Xəsis tacirlər, fırıldaqçı din xadimləri... - Xalq Rəssamının gözüylə

Xəsis tacirlər, fırıldaqçı din xadimləri... - Xalq Rəssamının gözüylə
7 may 2025
# 10:00

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür.

Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində alıb. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub.

1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub. Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat edib. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.


Kulis.az Xalq rəssamının çəkdiyi karikaturalardan bir neçəsini təqdim edir.


“İtboğuşdurma
” (1938)

51

“Varlı evində ramazan” (1932)

52

“Nəsiminin edamı”(1938)

53

“Yoxsulların toyu” (1931)

54

“Qurban bayramı” (1931)

55

“Kos-kosa” (1930)

56

“Xoruz döyüşü” (1915)

57


“Qız övladın dünyaya gəlişi” (1937)

58

“Kasıb evində ramazan süfrəsi” (1938)

59

# 1513 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

11:20 7 mart 2026
Azərbaycan kəlağayı sənəti Argentinada

Azərbaycan kəlağayı sənəti Argentinada

10:35 7 mart 2026
“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər