22 yaşında iki il ömrü qalmışdı – Stiven Hokinqdən bilmədikləriniz

22 yaşında iki il ömrü qalmışdı – <span style="color:red;">Stiven Hokinqdən bilmədikləriniz
14 mart 2018
# 12:02

Kulis.az Taryel Abdullayevin “Pi günündə ölən fizik; Stiven Hokinq” yazısını təqdim edir.

Bu gün 14.03 - Pi günündə İngilis nəzəri fizik olan Stiven Hokinq həyatını itirdi. Ona 22 yaşında tutduğu xəstəliyə görə yalnız iki il ömrünün olduğunu dedilər ancaq 76 yaşına qədər elmi işlərin davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.

Stiven Hokinq kosmik elmləri, qara dəliklər və kvant fizikası ilə əlaqədar çalışmaları ilə tanınırdı. Bu gün hər kəs kimi onun itkisinin kədərini yaşayıram. O, böyük bir alim, çalışmaları və mirası ilə illərcə yaşayacaq fövqəladə bir insan idi. Fövqəladə insan idi, çünki elmi işləri ilə yanaşı, kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir, dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edir, kitablar yazır və sənədli filmlərdə yer alırdı.

Təsadüf deyil ki, hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu “Lukasian” professorluğu vəzifəsini tuturdu.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi təkamül yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır.

Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Eynşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi qeyd edirlər.

Stiven Hokinq yadplanetlilərin mövcud olduğunu deyirdi. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz vardır. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin idi. Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcəyini deyirdi.

Taryel Abdullayev

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər