Kulis.az gənc yaşlarında vəfat edən Azərbaycan yazıçılarının siyahısını təqdim edir.
Şah İsmayıl Xətai – 37 yaşında. Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir.
Əhməd Cavad – 45 yaşında. 1937-ci ildə güllələnib.
Almas İldırım – 45 yaşında. Böyrək xəstəliyindən.
Abbas Səhhət – 44 yaşında. İnsult.
Məhəmməd Hadi – 41 yaşında. Dəqiq məlum deyil. Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920-ci ili mayı) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.
Cəfər Cabbarlı – 35 yaşında. Ürək xəstəliyindən.
Mikayıl Müşfiq – 29 yaşında. Repressiya illərində həbs olunaraq güllələnib.
Əli Kərim – 38 yaşında. Ürəktutma.
Şıxəli Qurbanov – 41 yaşında. Sui-qəsd.
Sərdar Əsəd – 45 yaşında. İntihar edib.
Aydın Əfəndi – 37 yaşında. Ölümünün səbəbi müəmmalıdır. Bəzi dostları onun yüksək dozalı narkotik və alkoqol qəbul etdikdən sonra dünyasını dəyişdiyini deyir. Bəziləri də intihar etdiyini söyləyirlər.
Eldar Baxış – 48 yaşında. Zəhərlənmə.
Akif Səməd – 44 yaşında. Ürəktutma.
Fuad Əsədov – 20 yaşında.
Faiq – 30 yaşında. Ürək tutmasından vəfat edib.
Ülvi Bünyadzadə - 20 yaşında. “20 Yanvar” şəhidi.
Nizami Aydın – 31 yaşında. Qarabağ savaşında tankda yanaraq ölüb.
Hamlet Kazımoğlu - 31 yaşında. Ürək çatışmazlığından.
Fərhad Mete – 33 yaşında. Avtomobil qəzası.
Zərdüşt Şəfi – 25 yaşında. Xərçəngdən.
Mövlud Mövlud – 28 yaşında. İntihar edib.
Məlik Cahan – 23 yaşında. İntihar edib.
Kamran Su – 27 yaşında. Ürəktutma.
İkinci Mahmud – 33 yaşında. Ürəktutma.