“Jerar Depardye, homoseksuallara dəstək ol”

“Jerar Depardye, homoseksuallara dəstək ol”
21 oktyabr 2013
# 11:46

Paris şəhərinin meri Kristofor Jerar məşhur aktyor Jerar Depardyeyə məktubla müraciət edib.

Kulis.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, mer bu məktubla aktyoru Putinə təsir göstərməyə çağırıb: “Əziz Jerar, sən çox rollar oyandın, indi Rusiya prezidenti Putun qarşısında bizim vəkilimiz olmalısan. Hamı bilir ki, sən Rusiyanı sevirsən və prezident Putin səni eşidir. Sən istəsən Putini homoseksualların fəaliyyətinə qadağalar qoyulması ilə bağlı qanun qəbul etməkdən çəkindirərsən”.

Xatırladaq ki, Rusiyada yeniyetmələr arasında homoseksualizmi təbliğ edən kəslərə və qurumlara cərimələr tətbiq edilməsi ilə bağlı qanun qəbul edilib.

Əhali arasında bu təbliğatı aparanı 4 min rubldan 5 min rubla qədər, vəzifəli şəxsləri 40 min rubldan 50 min rubla qədər, hüquqi şəxsləri 800 min rubl cərimə gözləyir.

Putin deyib ki, ona eynicinslilərin evlənməsinə münasibətlə bağlı suallar artır: “Bu məsləyə baxılmalıdır və parlament qəbul edərsə homoseksualların uşaqları övladlığa götürmələrini də qadağan etmək olar”.

# 2380 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #