Çörək pulu - Gülyaz Əliyevanın hekayəsi

Çörək pulu - Gülyaz Əliyevanın hekayəsi
7 avqust 2024
# 11:52

Kulis.az Gülyaz Əliyevanın "Çörək pulu" hekayəsini təqdim edir.

90 -cı illər idi... Soyuq və üzücü bir gündə, dərsin sonunda, nəhayət ki, tələbələrin iki ay gecikmiş təqaüdünü alıb çoxunu payladı. Dərsə gəlməyənlərin pulları isə özündə qaldı, sabah verəcəkdi. İnstitutdan çıxb tələsik bazarın yanındakı çörək mağazasına tərəf getdi. Çox tələsirdi. Hələ növbədə də nə qədər durmalı idi. Şəhərə Kəlbəcərin işğalı ilə əlaqədar çoxlu köçkünlərin gəlməsi səbəbindən, Gəncə əhalisinə çörək çatdırmaq olmurdu. Gəncə çörək zavodunun gecə-günüz işləməsinə baxmayaraq, şəhərdə çörək çatışmazlığından bəzən saatlarla növbədə dayansa da, elə gün olurdu ki, evə əliboş, çörəksiz qayıtmalı olurdu. Çörək mağazalarının qarşısında uzun növbələr olurdu. Elə olurdu ki, yorğun-arğın, ac-yalavac dərsdən çıxıb bir saat növbədə dayanırdı, ona növbə çatanda məlum olurdu ki, çörək qurtarıb. Yenidən çörəyin bişməsini gözləməli olurdu. Növbəti çörəyin bişib çıxması isə bir-iki saat çəkirdi. Odur ki, tez-tələsik bazar qabağındakı gur insan axınının arasından adlayaraq, çörəyinin xoş ətri ətrafa yayılmış mağazaya tərəf getdi...

Buranı özəl olaraq elə köçkünlər açmışdı. Çörək çatmırdı deyə, özləri çörək bişirib satırdılar. Çox zaman çörəyi elə buradan alırdı, həm isti olurdu, həm də ev çörəyini xatırladırdı. Çörəyi satan arıq, çəlimsiz, ağappaq rəngində bir qaşıq qan qalmamş, işləməkdən və yorğunluqdan gözləri çuxura düşmüş bir yeniyetmə idi. Ona çörəyi hər dəfə xüsusi canfəşanlıqla, əlləri yanmasın deyə, qəzetə bükərək verirdi. Bu isə başqa müştərilərin qısqanclığına səbəb olurdu. Satıcını kobudcasına tələsdirir, söz atır, təhqir edirdilər... Buna baxmayaraq, tələbə qızı görəndə yeniyetmənin qoca kişilərinki kimi çuxura düşmüş, işığı öləzimiş gözləri sanki işıqlanır, canlanırdı...

Qızın bu uşağa çox yazığı gəlirdi. Onu görəndə hər dəfə Gəncə bazarlarının günahsız qurbanı olan Bahar yadına düşürdü... Odur ki, əslində, çox ciddi və qaş-qabaqlı olmasına baxmayaraq, satıcıdan yupyumru sifətinə, iri ala gözlərinə çox yaraşan, gəlişiylə çöhrəsini tamamilə dəyişdirib nurlandıran işlqlı təbəssümünü əsirgəmirdi...

Bu xəyallarla fikirli-fikirli adamların gur yerindən keçəndə nə isə hiss etdi. Dönüb çantasına baxanda iki uzun barmağın onun çantasındakı bütün pulları, hətta tələbələrə vermədiyi təqaüdləri də götürdüyünü gördü. Qız bunu görüb, qorxudan içini çəkdi, səsi çıxmasın deyə, əlləri ilə ağzını tutdu. Başını qaldırıb pulları götürən bu uzunboylu oğlana baxanda baxışları toqquşdu. Qız oğru oğlanın düz gözlərinin içinə baxaraq, çığırıb-bağırmadan, hay-həşir salmadan, o qədər məsumcasına və yavaşca səslə: "Aaa, hamısını götürdü eee, heç olmasa, çörək pulu da saxlamadı!" - dedi ki, oğru oğlan utandığından yerə keçdi, götürdüyü pulların hamısını çantaya atıb, iri addımlarla adamların arasına qarışıb, yox oldu...

# 2391 dəfə oxunub

Oxşar xəbərlər

Necə oldu ki, biz kitab oxumağa başladıq? - Nübar Eldarqızı

Necə oldu ki, biz kitab oxumağa başladıq? - Nübar Eldarqızı

10:20 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar

"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar

17:43 25 iyun 2026
"Saxta xatirələrin ara-sıra onu narahat etdiyi vaxtlar olurdu..." - Corc Oruell

"Saxta xatirələrin ara-sıra onu narahat etdiyi vaxtlar olurdu..." - Corc Oruell

12:00 25 iyun 2026
Beyət və etiraz - Yeni hekayə

Beyət və etiraz - Yeni hekayə

11:15 25 iyun 2026
"Təxəyyülü kasıb olan insanlar bir çox şeydən sığortalanıblar..." - Meri Ueslidən aforizmlər

"Təxəyyülü kasıb olan insanlar bir çox şeydən sığortalanıblar..." - Meri Ueslidən aforizmlər

18:03 24 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər