insanın, bəzən millətlərin, dövrlərin, sivilizasiyaların xarakterini, ideologiya sistemini, gələcək həyatını dəyişir. Formasiyaların formalaşmasında rol oynayır. Dövlət quruluşlarına təsir edir. Bu mənada müqəddəs kitabları ilk yerə qoyardım. Ondan sonra törəyən kitablarda vardır. Tarixin gedişinə təsir göstərmiş, uzun müddət sivilizasiyaların toqquşması, S.Handinqton, Z.Bjezinski və eyni zamanda başqa müəlliflərə bu gündə yüz minlərlə siyasi, politoloji çevrə istinad etməkdədir. Demək, həyatda təsiredici kitablar var.
Fərid Mirzəyev

1050 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024