Ramiz Əzizbəyli iflic olması barədə danışdı

Ramiz Əzizbəyli iflic olması barədə danışdı
2 iyul 2013
# 16:25

Xalq Artisti Ramiz Əzizbəyli iflic olması barədə yayılmış məlumatlara münasibət bildirib.

O, Kulis.Az-a verdiyi açıqlamada bildirib ki, bədəninin sağ tərəfində keyimə var: “Sifətimin də sağ tərəfi keyiyib, sillə vururam, amma heç nə hiss etmirəm. Üç gündür ki, ev şəraitində müalicə olunuram”.

Ramiz Əzizbəyli deyib ki, keçirdiyi stresslər səhhətinə təsirsiz ötüşməyib.

# 2747 dəfə oxunub

Müəllifin son yazıları

# # #