Murad Köhnəqala: “Bu, yazıçı üçün qüsurdur” – DİN POLEMİKASI

Murad Köhnəqala: “Bu, yazıçı üçün qüsurdur” – <span style="color:red;">DİN POLEMİKASI
10 iyul 2017
# 12:35

Kuis.az yazıçılarımız arasında keçirilən “Quran ədəbiyyata hansı faydaları verir?” sorğusuna tanınmış şair-publisist Murad Köhnəqalanın münasibətini təqdim edir.

“Sözsüz ki, dini mətnlər, səmavi adlandırdığımız kitablar, sonradan yaranan bədii əsərlərə, təsviri incəsənətə, heykəltəraşlığa təsirsiz ötüşməmişdi. Dini motivlər, hətta, əsrlərlə rəsm əsərlərini öz əsarətinə almışdı. Ancaq söhbət bu gün yaranacaq bədii əsərdən gedirsə, dini mövzulara, səmavi sayılan kitablardakı motivlərə qayıtmağı heç də məqbul saymıram. Yanlış olaraq, bəzən Hüqo, Tolstoy, Dostoyevski kimi yazıçıları dindar adlandırırlar. Halbuki, məsələn, Dostoyevskinin Raskolnikovu ağır depressiyaya düşür, halı normal olmur, Sonyanın yanına gəlib Bibliyadan bəzi yerləri onunçün oxumasını xahiş edir. Bu, yazıçının heç də dindar olmağına işarə ola bilməz. Əksinə, burada dini kitabdan ruhi xəstə halına gəlmiş qəhrəman istifadə edir.

Əslində, bütün xoşməramlı yazıçılar dindar yox, ruhanidirlər. Ruhanilik isə dinlərdən çox ibtidai olan vicdanla idarə olunan hissdir. Bu mənada Hüqonun özü də, Jan Valjan da dindar yox, ruhanidir. Ola bilsin kimlərisə ruhaniyyət mərtəbəsinə dini nağıllar gətirib çıxarır, buna sözüm yox, lakin, çox arzu edərdim ki, insan göylərdən gözünü çəkərək öz qolunu çırmayıb ədalət yaratmağa girişsin. Ədaləti yanlış olaraq başqa yerlərdə axtarmağı oxucuya təlqin eləmək yazıçının qüsuru sayılmalıdır.”

# 3863 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər