Xəstə – Abdulla Qəhharın hekayəsi

Xəstə – Abdulla Qəhharın hekayəsi
20 iyul 2022
# 15:40

Kulis.az Rəhmət Babacanın tərcüməsində Özbəkistan Xalq yazıçısı Abdulla Qəhharın hekayəsini təqdim edir.

(keçmişdən)

Göy uzaqdır, yer isə sərt.

Atalar sözü.

Satipaldinin arvadı birdən xəstələndi. Satipaldi xəstəyi oxutdu – faydasız. Təbibə göstərdi, təbib qan aldı, xəstənin gözləri yumşaldı, başı gicəlləndi, aşıq oxudu. Nə isə bir qadın gəlib söyüd çubuqla onu döydü, toyuq kəsdi və qan çixardi. Bütün bunlar, təbii ki pulla olacaq. Belə vaxtlarda qalınlar dartılır, naziklar kəsilir. Şəhərdə bircə xəstəxanə var. Satipaldinin bu baradə bildiyi budur: sərin, sakit parkda ağacların arasında salınmış hündür ağ bina: boz şüşəli qapının zəng düyməsi var. Çigit toxum və küncərə alveri ilə məşğul olan rəis Abdüğanibay anbarında düşmüş çuvalların altında qalıb ölmək üzrə olanda bu xəstəxanəyə getmək əvəzinə Sim*a getmişdi.

Satipaldinin ağlına həstəxanə deyiləndə at araba və ağ çarın təsviri olan 25 somluq pul gəlir.

Xəstə daha da pisləşdi. Satipaldi müraciət eləmək üçün rəisin yanına getdi, amma bu təşrifdən nə edəcəyini bilmədi. Abdüğanibəy onun bu sözlərini eşidəndə çox təəssüfləndi, bacararsa arvada yardım eləməyə hazır olduğunu bildirdi, sonra soruşdu:

– Devanəyi Bəxavəddinə nəsə gətirdinmi? Ousuləzəmə nə?

Satipaldi getdi. Xəstənin yanından getməmək və eyni zamanda yaşamaq üçün ev işi ilə məşğul olmağa məcbur oldu səbətlər hazırlamağı öyrəndi. O səhərdən axşama kimi günəşin altında səbət

toxuyur. Dörd yaşlı qız əlinə dəsmal götürüb anasının üzünü sızanaqdan, milçəklərdən qorur, bəzən əlindəki dəsmalla yorulub yuxuya gedir. Hər şey sakit. Yalnız milçək səsi gəlir. Xəstə inildəyir, yaxından-uzaqdan bazən dilənçi səsi eşidilir: “Ey dost, şeydullah ba adı Allah, sədəqə rəddi bəla, bə qəvli rəsuli ilah...”

Bir axşam xəstə çox əziyyət çəkdi. O hər dəfə fəryat çəkəndə Satipaldi məbəddə bıçaqlanan kimi qıvrılırdı. Qonşu bir yaşlı qadını çağırdı. Yaşlı qadın xəstənin zədələnmiş saçlarını düzəltdi, hər yerini siğalladi, sonra oturub ağladı…

– Məsum uşağın sabahda edən duası qəbul olunar, qızını oyat! – dedi Satipaldiya.

Uşaq yuxudan ayıla bilmədən uzun müddət ağladı. Sonra atasının qəzəbi və anasının pis vəziyyətindən qorxaraq yaşlı qadının ona öyrətdiyi kimi dua elədi:

– Aman Tanrım, annəmin dərdinə şəfa ver...

Xəstənin vəziyyəti gün-gündən pisləşdi, nəhayət, təmamilə tükəndi hər şey. “Xəyal olmasın” deyə “Çilyasin” da etmək lazım oldu. Satipaldi boş səbətlərini topdan satan baqqaldan 20 qəpik borc götürdü. Xəstə sanki “Çilyasin”dən sağalmışdı, o gecə hətta gözlərini açıb balaca qızını yanına çağırdı və pıçıldadı:

– Allah qızımın dualarını qəbul elədi. – dedi və ərinə başa düşündürdü, – İndi yaxşıyam, qızımı səhərlərdə oyatmayın...

Yenə gözlərini yumdu və bir daha açmadı, sabah isə öldü. Satipaldi balaca qızını ölü tərəfdən götürüb o biri tərəfə qoyanda balaca qız gözünü açmadan həmişəki kimi dua elədi:

– Aman Tanrım, annəmin dərdinə şəfa ver...

*Sim — Fərganə (vilayət)

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər