Adam puldan keçə bilmir – Yazıçılarımız ədəbi mükafatlardan danışdı

Adam puldan keçə bilmir –<span style="color:red;"> Yazıçılarımız ədəbi mükafatlardan danışdı
17 may 2019
# 12:03

Yazılan əsərlərin dəyərləndirilməsi üçün müxtəlif qurumlar tərəfindən ədəbi müsabiqələr keçirilir. Bəzən onlar ətrafında narazılıqlar da olur. Mükafat alanlar prosesdən razı, almayanlar isə narazı qalır. Bu bir az da təbiidir. Çünki hər kəs öz yazdığını güclü hesab edə bilir. Bəs, əsl həqiqət haradadır? Mükafatlar ədəbiyyatın inkişafında harada müsbət, harada mənfi təsir edir? Yaxud, ümumiyyətlə mənfi təsir edirmi?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Səfər Alışarlı: “İndiyədək verilən ədəbi mükafatlara baxmıram. Mükafatın yazıçı üçün xeyirli, ya ziyanlı olduğunu bilmirəm, çünki heç zaman mükafat almamışam. Mükafatım yalnız yazdığım əsərlərə görə müxtəlif səviyyəli təzyiqlərə məruz qalmağım olub. Ən dəhşətlisi odur ki, bu hal bu gün da davam etməkdədir.”

Rəşad Məcid: “Mükafatlar yazıçıların yaradıcılığına verilən bir stimuldur. Buna görə də hər bir mükafatı müsbət qarşılayıram. Sevinirəm ki, son vaxtlar müxtəlif qurumlar tərəfindən yazıçıların bədii əsərlərin mükafatlandırması prosesi baş tutub, xeyli yazıçı sevinib. Və mən arzulayıram ki, belə mükafatlar cəmiyyətə böyük reaksiya versin. Ədəbiyyatın əvvəlki şöhrətini özünə qaytarmaqda bu mükafatların rolu olmalıdır. İctimaiyyətin, oxucuların diqqəti bu əsərlərə yönəlməlidir. Bu mənada ədəbi mükafatlar cəmiyyət üçün də, ədəbiyyat üçün də çox vacibdir. Son vaxtlarda mükafat alan yazıçılarımızı təbrik edirəm. Almayanlara da arzulayıram ki, gələn mükafatları alsınlar.

Aqşin Yenisey: “Hər bir yaradıcı şəxs yaşının bir mərhələsində özünütəsdiqə ehtiyac duyur. Və bu təsdiqi kənardan gözləyir. Bu mənada mükafatların xeyri var. Ancaq bütün yaradıcı ömrünü mükafata, özünütəsdiqə həsr etmək psixoloji xəstəlikdir, ya da özgüvən hissinin olmamasından irəli gəlir.”

Rəbiqə Nazimqızı: “Şəxsi fikrimi soruşursuzsa, özüm mükafatları və müsabiqələri sevmirəm. Çünki kimsə mütləq kənarda qalır. Ümumiyyətlə, fikirləşirəm ki, kiminsə öz kitabını gətirib, baxın mən yazmışam, məni qiymətləndirin deməsi bir az düzgün deyil, heç idarə və müəssisələrin də namizəd verməsinin tərəfdarı deyiləm. Normalda ədəbiyyatı izləyən tənqidçilər olmalıdır və namizədləri də onlar təklif eləməlidirlər. İntəhası, gəlin sayaq, Azərbaycanda neçə obyektiv tənqidçi tanıyırsınız, uzağı, üç ad çəkə biləcəyikmi?

Başqalarına gəlincə, bu, onlara stimul verirsə, niyə də olmasın? Bu belə, ikincisi, düşünürəm ki, mükafatlar daha istedad faktoru ilə yanaşı, çox ehtiyacı olan və imzası tanınmayan adamlara verilməlidir. İllərdir yazan, xalqın sevgi və hörmətini qazanan adam nə edəcək mükafatı? Və ya ömrü boyu vəzifədə olan, kitablarını nəfis tərtibatda çıxarmaq imkanı olan adama niyə mükafat verilsin ki? Niyə o adam özünü mükafata iddialılar sırasında görsün ki? Əminəm ki, bu onu nəinki yaxşı yazmağa stimullaşdırmayacaq, əksinə, süstlüyünü artıracaq.

Daha çox gənclər nəzərə alınmalıdır. Söhbət ortabab istedadı olan adamlardan getmir, belələri hər addımda var. Fövqəladə istedad sahiblərini nəzərdə tuturam, varsa var, yoxdursa, nə məcburuq kiməsə mükafat verməyə?

Mükafat yaxşı şeydi, amma və lakin... çox istərdim ki, Zahir Əzəmətin maddi imkan tapıb, Nəsimi ədəbi mükafatını bərpa etsin..”

Kəramət Böyükçöl: “Nobel yaşda yazıçılarımız gəlib Mirzə Cəlil mükafatı alır. Şəxsən bu mükafatların heç biri mənim üçün maraqlı, əhəmiyyətli deyil. Amma adam puldan keçə bilmir. Bunlar əslində, heç mükafat da deyil, adamlara pul paylamaqdır. Azərbaycandı da... Qoy alsınlar, mükafat da, pul da... Elə mövzudu ki, vallah, ərinirəm danışmağa.”

# 2937 dəfə oxunub

Oxşar xəbərlər

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

12:00 28 noyabr 2024
Azərbaycanlı reper həbs olundu

Azərbaycanlı reper həbs olundu

11:00 28 noyabr 2024
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

10:34 28 noyabr 2024
Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

Konfrans Liqasında "Bayatı-Şiraz" səsləndirildi

09:42 28 noyabr 2024
“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı olub

09:22 28 noyabr 2024
Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

09:12 28 noyabr 2024
# # #