Əfsanəvi müğənni vəfat edib

Əfsanəvi müğənni vəfat edib
26 yanvar 2015
# 16:43

Məşhur yunan musiqiçisi Demis Russos vəfat edib.

Kulis.Azın məlumatlna görə bunu “Le Figaro”ya müğənninin qızı bildirib. Russosun 69 yaşı vardı.

Demis Russos ötən əsrin 70-ci illərində solo karyerası ilə məşhurlaşıb. Buna qədər o, “Aphrodite's Child” qrupunun üzvü idi. Russosun məşhur mahnıları arasında Souvenirs, Goodbye My Love, Forever and Ever və başqaları yer alır.

Əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il “On The Greek Side Of My Mind” adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.

# 1666 dəfə oxunub

Müəllifin son yazıları

# # #