Sən bu “canlı” ölülərdən ucasan - Pasternakın şeiri

Sən bu “canlı” ölülərdən ucasan - Pasternakın şeiri
30 avqust 2023
# 12:41

Kulis.az Kərim Kərimlinin tərcüməsində Boris Pasternakın şeirini təqdim edir.

Rus dahiyə


Başqasının qeybətini dinləmə,
Köhnə oğraşlardan uzaq dolan gəz.
Sən özünü düşmən ilə tənləmə,
Ona görə heç kəs gözə su verməz!

İt ilxısı necə xorla hürsə də,
Qürur ilə sükut eylə, danışma!
Abırsızlar min bir dona girsə də,
Cavab verib xəcil olma, alışma!

Heç kim sənə rəqib deyil, bunu bil,
Basabasdır namərdlərin meydanı.
Bəzən Günəşi də örtür zir-zibil,
Say-hesabsız dənəciklər “tufan”ı...

Toz-tozanaq qoy “ucalsın” göylərə,
Sən bu “canlı” ölülərdən ucasan.
Qurs kimisən “Qəhvəyi köynəklər”ə,
Öz vəznini bilməyəndə bicasan!

Sən o böyük, o mənalı bir andan,
O qudurğan rəzilləri heç etdin.
Müqəvva bütləri salıb atından,
Ürəklərə bir əbədi köç etdin!

Yapışma əlindən nadan nahaqqın,
Ürəyi pislikdən boşalmayıbdır.
Sənin ədalətin, bu böyük haqqın
Düşməndə əzəldən heç olmayıbdır!

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər