Eşq nənəmin ilk şeytani günahından başlayır - Fəridənin yeni şeirləri

Eşq nənəmin ilk şeytani günahından başlayır - Fəridənin yeni şeirləri
14 oktyabr 2024
# 15:00

Kulis.az Fəridənin on illik fasilədən sonra yazdığı yeni şeirlərini təqdim edir.

Pünhan Əzimə


Yaradan alnımıza yazıbsa taleyimizi
bəs niyə səni ovcumdan oxuyur qaraçılar?

Bir şəhər səs-küyün arasında
təkcə sənin səsin oyada bilirsə içimdəki əlvan kəpənəkləri
Sən də gedib bir göl tapıb kənarında susursansa eləcə
"Qoxunçun darıxdım" desəm, Bakıya yağış yağar?!

Bircə, sevirəm demə, noolar, inanaram
inanaram və rəngini dəyişər yenə hər şey.

Inam da ölüm qədər ağrılıdı
nə yaxşı ki, hələ də
bundan xəbərsizdi
ümidlə qorxunun arasında çırpınan yarımcan sərçə sevdalar...


***


Yuxuda gördüm ki, daha darıxmırsan saçlarımçun
Gördüm ki, başqa gülüşlərə düşüb gözlərin...
Qaçıb Xəzərə danışdım, xeyrə calasın dedim.
Adını əfsun kimi pıçıldadım sulara...

Sonra bir qızın sevgilisi boğuldu dənizdə.

Mən onda bildim ki, xoşbəxtlik
birinin duasından, birinin ahından başlayır...

Bilmirsən...sevdamı unutdura bilməz sənə nə Allah, nə də Həvva qızları
Mən Lilitin nəslindənəm!
Eşq
nənəmin ilk şeytani günahından başlayır...

Ehh ...
Bəsitləşdirməyə çalışdıqca qəlizləşir hər şey,
amma sən yenə də gülümsə mənə.

****


Sıx meşənin ortasındakı bataqlığa
yarpaqların arasından süzülən
gün işığıdır səsin,
sənə doğru yuxulu bir nilufər pardaxlanır içimdə...


***

Varlığına şükür, sevgili, yoxluğuna şükür,
ayrılığına, uzaqlığına, soyuqluğuna şükür,
şükür, nə yaxşı ki,
bircə adam yetir dəyişməyə rəngini şəhərin.

# 1981 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
# # #