Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Leylaxanım Talıbovanın "Əsir düşmüş ruhlar" hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Fransa - 1887
Günəşin qızılı parıltısı otağıma süzülürdü. Hava insanı həm gülümsədir, həm də insanı istiliyindən bezdirirdi. Uzun oval formalı naxışlı güzgümün qarşısında dayanıb əynimdəki gecə mavisi donumun sinəsindəki kiçik zərif düymələrini düymələyirdim. Donumun qolları dirsəklərimə qədər idi, ətək qismi isə incə belimdən başlayaraq topuqlarıma qədər bol gəlirdi. Ayağıma isə gecə mavisi rəngi donumdan fərqli olaraq açıq mavi rəngdə ayaqqabılar geyinmişdim. Sarımtıl, qıvrımlı saçlarımı toxuyub çiyinlərimi açıq qoymuşdum. Tumbamdan atamın aldığı mirvari sırğaları götürüb yavaşca qulaqlarıma taxdım. Otağımın qapısı açıldı və qardaşım Çarlz - Ay, bacı, süfrə hazırdır! - dedi gülümsəyərək. - Gəlirəm! - dedim, böyük təbəssümlə. İkimiz də eyni vaxtda otağımdan çıxıb, anamın zövqü ilə təchiz olunmuş qonaq otağına keçdik və qurulan masaya əyləşdik. Süfrəmiz həmişəki kimi dolu idi. Quş südündən zeytuna, anam Zoenin dadlı şirnilərinə qədər hər şey var idi. Atam çayından içərək - səhər yeməyindən sonra kilsəyə gedəcəyik, bu gün Cənab Benardın anım günüdür.
Ah, bu gün kilsəyə gedəcəyimiz tamamilə ağlımdan çıxmışdı. Atamın ən yaxın dostlarından bizim qəsəbənin keçmiş polisi Cənab Benardın vəfatının üçüncü ili idi. Kilsəyə getməyə o qədər həvəsim olmasa da atama hörmətsizlik olmasın deyə getməyə məcbur idim. Səssiz qəbuldan sonra kiçik söhbətlərin keçdiyi yemək bitdikdə evimizin qulluqçusu Avriel süfrəni yığışdırmağa başladı və biz də evdən çıxıb kilsəyə tərəf getməyə yollandıq. Yaşadığım qəsəbə varlı ailələrlə yanaşı kasıb ailələrin də yaşadığı qəsəbə idi. Anam evdar qadın atam hörmətli tacir idi. Mən isə iyirmi bir yaşında skripkadan dərs deyən Liyana idim. Kilsəyə çatanda bir necə pillə qalxıb içəri daxil olduq. İçərisi demək olar ki dolu idi Cənab Benardın qohumları, qəsəbədən olan tanıdığım və tanımadığım adamlar var idi. Ailəmlə oturmağa yer axtararkən ən yaxın dostum Sofiyanı gördüm atası ilə üçüncü sırada oturmuşdu. Onun anası yox idi O körpə ikən xəstəlikdən dünyasını dəyişmişdi. Yanlarında boş yer olduğundan o tərəfə yönəldik. Mən onun adını pıçıldayıb qısaldaraq dedim:
- Sofi!
Başını çevirib məni görəndə geniş gülümsədi.
- Liyana sənə deyəcəklərim var. - dedi heyəcanla.
- Nə olub? - dəyə soruşdum heyrətlə.
- Şşş... qızlar sakit olun. - dedi qəsəbədən olan Madam Melina.
Sofiya ilə baxışlarımızla sonra danışmaq qərarına gəldik. Qarşımıza döndükdə Cənab Benardın həyat yoldaşı Madam Coli ön sıradan qalxaraq, danışma yerinə keçdi. O sözə başladığında üzündəki acı ağrı, gözlərindəki qızartılar nəzərimdən qaçmamışdı. Onun vəziyyətinə yazığım gəlmir desəm yalan olardı. İki balaca qız uşağı ilə dul qalmışdı. Madam Coli kədərli söhbətinə davam edərkən mən uzaqdan gurultulu bir səs eşitdim. Qaşlarım çatıldı. Ətrafa baxdığım zaman insanların diqqətli şəkildə Madam Coliyə qulaq asdıqlarını gördüm. Bunun ağlımın bir oyunu olduğunu düşünüb üzümü önümə çevirirdim ki, bir qadının qışqırtısı kilsəni doldurdu və birdən kilsənin hündür, enli qapıları sərt şəkildə açıldı. Qorxudan yerimdən sıçradığımda hamı arxasına dönüb qapılara baxdı. Dəhşətlə gözlərim böyüdü. Yalnız gözləri görünən qara paltar geyinmiş bir çox kişi əllərindəki kəskin qılınclarla içəri axın etməyə başladılar. Ürəyim sinəmdə qorxuyla döyünərkən hamı ayağa qalxdı və kənarda oturan bir kişi - Nə baş verir? - deyə soruşdu. Və bu zaman gözlənilməz bir hadisə baş verdi, qara paltarlı kişi qılıncını kəskin şəkildə onu sorğu-sual edən kişinin qarnına soxub geri çəkdi. Qışqırıqlar kilsəni bürüdükdə əllərim ağzımı örtdü və bədənimi böyük sarsıntılar bürüdü. - Ata! - deyə bir fəryad qopdu. Bu səs öldürülən kişinin qızına məxsus idi. Qara paltarlı adamlar bir an belə düşünmədən insanları vəhşicəsinə qılıncdan keçirərkən mən bir addım belə hərəkət edə bilmirdim. Gözümün qabağında insanlar bir-bir öldürülərkən atamın səsini eşitdim:
- Liyana, xahiş edirəm özünə gəl!
Qolumdan tutub məni bərk-bərk silkələdi. Atam, mənim və anamın qolumu tutub yeritməyə başlayanda anamın qucağında olan qardaşımın qorxuyla ağlaması qulaqlarıma dolurdu. - Buradan tez qaçmalıyıq! - dedi atam və onun kilsənin arxa çıxış qapısına tərəf yönəldiyini gördüm. Ayaqlarım heç vaxt titrəmədiyi kimi titrəyirdi, ayaqlarımın üzərində durmaqda güclük çəkirdim. Atam o həyəcan və stresslə qışqırdı:
- Tələsin!
Tam qapıya çatmışdıq ki, ən yaxın dostum Sofiyanın fəryadını eşitdim. Qorxuyla arxama döndüm və ayaqlarımın hərəkəti anidən kəsildi. Sofiyanın atası Cənab Henri yerdə qanlar içində yatmışdı. Gözlərimdən axan yaşlar yanaqlarımı isladarkən ağzımdan bir qışqırıq qopdu.
- Liana, yalvarıram dayanma! – dedi, atam ancaq məni çəkən əlini itələdim. - Mən Sofiyanı orada qoya bilmərəm ata!
Onun nəsə deməsini gözləmədən dərhal bizdən bir neçə metr aralıda olan Sofiyanın yanına qaçmağa başladım.
- Sofiya! - deyə qışqırdım. Çiyinlərindən tutub atasını silkələdi. - Sofi qalx ayağa, getməliyik!
Onu çətinliklə yerdən qaldıranda belindən tutub atama tərəf çevirdim, ancaq gördüyüm mənzərə bədənimdən bütün qanı çəkdi. Anam və qardaşım yerdə cansız şəkildə uzanarkən atam onların baş ucunda diz çöküb ağlayaraq onlara baxırdı. Və iki saniyə sonra qara paltarlı bir kişi atamın başını bircə qılınc zərbəsi ilə bədənindən qopararkən içimdə qopan fırtınalardan fərqli olaraq bədənim yerindən tərpənə bilmədi. Dodaqlarımın arasından bir pıçıltı qopdu:
- Ata!
Ayaqlarımın dərmanı çəkildi və dizlərimin üzərinə yıxıldım. Sofiya mənimlə eyni anda yerə yıxılanda gözümün qabağında öldürülən insanların qanı üstümə sıçradı. Hərəkət edə bilmədim. Nəfəs ala bilmədim. Diri idim, amma öldüyümü düşünürdüm. Gözüm anama, qardaşıma qayıtdı. Qardaşımın kiçik bədəni anamın yanında üzü üstə idi. Dodaqlarımın arasından qopan qışqırıq boğazımı yırtdı. Dizlərimin üstündə iməkləyərək onların yanına gedib ağlayaraq onların üzlərinə toxundum.
- Tanrım! - deyə qışqırdım - Yox!
Sinəmdəki burulğanlar məni məhv edərkən hıçqırıqlarım boğazıma tıxandı. Dəhşət içində onlara baxarkən kobud əllər məni kəskin şəkildə geri çəkdi və dərhal məni ayağa qaldırdı. Gözlərimdən yaşlar sürətlə axarkən qara geyimli adam məni o iyrənc əlləri arasında tutduqca onun əllərində qurtulmağa çalışdım.
- Burax məni əclaf!
Ona arxadan ayaqlarımla vurmağa başladım. Ağzımdan çıxan fransız söyüşləri bağırışlarıma qarışırdı. Canımdan, qanımdan olan ailəmin gözümün önündə vəhşicəsinə qətlə yetirilməsinə hələ də inana bilmirdim. Məni və bir neçə nəfəri çölə çıxardıqlarında gözlərimə inana bilmədim. Doğulub boya-başa çatdığım qəsəbə talan edilmişdim. İnsanlar vəhşicəsinə öldürülmüşdü. Bəzi evlərin qapıları qırılmış, açıq bazarlar amansızcasına dağıdılmışdı. Saysız-hesabsız qara geyimli kişilər hər yeri qarət etmişdilər. Qəsəbə qan gölünə çevrilmişdi. Qışqırıqlarım ətrafda əks-səda verəndə məni bərk-bərk saxlayan kişi qabağa atdı. Ayaqlarım bir-birinə dolandı və büdrəyib dizlərimin üzərinə yıxıldım.
- Tanrının cəzaları! - deyə qışqırdım.
Yenicə məni tutan kişi qolumdan tutub çevirdi və kobud, qan qoxan əlləri ilə yanaqlarımı sıxdı. Alman dilində olduğunu düşündüyüm şəkildə - Kəs səsini! - dedi. Kilsədən çıxan tanış simanı görəndə göz yaşlarım sürətləndi. Sofiya huşsuz halda bir kişi tərəfindən sürüklənərək bura gətirilirdi. Sağ tərəfimdən əlində qalın iplərlə gələn kişini gördükdə özümü arxaya çəkməyə başladım. - Siz kimsiniz? Bizdən nə istəyirsiz?! - deyə, ağlayaraq qışqırdım. Qara geyimlilər gülməyə başladı. - Bundan sonra bizim köləmiz olacaqsınız. - dedi fransızca güclə danışaraq. - Əsla! - deyə qəzəblə qışqırdım. Əlində iplərin olduğu adam əsəbiləşdi və üzümə bərk sillə vurdu. Dodaqlarımdan güclü qışqırıq qopdu. Əlimlə üzümü tutub yenidən ağlamağa başladım amma bu onun atdığı sillə üçün deyil, itirmiş olduğum ailəm üçün idi. Sofiyanı yanıma kobudcasına atdılar və sağ qalan bir neçə kişini və mənim yaşlarımda olan qızları bizə tərəf itələdilər.
Hər şey bir anda baş verdiyində daha nəyin nə olduğunu qavraya bilmədim. Evlərimizi gözümüzün qabağında yandırıb əllərimi bağlayaraq bizi yeritməyə zorladılar. Həm əllərimiz bağlı idi həm də bir-birimizə bağlı olduğumuz üçün hələlik qaçmağa imkanımız yox idi amma boşluq olan kimi qaçmağın bir yolunu tapacaqdıq. Nə qədər getdiyimizi bilmirəm amma limana çatdığımızda artıq günəş batmaq üzrəydi.
- Bizi hara göndərirsiniz? - deyə qəsəbəmdən bir kişi soruşdu. -İngiltərəyə gedirik. Saraya qul kimi satılacaqsınız.
Heyrətlə bədənim titrəməyə başladı. - Cəld olun, mindirin bunları. Gecikirik.
Biri zorla gəmiyə mindirdiklərində beynim dayanmışdı sanki. Biz İngiltərəyə satılmaq üçün gedirdik. Bu həm ağlamalı, həm də çox gülməli idi. Yaşadıqlarıma inana bilmirdim. Bir neçə dəqiqə sonra əllərimizi açdıqlarında gəmidən qaçmayacağımızı düşünmüş olmalı idilər. Əllərim, barmaqlarım uyuşmuş şəkildə Sofiya ilə gəminin aşağı mərtəbəsinin ən küncündə oturmuşduq. Qabağımıza bir tikə çörək və bir stəkan su qoyduqlarında onlara nifrətlə baxdım. Mənə əhəmiyyət vermədən getdiklərində nə sularından içdim nə də ki çörəklərindən yedim. Bəlkə yuxu aparsaydı bizi və bir anda yuxudan ayılsaydıq hər şey bitəcəkdi. Yatmaq üçün gözlərimi bağladığımda gözümün önündə anamın, atamın və qardaşımın sifəti göründü. Ürəyim sızıldadı. Artıq onlar yox idi, nə anam nə atam nə də ki çox sevdiyim şıltaq qardaşım. Əlim sinəmə ürəyimin üzərinə getdi. O qədər yavaş döyünürdü ki sanki ürəyim yox idi. İncə bir göz yaşı çənəmə yuvarlandı. Yorğun bədənim uyuşmağa başladığında yuxunun məni apardığını hiss etdim.
***
Kabuslar içində yatdıqdan sonra neçə saat yol getdik bilmirəm amma gəmi yavaşlamağa başlayırdı. Hava açıq mavi idi və günəşin varlığı gəminin kiçik pəncərəsindən uzaqdan görünürdü. Günəş tezliklə doğmalı idi. Yavaşca Sofiyanı oyatdığımda qorxaraq yerindən atıldı. -Mənəm Liyana. - dedim sakitləşməsi üçün saçlarını oxşayaraq. Hamı ayağa qalxanda gəmi dayanmışdı. Yanımıza bir kişi gələndə əllərimizi yenə bağlamağa başladı. Gəminin aşağı mərtəbəsindən yuxarı mərtəbəsinə çıxıb səma ilə qarşılaşdıq. Təsəvvür etdiyimin əksinə bu liman adamlarla dolu idi. Qaçmaq üçün yaxşı yer idi, bu qədər insanın arasında bizi heç kim tapa bilməzdi. Sağa-sola baxıb səssizcə Sofiyanın yanına yaxınlaşdım. O da mənim kimi ətrafa baxırdı. Astaca pıçıladım.
- Gəmidən enən kimi qaçacağıq Sofi, məndən xəbər gözlə.
Bir anlıq tərəddüd etsə də başını yellədi. Gəmidən düşən kimi düz yolla getməyə başladıq. Bəzi insanlar göz ucu ilə bizə baxıb önlərinə dönürdülər. Almanların çoxu yanımızdan ayrıldıqlarında cəmi beş nəfər bizimlə qalmışdı. Qaçmaq üçün çox yaxşı vaxt idi. Sağ tərəfimdə olan Sofiyaya təmkinlə nəzər saldığımda göz-gözə gəldik kirpiklərimi qırpdım və qaçması üçün işarə verdim. Anidən əllərimiz önümüzdə bağlı şəkildə qaçmağa başladığımızda arxamızda qışqırıqlar eşidildi və başçının səsini eşitdim. - Siz bunları tutun! Dərhal arxama baxdığımda üç nəfərin arxamızdan qaçdığını gördüm. - Dayanma Sofi qaç! Nəfəs-nəfəsə qaçarkən insanlar heyrətlə bizə baxırdı. Bir dəstə zirehlinin bu tərəfə gəldiyini görəndə arxamızca qışqıranlara məhəl qoymadan qaçmağa dəvam etdik. Yeddi zirehli, güclü və heybətli addımlarla bu tərəfə gələrkən başda yeriyən ilk öncə bizi gördü və qaşlarını çatdı. Yanındaki zirehlilərə nəsə dedikdə hamısının baxışları hələ də qaçan bizə çevrildi. Onların addımları dayandı və təəccüblə bizə baxdılar. -Kömək edin! - Onların yanına çatdığımızda ən öndə dayanan iyirmi yeddi ya da iyirmi səkkiz yaşlı kişinin qolunu bağlı əllərimlə tutdum. -Xahiş edirəm, bizə kömək edin! - dedim, yarı ingilis yarı fransız dilində. Kişi arxamızdan gələn almanlara baxdı. Bir az sonra almanlar da gəldiklərində Sofiya ilə bu iri cüssəli, qılıncları olan zirehlilərin arxasında gizləndik. Ən öndə duran arxasında gizləndiyim qara saçlı kişi - Burada nə baş verir? - deyə soruşdu. - Onlar bizə aiddir. - dedi alman nəfəs-nəfəsə biz hələ ağzımızı açmadan. Sofiya əsəblə fransızca qışqırdı - Biz heç kimə aid deyilik axmaq! Bizi bu lənətə gəlmiş yerə siz gətirmisiz!
Arxasına gizləndiyim kişi çiyninin üzərindən üzünü mənə çevirdi. Mənə diqqətlə baxarkən anladığım dildə danışdı - Onlar sizdən nə istəyirlər?
Fransızca bilməsinə təəccüblənərkən dərhal danışmağa başladım. -Qəsəbədən olan hamını gözlərimizin önündə öldürdülər, ailələrimiz, balaca uşaqlar hamısını vəhşicəsinə...
Alman cəld sözümü ala-yarımçıq ləhçəsiylə kəsdi. - Kəs səsini Tanrı bilir nə danışırsan.
- De görək, hara gedirsən belə? - deyə soruşdu arxasına gizləndiyim kişinin yanındakı qırx yaşlarındakı bir digər zirehli. Alman duruşunu dikləşdirib ağzını açdı. - Biz saraya gedirik Bəy, bu ikisini və digərlərini saraya gətirmişik. Saraya satılacaqlar.
Bir anlıq sükut çökdü. Ürəyim şiddətlə döyünərkən qolundan bərk-bərk tuturdum zirehlinin - Bizə kömək elə. - dedim pıçıldayaraq
- Ümid edirəm bu dediklərin doğrudur. Dedi qırxlı yaşlarında kişi almana doğru. - Əlbəttə, Onlar saraya gedəcəklər.
Bir anda qolumu tutub məni zirehlinin arxasından çıxardıqda Sofiyanı da bir digər alman sərtcə tutub özünə tərəf çəkdi. - Burax məni! - deyə qışqırdım. Sofiya ayaqlarını almana vurmağa başladı. - Sarayın sizi alacaqlarından xəbəri var, onlar sizə kömək edə bilməzlər, sus artıq!
Gözlərim dolarkən bizi onlardan uzaqlaşdırmağa başadılar. Sofianın qışqırıqları hər yeri götürərkən mənim baxışlarım zirehli də idi. Tam gözlərimin içinə baxırdı. - Kömək elə. - dedim dodaqlarımı tərpədərək. Gözlərimdən iki yaş düşdü. Bizi ordan sürüyərək ordan uzaqlaşdırarkən artıq heç bir ümidim qalmamışdı. Təkrardan digərləri ilə bir yerə yığışdıqda bizi bir saniyə belə olsun gözdən qoymurdular. Hissiz şəkildə küçələri keçərkən uzaqdan ehtişamlı bir saray göründü. Ətrafında ağacların mövcud olduğu hündür divarlar, geniş və uca Qapıya yaxınlaşdığımızda qapıçıların kəmərinə taxılı olan qılıncları görən kimi gözümün qabağına gələn görüntüdə ailəmin qan içərisində olan bədənləri var idi. Alman başçı qapıçının yanına gedib danışmağa başdığında saniyələr sonra qapıçı içəri girdi. Kənarda gözləyərkən artıq nəyin necə olacağını bilmirdim. Bir neçə dəqiqə sonra qapı açıldıqda qapıçı ilə başqa bir kişi və qadın çıxdı. İkisi də bizi tək-tək diqqətlə incəlməyə başladığında dərin bir nəfəs aldım. Kişi alman başçını yanına çağırdı və danışmağa başladılar. Qalın kəmərindən kiçik üç kisə çıxarıb almanın üstünə atdı. Başçı kisələri havada tutub ağzını açaraq içinə baxdı və çirkin dişləriylə güldü. Dostlarına baxaraq baş hərəkəti etdi, almanlar bizim qolumuzdan tutarak saraydan çıxan adamlara tərəf itələdilər. Çarəsiz şəkildə qapıdan içəri girdiyimizdə təəccüblə ətrafa baxdıq. Sarayın həyəti o qədər böyük idi ki ucu-bucağı görünmürdü. Otuzlu yaşlarındakı qadın, - Tez olun! - dedi bizi kürəyimizdən yavaşca itələyərək. Ona tərs-tərs baxdım. İngilis dilində möhtəşəm bilməsəm də sadə sözləri bildiyimdən nə haqda danışıldığını təxmin edə bilirdim. Əllərimizi açdıqlarında qadın bizi hamama apardı və istəməsək də köməkçi qadınlar bizi sudan təmizcə keçirib sabunlu su ilə bizi təmizlədilər. Bizim üçün qoyduqları paltarları geydiyimizdə əynimə bir az bol olsa da rahat idi. O qədər yuxulu idim ki ayaq üstə yatacaqdım hardasa. Bizi hamama gətirən Meri yanımıza gəlib bizi qızların olduğu geniş bir otağa gətirdi. İyirmidən çox qız var idi bəlkə də. Mənim yaşlarımda, ya da məndən balaca olan qızlar var idi. Dəhlizdə olduğu kimi burada şamlar aydınlıq verirdi. - Bunlar yeni gələn qızlardır. Mehriban olun və onlara yataqlarını hazırlamaqda köməklik edin.
Meri otaqdan çıxdıqda otağın qapısında iki qadın nəzarətçi dayanmışdı. Nə edəcəyimi bilməyərək ətrafa baxdım. Bir qız yanımıza yaxınlaşdıqda və əl mimikaları ilə danışmağa çalışıb bizə ayrılan yerlərə apardı. Yer yataqlarımız göstərib bizi bir az sorğu-sual etməyə çalışıb hardan gəldiyimizi, necə gəldiyimizi soruşdu ancaq biz cavab vermədən ona təşəkkür edib onu yanımızdan göndərdik. Sofiyayla qarşılıqlı oturduğumuzda sakitcə danışdı - Burdan çıxmağımız artıq mümkün deyil Liyana. Çıxsaq belə hara gedəcəyik nə edəcəyik bilmirəm.
Tez qaşlarım çatıldı. - Axmaq-axmaq danışma Sofiya. Burdan çıxmağın bir yolunu tapmalıyıq.
- Buradan mən də getmək istəyirəm əlbəttə ki ancaq görmədin qala divarları, hər yerdə olan nəzarətçiləri?
- Gördüm, gördüm. Bir yolunu tapmaq lazımdır.
***
- Liyana qalx. Yemək vaxtıdı.
Sofiyanın səsiylə yuxumdan oyandığımda yavaş hərəkətlərlə ayağa qalxıb ətrafa baxdın. Bir neçə kiçik, dairəvi və yerdən olan masalar qurulmuş yeməklər yeyilməyə başlamışdı. Sofiya ilə iki qızın yanına oturduğumuzda qabımda bir az kartof, səbzi və toyuq var idi. Acından mədəm kürəyimə yapışmışdı. Aclıqla yeməyə başladığımda qarnım doğduğu üçün sevinirdi. Yarım saata yaxın zamanda yemək bitdikdə əlimə dəmir podnos alıb boş qabları yığmağa başladım. Yerdən qalxıb əlində mənim kimi podnos daşıya qızı təqib etməyə başladım. Otaqdan çıxdığımda kiçik bir dəhlizə keçdim və tam dəhlizi dönürdüm ki bir səs eşitdim. Tez arxamı döndüyümdə pəncərə gördüm. Pəncərə açıq idi amma dəmir barmaqlıqları var idi. Kiçik addımlarla pəncərəyə yaxınlaşmağa başladığımda ətrafa nəzər saldım. Pəncərənin önünə gəldiyimdə bir anda bir sima qarşı tərəfdən çıxdı və o simanı tanıdığımı gördüm. O səhər arxasına gizləndiyim zirehli idi. - Sənin burada nə işin var? - dedim təəccüblə.
- Şş, səssiz ol. - dedi, fransızca - Bu qədər yaxşı bilməsinə heyrətlənmədən edə bilmirdim. Öz arxasına, sağına soluna baxanda mən də dərhal öz ətrafıma baxdım. Lakin arxasınca düşdüyüm qız hardasa gələcəkdi. - Nə istəyirsən? - deyə soruşdum qara gözlərinin içinə baxaraq. - Sizə kömək edəcəyəm ancaq ağzınızdan tək kəlimə belə çıxmamalıdır.
Heyrətlə gözlərim iricə açıldığında əlimdəkilər yerə düşəcəkdi az qala.
- Nə? Doğrudan?
Başını tez yellədi. Əlini pəncərəyə uzatdığında barmaqlarının arasında olanın kağız parçası olduğunu gördüm. Podnosu bir əlimdə tutub tezcə elindən aldım. Tam təşəkkür edəcəkdim ki ağzımı açmadan tez pəncərənin önündən ayrıldı. Arxamdan addım səslərini eşitdiyimdə tezcə məktubu sinəmə yerləşdirdim və arxamı döndüm. Bayaq ki qız bu tərəfə doğru gəlirdi. Dərhal hərəkətə keçib podnosu ona verdim və - Sən yolu bilirsən. – dedim. İçəri keçdiyimdə həyəcandan ürəyim dəlicəsinə atırdı. Onun gələcəyi ağlımın ucundan belə keçməmişdi. Dodaqlarımı dişlədim və təbəssümümə mane ola bilmədim, ən axırıncı yataq məndə olduğu üçün uzandım və hamıya arxamı döndüm. Paltarımın içərisindən məktubu açdığımda incə fransız yazısını oxudum.
Sizə köməklik edəcəyəm ancaq bunu tək bir ingilisə belə deməyin. Əgər desəz bunun cəzası sizin üçün də mənim üçün də edam cəzası olar. Diqqətli olun.
Daniel
Üç gün sonra öz vətənimizə gedə biləcəkdik. - Şükürlər olsun Tanrım! Bir müddət yatdığım yerdə qaldım. Sofiya yanıma gəldikdə ona olanları danışdım. Sevincindən göylərə uçarkən ona sakit olmasını, heç kimə heç nə deməməyini tapşırdım. Ümidimizi kəsmişdik, artıq bu sarayda qalacağımızı, əsir həyatı yaşayacağımızı düşünmüşdük amma ki, Tanrı Danieli qorusun, o bizə kömək edəcəkdi. Ancaq niyə biz onlara sığındıqda heç bir söz deməmişdi anlamırdım. Bəlkə də saraya qarşı gəlməkdən qorxurdu. Səhər olduqda isə bizi erkəndən oyadaraq qılınc təliminə apardılar. Təəccüblə ətrafıma baxarkən qumlu bir sahədə idik. Sırayla düzülmüş, kimisə gözləyirdik amma kimin gələcəyindən xəbərim yox idi. Solumda olan Sofiyaya doğru əyildim. - Sofiya bunlar nə hoqqa verir belə? Kişilər kimi biz də qılınc tutacağıq?
- Başları qaçıb deyəsən, biz kim qılınc tutmaq kim.
Az sonra iki qadın yanımıza gəldikdə əyinlərində döyüş paltarları əllərində isə qılınclar var idi. Qadınlar bizi incələməyə başladıqlarında sağ da olanın gözləri Sofiya və mənə toxundu. Adlarımızı soruşaraq özlərini tanıdaraq aramızdan iki qızı yanlarına çağıraraq əllərinə bürünc qılınc verərək başlamalarını əmr etdilər. Qızlar qılıncları ilə vuruşmağa başladıqlarında onlara diqqətlə baxırdım. Usta kimi vuruşmasalar da məndən yaxşı olduqları çox açıq idi. Müəllimlər yəni Mariya ilə Aleksandra onların ətrafında fırlanarkən, bir yandan da qızlara göstəriş verirdilər. Bir neçə dəqiqə vuruşduqdan sonra Mariya onları dayandırdı və Sofiya ilə məni sahəyə çağırdı. İstəksiz addımlarla yanına getdiyimizdə əllərimizə qılıncları verdilər. Qılınca qəribə-qəribə baxdım. Onlar necə dayanmağımız barədə təlimat verdikləri zaman gözümə tanış adam dəydi və ürəyimin döyüntüsü artdı. Daniel təlim yerinin kənarında dayanmış bu tərəfə baxırdı. - Hey, Liyana!
Başımı salladım və Sofiyaya baxdım. Qılınc nə mənə nə də ona yaraşırdı. Biz ki alicənab kişilərin qızları idik döyüşüb-vuruşmaq bizə görə deyildi. Sofiyanın qılıncına qılıncımı yavaşca vurduğumda qızlar gülməyə başladı. Qaşlarımı çatıb üzümü onlara çevirdim. - Nə var? dedim əsəbiləşərək. Təkrardan güldüklərində Aleksandra - Kəsin! deyə əmr verdi. - Onlar yenidirlər. Yadınıza salım ki sizin də bu qızlardan fərqiniz yox idi.
Bir anda qulaqlarıma dolan addım səsləri ilə gözlərimi səsin gəldiyi tərəfə yönəltdiyimdə Danilein bizə yaxınlaşdığını gördüm. Bura niyə gəlirdi ki? - Maria Aleksandra. - dedi onlara salam verərək. - Cənab Daniel, sizin bu gün təliminizin olmadığını düşünürdüm. - dedi, Aleksandra. Qızlardan eşitdiyim pıçıltıyla onlara baxdığımda gülüşərək heyranlıqla Danielə baxdıqlarını gördüm. - Doğrudur, təlim yoxdur, bu gün ancaq sarayda azacıq işim var idi və sizi gördüm.
Mənə və Sofiyaya baxdı. - İcazə versəz, onlara təlimi mən keçərdim.
Aleksandranın qaşları yuxarı qalxdı, sonra isə ağzından tək kəlimə çıxdı.
- Səbəb?
- Bu xanımları tanıyıram, onlara mən özüm təlimi keçmək istərdim.
- Hardan tanıyırsız Cənab Daniel? - deyə soruşdu Mariya. Daniel təbəssüm edib, yaşadığı sorğu-suala səbirlə cavab verdi. - Saraya gəldikləri zaman onlarla rastlaşmışdıq Mariya.
- Buyurun Cənab Daniel, necə istəyirsinizsə elə də olsun.
Daniel təşəkkür edib bizə əliylə yolu göstərdi və arxasıyca getməyə başladıq. Nə etmək istəyirdi heç bir fikrim yox idi ancaq təkrardan o qılıcı tutub, vuruşmaq fikrim yox idi. Digərlərindən aralı şəkildə dayandıqda qarşımızda dayanıb, - Adınız? - deyə soruşdu fransızca. Sofiya onun fransızca danışmağına təəccüblənərək – Sofiya - dedi -Liyana. - Daha sonra soruşdum. - Fransızca necə belə səlis danışırsız?
- Anam fransız idi.
Təəccüblə ona baxdığım zaman taxta lövhədə olan qılınclardan birini alıb Sofiaya sonra mənə uzadıb, götürməyimi gözlədi. Başımı iki yana yellədim. - Mən artıq yorulmuşam.
- Götür.
Çarəsizcə əlindən aldığım zaman əlim əlinə sürtündü. Əlini geri çəkdikdə son dəfə mənə baxıb Sofiayaya çevirdi gözlərini. - Sizi buraya qısa zaman içərisində də olsa danışmaq üçün gətirdim.
Diqqqətlə ona baxdığımız zaman danışmağa davam etdi. Bir yandan da ətrafımızda gəzərək bizə bir şey öyrətdiyini göstərməyə, şübhə çəkməməyə çalışırdı. - İki gün sonra burdan Fransaya gəmi gedəcək. Kapitan ilə çətin də olsa razılaşdım, sizi aparacaq.
- Çox sağ olun. Sizə minnətdarıq. - dedi Sofiya, burdan gedəcəyi üçün çox xoşbəxt idi. - İndidən sevinməyin, hər an hər şey ola bilər.
Necə yəni? - deyə soruşdum - Saraydan qaçarkən ehtiyatlı olmalısınız. Əgər kimisə görüb bilsə qaçırsınız üçümüzün də boynu gedər. Saraydan qaçmağın cəzası ölümdür.
Tüklərim ürpəşərkən Sofiya ilə bir-birimizə narahatla baxdıq. - Sarayın hansı tərəfindən qaçmalı olacağımızı bilmirik.
Daniel bir anda qolumdan tutub məni qarşısına keçirtdi və əlindəki qılıncı üzümə tuttu. Mən də əlimdəki qılıncı özümü qorumaq üçün ona tərəf tuttum. - Mən də elə buna görə danışmaq istədim. Sarayın gizli üçüncü qapısı var. Bu qapı ikinci qatın qadın büstünün arxasında olan gizli qapıdır. Diqqətlə baxsanız görəcəksiniz. Qapını tapın və özünüzə tərəf çəkin sonra ordan keçərək digər yolla gəlin. Sizi başqa qapı qarşılayacaq. Onu açın arxasında mən olacam. Sizi gəmiyə yola salıb qayıdacam sonra.
Boğazım quruyarkən dodaqlarımı isladıb udqundum. - Birdən tutulsaq bunun axırı ölümdür?
Gözlərimin içinə baxıb qılıncıma vuraraq məndən qarşılıq gözlədi. - Ən ağır şəkildə.
***
Səhər olduqda isə Sofiya ilə o qapının yerinə getməyi düşünmüşdük ən azından sabah bizim üçün qapı axtarmaq çətin olmazdı. Qapının harda olduğunu tapıb geri enmişdik.
- Sofiya qalx.
O gün bu gün. Hava belə yenicə açılırdı. Sofiya yavaşca oyandığında hazırlanıb barmaqlarımızın üzərində otaqdan çıxaraq dəhlizə ordan da pilləkənləri çıxaraq ikinci mərtəbəyə keçdik. Anidən addım səsləri eşitdim və Sofiyanın qolundan tutub onunla divara söykəndim. Yanımızdan biri keçib getdiyində ürəyim ağzımda döyünürdü. Təzədən divarın arxasından çıxdıqda uzaqdan büst göründü və o tərəfə sürətlə getməyə başladıq. Büstü iki tərəfli tutub kənara çəkdik və divardan olan qapıya diqqətlə baxdıq. Onu kənarından tutub özümüzə dartdığımızda qapı səs çıxardaraq açıldı. Nəfəslənib zülmət qaranlıq olan içəriyə baxdıq. İçəridə tək bir işıq belə yox idi. Cəld olmalıyıq. -deyə dodaqlarımı tərpətdim. Sofiya başını sallayıb öndən girdikdə mən də arxasıyca girdim və Sofiyanın əlindən tutdum - Qorxma burdayam.
Dar olan keçiddə yeriməyə başladığımızda həyəcandan az qala yıxılacaqdım. Qapını açıb bayıra çıxdıq - Daniel hardadır? - deyə soruşdu. - Harda olsa gələr. - dedim ətrafa baxaraq. Onu nə vaxta kimi gözlədik bilmirəm amma hava artıq açılmışdı. Soyuqdan titrəyirdik, harda olsa yoxluğumuzu hiss edəcəkdilər və qaçmadan tutulacaqdıq. - Hey! - deyə tanış pıçıltı eşitdiyimdə dərhal o tərəfə baxdıq. Şükürlər olsun! Bu Daniel idi! İki-üç metrə uzaqdan əliylə çağırdığında ona tərəf qaçmağa başlamışdım ki ayağım yekə bir ağac kötüyünə ilişdi və sərt şəkildə yıxıldım. Ağzımdan qopan qışqırıq ətrafa “exo” verdiyində tez əlimlə ağzımı bağlayıb yerdən qalxmağa çalışdım ancaq bu mümkün olmadı. Ayağım zədələnmişdi. Başımı qaldırıb Danielə baxdığımda mənə dəhşət içində baxırdı. Liyana! -deyərək tez yanıma qaçdı Sofiya.
- Qalxa bilmirəm Sofiya.
Gözlərimdən yaşlar axarkən Daniel yanıma qaçdı və belimdən tutub məni qaldırdı. - Liyana Liyana. Axmaq!
Sofiya ilə məni bərk-bərk tutduqlarında zədələnən ayağımı qaldırıb tək ayağımın üstündə qaçmağa başladım. - Tez olun! - dedi Daniel tələsərək. Hey! - deyə arxamızdan biri qışqırdığında qorxuyla ürəyim ağzıma gəldi. - Zibil! Dayanmayın qaçın! - deyə qışqırdı Daniel. Ağacların arasında yaralı ayağımla qaçarkən onlarında qaçmağını yavaşladırdım. - Buradadırlar tələsin! - deyə arxamızdan bağırış gəldi. - Liyana tez ol! - deyə qışqırdı Daniel. Məni bərk-bərk qolumdan tuturdu. - Daniel Sən get. Tutacaqlar bizi. Get.
- Axmaq-axmaq danışma. Tez ol.
Arxama baxdığımda gözlərimə inana bilmədim. Yeddi əsgər arxamızca gəlirdi. - Öləcəyik! - dedi Sofiya qorxuyla. Tam Liman görünmüştü ki bir anda Danielin bədəni önə doğru sarsıldı və inləyərək hərəkətini yavaşlatdığında dəhşətlə ona baxdım. Dizlərinin üzərinə yıxıldı və qolumdan tutduğu üçün mən də yıxılmalı oldum. - Daniel!
- Dayanmayın, qaçın!
Kürəyində gördüyüm oxla bədənim titrəməyə başladı. - Yox, yox!
Sofiya olduğu yerə çöküb ağlamağa başladığında Danielin kürəyini qan bürümüşdü. - Daniel, bağışla məni! Bağışla! Hamısı mənim ucbatımdan oldu. Daniel!
Daniel başını iki yana yellədi. Bir anda əsgərlər başımıza yığışdığında qollarımızdan tutub bizi qaldırdılar. Hamımızı gəldiyimiz tərəfə apararlarkən qarşımda güclə tutduqları Danielin kürəyindəki ox ürəyimə batmışdı sanki. Danielə etdiyim üzrlərin heç bir faydası olmazkən bizi sürüyərək saraya gətirdilər və həyətə atıb başımızda gözləməyə başladılar. Danieldən axan qanlar ağ zəminə bulaşırdı, Sofiya hönkü-rhönkür ağlayır, mən də Daniellə danışmağa çalışırdım. O isə məni eşitmirdi sanki. Bir an sonra saraydan olan hamı bayıra çıxdığında inana bilməyən gözlərlə Daniele baxdılar. Onu bu halda görmək onları heyrətə düşürmüşdü. Və az sonra sarayın balkonundan bir kişi çıxaraq bizə baxdı. Danielə olan baxışları təəssüflük içində, bizə olan baxışları isə qəzəblə idi. Daniel! - deyə qışqırdı bir kişi və onun keçən gün yanında duran kişi olduğunu gördüm. Danielin yanına qaçmaq istəyəndə onu əsgərlər tutub saxladılar. - Buraxın məni!
Kral Artur, nə etməyimizi buyurursunuz? - deyə soruşdu əsgərlərdən biri. Eyvandan yüksək səslə dedi - Üçünün də kəlləsini alın.
- Yox! Yox! Onun heç bir günahı yoxdur!
- Yalvarıram ona heç nə etməyin! Onun günahı yoxdur! Mən istədim ondan kömək!
- Onun böyük bir günahı var! Sarayın qanunlarını heçə saymaq! - dedi qəzəblə. - Danielin kəlləsini alın, bunları da edam edin.
Və sonra çıxıb getdi. Əsgərlər bizim ölümümüz üçün hazırlıq görərkən qan və ağrılar içində olan Daniel son nəfəsini veririrdi. - Daniel. Belə olacağın düşünməmişdim. Bağışla məni!
Üzünü mənə çevirib baxanda ağlamağım şiddətləndi. Rəngi gömgöy, dodaqları çartdaq-çartdaq idi. Yan şəkildə yerdə uzanır, bədəni titrəyirdi. Saniyələr içərisində hazırlıq bitərkən sanki hamı bu anı gözləyirmiş kimi ətrafımıza yığılmışdı. Aleksandra inana bilməyən gözlərlə Danielə və bizə baxırdı. Ona yalvarıb kömək istədim ancaq başını iki yana tərpətdi. Qollarımıdan tutub bizi ayağa qaldıraraq edam yerinə çıxartdılar və Danieli də yekə bir kötüyün qarşısına diz çökdürüb başını kötüyə qoydular. Kral təkrardan eyvana çıxdıqda yanında artıq bir qadın da var idi. Danielə acıyaraq baxdı. - Onun bir qəbahəti yoxdur. Onu buraxın!
- Kəs səsini! - dedi əsgərlərdən biri. Artıq yolun sonuna çatmışdıq, Sofiyanin ölümü də Danielin ölümü də mənim üzümdə olacaqdı. Qarşımda edam yerinə çıxarılan Sofiyə baxdım. Titrəyərək yerə baxırdı. - Sofiya! Bağışla məni, belə olmasını istəməzdim.
Başını yavaşca qaldırıb mənə baxdı və kiçik təbəssüm etdikdə ürəyim sızıldadı. - Atamın yanına gedirəm, Liyana. Sıxma canını.
Hər şey artıq tamamlandıqda Krala baxdı Danielin yanında olan kişi və bir işarət gözlədi. Danielin dostları ağlayan ifadə ilə olanlara baxarkən əllərindən heç bir şey gəlmirdi. Onların gəlmirdisə mənim necə gelə bilərdi axı?! Və Kral bir baş hərəkəti etdikdə, cəllad qılıncını qaldırdı. Nəfəsimi tutduğum zaman bir möcüzə olmasını istədim ancaq Danielin başı düşünülmədən qılınc ilə qoparıldığında böyük bir fəryad qoptu. - Daniel!
Və bir səs daha gəldi və dərhal Sofiyaya baxdığımda edam kəndirini boynuna keçirdi. Gözlərim dəhşətlə açılarkən Sofiya bir an mənə baxıb ağlayaraq gülümsədi, daha sonra ayağını pilləkəndən çəkdikdə kəndir boğazını sıxdı. Bədəni titrəməyə, üzü və boynu qızarmağa başladı. Gözləri arxaya gedərkən qışqırığım hər yeri götürdü. -Sofiya! Öz ölümünü gözləmədən intihar etmişdi. Mənim də boynuma kəndiri keçirdiklərində ağlamaqdan önümü görə bilmirdim. Məni itələdiklərində boğazımı kəndir sıxdı və nəfəsim kəsilməyə başladı. Gözlərimin önü qararmağa başladığında ciyərlərimə hava çatmadı. -Belə olmasını istəməzdim...
Və birdən nəfəs-nəfəsə sıçradığımda ətrafıma baxdım. Üzümü boynumu tər damlaları götürmüşdü. Otağımda, yatağımda, sağ idim. Bu necə ola bilərdi? Hamısı yuxu idi?
Anidən otağımın qapısı açıldıqda balaca qardaşım Çarlzı gördüm və gülümsəyərək danışdı.
- Bacı, süfrə hazırdır. Tez gəl, sonra kilsəyə gedəcəyik!
-SON-