Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı

Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı
10 dekabr 2023
# 13:26

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilən tədbirdə Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olunub.

Kulis.az xəbər verir ki, ötən ilin dekabırnda start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazıçı-publisisit, iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub.

Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusuda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspetlərə təqdim edib, ikinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib:

Roman - Etibar Muadxanlı, “İlin beşinci fəsli”;

Povest - Nazilə Gültac, “Şəhid atası”;

Hekayə - Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verib. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılamsı zərurəti, bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən R.Dastanoğlu Fondun bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” yurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü Azər Turan, yazıçı-tərcüməçi Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndiriblər. Digər iş adamlarımızı da bundan örnək götürməyə çağırıblar.

Sonda çıxış edən AYB sədri, Xaq yazıçısı Anar yarışmanın unudulmaz yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı təsisçiyə təşəkkürünü bildirib, bu işdə üzərinə böyük məsuliyət düşən jüri üzvləri və ekspertlərin zəhmətini qeyd edib, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğular arzulayıb.

Sonra qaliblər mükafatlandırıləb. Roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim edib. AYB katibiləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaiya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Salim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

# 2469 dəfə oxunub

Oxşar xəbərlər

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
“İlin fotosu”  seçildi

“İlin fotosu” seçildi

11:00 25 aprel 2026
Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

10:45 25 aprel 2026
Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

10:30 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər