Könül Xasıyevanı alçaldan həmkarları - Sevda Sultanova yazır…

Könül Xasıyevanı alçaldan həmkarları - <span style="color:red;">Sevda Sultanova yazır…
27 fevral 2019
# 15:01

“Yeni Avstriya kinosu”nun müəlliflərindən biri Ulrix Zaydl filmlərində XXI əsr müstəmləkəçiliyinin yeni formalarını, insan təbiətinin qaranlıq tərəflərini araşdırır.

Alman mətbuatında verdiyi müsahiblərindən birində “Sizi radikal filmlər çəkməyə nə vadar edir” sualına o belə cavab verir:

“Filmlərimdə əsas problem insan tənhalığı, insanın alçalmasıdır və onları istismar, hakimiyyət, seksual münasibətlər yolu ilə də ifadə edirəm. Amma nəhayətdə söhbət insan ləyaqətindən, hər yerdə olan qarşlıqlı alçaltmaqdan və istismardan gedir”.

Misalçün, rejissorun “Cəhənnəm istisi” lentində, sevgilisi

musiqi müəlliməsini seksual anlamda təhqir edir və ölkənin himnini oxutmağa məcbur edir.

Yaxud, Nobel Mükafatçısı Mo Yanın “Qırmızı darı tarlası” romanı əsasında Çjan İmounun ekranlaşdırdığı eyniadlı filmdə alçaltma motivi müharibə kontekstində işlənir. Yapon əsgərlərinin təkidi ilə dananı soyub öz peşə məharətini göstərən çinli qəssaba, sonradan öz sahibinin dərisini soymaq əmri verilir. O, əzabla sahibinə yaxınlaşır. Sahibinin ondan “Elə et ki, çox əzab çəkməyim” xahişindən sonra qəssab onu dərhal bıçaqla öldürür. Və özü də dözməyərək intihar edir.

Müxtəlif ekran əsərlərində, rejissorlar çeşidli, tükürpədici alçaltma növlərini təsvir edir və insan təbiətinin bu cəhətini nəql etdyi süjetin kontekstində araşdırır.

Bizdə isə alçaltma növləri bədii əsərlərdən çox dokumentalistikada baş verir. Lap yaxında sosial şəbəkədə, ağır xəstəlikdən əziyyət çəkən müğənni Könül Xasıyevaya həmkarlarının yardım etdiyi bir görüntü yayımlanmışdı.

Vətəndaşın bu cür rəzil duruma düşməməsi üçün ilk növbədə ölkədə tibbi sığorta kimi vacib problem həll olunmalıdır. Bu, məsələnin bir tərəfi.

İkincisi, həmin videoda sərgilənən, mərhəmət kimi sırınmağa cəhd edilən alçaltma növü yəqin ki, ancaq bizim öz kəşfimizdir. Bu, elə bir alçaltma növüdür ki, nə “Salo ya da Sodomun 120 günü”nu çəkən Pazolininin, nə “Antixristi” çəkən Trierin, nə “Məzəli oyunları” lentə alan Hanekenin, nə də “Cəhənnəm istisi”ni ekranlaşdıran Zaydlın ağlına gələ bilərdi. Belə bir alçaltma növü bizim toplumda bizim şəraitdə fərdlərin ağlına gələ bilərdi.

Sözügedən videoda Könül Xasıyeva solğun, halsız, hətta deyəsən, əlində əsa tutaraq salonda mahnı oxuyur. Müğənni həmkarları Vasif Məhərrəmov, Manaf Ağayev, Mətanət Əsədova və tanımadığm başqaları hamının gözü qabağında ona nümayişkaranə ədayla pul – yardım verir. Sanki yardım həmkarının dərdinə dərman məqsədilə yox, peşəsi dilənçi olan kəsə verilir. Onlar özlərinin qeyri-nəcib tövrləri ilə yardımı şouya, mənəvi, ali dəyərləri məhv edən vandalizm aktına çevirir və Könül Xasıyevdan çox daha miskin görünürlər.

Manaf Ağayevin Spase kanalında “Dünya kinosu inciləri” verilişində “Köhnə tüfəng” filmindən danışmasını xatırlayıram. Tamamilə aydın idi ki, filmdən heç bir anlayışı olmayan müğənnini bu verilişə çıxartmaqla istehza obyektinə çevirmişdilər.

Könül Xasıyevanın gözü qarşısında sanki itə sümük atır ədasıyla, görməmişcəsinə (başqa söz tapa bilmirəm) əskinası oynadan Mətanət Əsədova ilə bağlı isə bir müddət əvvəl qalmaqallı video yayımlanmışdı. Yemək məclisində kişilərdən biri sezilən bir həqarətlə onu mahnı oxumağa vadar edirdi.

Görünür, nə vaxtsa, həqarətə, məsxərəyə məruz qalmaları insanların şüuraltında qisasalma, başqalarını alçaltma prosesinə çevrilir və bir gün müxtəlif situasiyalarda üzə çıxır.

İstər gerçəkliyimizdə, istər sosial şəbəkələrdə geniş yayılmış özümüzəxas milli alçaltma növlərindən həzz almağın və ya sinirləri sakitləşdirməyin dərinliyini araşdırmaq üçün bizim öz Freydimizə ehtiyac var.

Bütün bunların kökündə yəqin ki, həm də sevgisizlik, insana dəyər verə bilməmək keyfiyyəti dayanır. Mən buna sevgi çatışmazlığı sindromu deyərdim.

Sevginin içinə - alicənablıq, nəciblik, şəfqət, bağışlaya bilmək, anlayış kimi əhəmiyyətli keyfiyyətləri də yerləşdirirəm.

Vəkil Elton Qulyev haqda kitabı yazanda, uzun illik dostlarından biriylə görüşmüşdüm. O, xeyli xatirə danışdı və sonda, gözləri dolmuş, amma kəskin şəkildə sual verdi: “Çox nəcib adam idi Elton. Siz heç bilrisiz nəcbilik nə deməkdir?!”

Sual ritorik idi və intonasiyada nəcibliyin az qala nadir keyfiyyətə çevrilməsinə dərin təəssüf, kədər hissi vardı.

Nəcib ola bilməməkdən, sevgisizlikdən törəyən alçaltma manerasına sosial şəbəkələrdə, özünü vicdanlı, yüksək dəyərlərə malik olduğunu sayan, intellektual, bilgili adamlar arasında da rastlanır. Örnəyi, dost adlandırdığı, mehribanca, foto çəkib yaydığı adama, bir gün sonra statuslarında qəribə bir rahatlıqla həqarət edir və “dostunun” ünvanına yazılan təhqiramiz şərhlərə rəvac verir.

Sevgi çatışmazığı təhlükəli sindromdur, onun bilgi, intellektlə əlqəsi yoxdur. Bu, hər şeydən əvvəl insan təbiəti, onun aldığı çeşidli travmalarla bağlıdır. Mövzu aktual və mürəkkəb olduğudan, yazıma son, vurucu sözlər tapmağa çətinlik çəkirəm və bu səbəbdən sonluğu açıq saxlayıram.

# 5801 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #