“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı

“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
22 sentyabr 2021
# 11:49

Xalq şairi Fikrət Qocanın qızı Gülay Fikrətqızı Lent.az-a müsahibə verib. O, Fikrət müəllimin ata kimi özəlliklərindən və onun son günlərindən danışıb.

Gülay Fikrətqızı bildirib ki, atası son günlər işdən evə qanıqara gəlirmiş:

“Ölümünə bir gün qalmış ümumiyyətlə susdu. Heç nə danışmadı, demədi. Ancaq saatı, ayın tarixini soruşdu. Zarafatla dedim ki, harasa getmək fikrin, görüşün var? Cavab vermədi.
Ölümündən öncə işdən evə gələndə anama deyib ki, nəsə hər şey birdən-birə dəyişəcək. Neçə gün imiş işdən qanıqara gəlirdi. Elə xəstə də deyildi. Amma zəifləmişdi, yemək istəmirdi. Koronavirusla bağlı həmişə deyirdi ki, artıq yaşamağa maraq qalmayıb: “Belə həyat olar, biz yaxşı yaşamışıq, indiki cavanlar nə edəcək? Onlar nə həyat görəcək?” Belə baxanda haqlı idi. Məncə, o hər şeyi hiss edirdi”.

Gülay Fikrətqızı onu da qeyd edib ki, həmin gecə atası ilə bağlı qəribə yuxu görüb:

“Ölən günü möhkəm külək var idi. Küləyin uğultusuna yuxudan ayıldım. Elə bildim kimsə ağlayır, qorxdum. Getdim yanına, gördüm yatmayıb. Dedim narahat deyilsən? Dedi yox, narahat olma, bala, get başını qoy yat, salamat qal. Gəlib yatdım, yuxuda gördüm ki, mən pilləkəndan yuxarı qalxıram, o, aşağıdan mənə sağol edir. Düşmək istədim ki, kömək edim onu da yuxarı qaldırım. Qoymadı dedi ki, yox, sən qayıtma, get. Sonra gördüm dəyirmi masa arxasındadı. Orada cavanlığındakı kimi yaraşıqlı görkəmdə, kostyumdadır. Səməd Vurğun, Cəfər Cabbarlı ilə bir masa arxasında əyləşib. Yuxudan ayıldım, gördüm anam ağlayır.

Qeyd edək ki, Fikrət Qoca 2015-ci ildə ürək çatışmazlığından Türkiyədə müalicə alıb. Xalq şairi 5 may 2021-ci ildə dünyasını dəyişib.

# 4182 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

16:20 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

13:00 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər