Bu hissləri bildirən sözlər dilimizdə yoxdur - ARAŞDIRMA

Bu hissləri bildirən sözlər dilimizdə yoxdur - ARAŞDIRMA
31 yanvar 2017
# 17:00

Başqa dillərdə olub ingilis dilində qarşılığı olmayan və müxtəlif hissləri ifadə etmək üçün istifadə olunan çoxlu söz var.

Özünüzü heç mbuki-mvuki hiss etmisiziniz, heç rəqs edərkən paltarınızı çıxarıb atmaq ürəyinizdən keçib? Ya da bir az kilig, yəni xoşunuza gələn bir nəfərlə danışarkən əl-ayağınızın bir-birinə dolaşması hissinə?

Bunlar Bantu (Afrika) və Taqaloq (Filippin) dillərində istifadə olunan, amma ingiliscədə qarşılığı olmayan kəlmələrdir. Eynən holland dilində uitwaaien kəlməsi ilə ifadə edilən və küləkli havada gəzməyin insanda yaratdı canlılıq hissindən bəhs edən duyğu kimi.

Şərqi London Universitetində çalışan Tim Lomasın fikrincə bunlar yaxın zamanlarda hamının sevəcəyi sözlərə çevrilə bilərlər. Lomasın Pozitiv Leksikoqrafiya Layihəsinin məqsədi dünyanın müxtəlif bölgələrindəki pozitiv hissləri ifadə edən sözləri toplayıb onların gündəlik həyatımızda daha çox yer almasını təşkil etməkdir.

İngilis dilinə başqa dillərdən daxil olan hissləri ifadə edən çoxlu söz olsa da hələ ingilislərin söz xəzinəsinə daxil olmayan sözlər var. Araşdırmaların nəticəsində Lomas yüzlərlə “tərcümə edilməyən” hissi ifadə edən söz tapıb.

O, bu sözləri öyrənməklə insanların bir-birini daha yaxşı başa düşməsinə, dünyanı fərqli gözlərlə görə bilməsini təmin edəcəyinə inanır.

Lomas fin dilindəki sisu sözünün mənasını öyrənəndən sonra bu layihəni həyata keçirmək qərarına gəlib. Finlandiyalılar “mənfi hallara qarşı fövqəladə qətiyyən göstərmək” mənasına gələn bu sözün enerjisini ingilis dilində heç bir sözün ifadə etmədiyini deyir. Bundan sonra Lomas başqa dillərdən bu cür sözləri tapmağa çalışıb. Bu araşdırmanın ilk nəticələri Journal of Positive Psychology jurnalında dərc edilib.

Pozitiv hisslər

Burda yer alan sözlər daha çox konkret situasiyaya məxsus pozitiv hissləri ifadə edir.

Desbundar (Portuqalca): Əylənən zaman utancaqlığı atmaq halı

Tarab (Ərəbcə): musiqidən məst olmaq halı

Shinrin-yoku (Yaponca): Meşədə yuyunmağın verdiyi rahatlıq hissi.

Gigil (Taqaloq): Birini oxşayan zaman onu özünə sıxmaq hissi.

Yuan bei (Çincə): Bir işin öhdəsindən layiqincə gəlmək hissi.

İktsuarpok (Eskimos dilində): “Gəlirmi?” deyə tez-tez çıxıb baxaraq kimisə gözləmək.

Həm acı, həm də şirin hisslər

Bunlarla yanaşı daha qarışıq, həm acı, həm də şirin hissləri ifadə edən və kamilləşməyimizdə böyük önəm daşıyan sözlər yer alır.

Natsukashii (Yaponca): Gözəl xatirələri sevinclə xatırlayıb o xatirənin geridə qalmasının kədəri ilə keçmiş üçün darıxmaq hissi

Wabi-sabi (Yaponca): Gözəlliyin fani və qüsurlu olmasının yaratdığı “qaranlıq və solğun ucalıq”

Saudade (Portuqalca): Uzaqda olan, ya da keçmişdə qalan bir insan, yer, ya da şey üçün duyulan melanxolik intizar və ya nostalgiya – bəlkə də olmayan bir şeyə qarşı duyulan qeyri-müəyyən düşüncə

Sehnsucht (Almanca): Bəlkə də həyata keçməsi mümkün olmayan bir hal və ya vəziyyət üçün olan intizar hissi

Lomasın leksikoqrafiyasına bu hisslərə əlavə olaraq fərdi xüsusiyyətləri və davranışlarla əlaqədar olan sözlər də daxildir.

Pihentagyu (Macarca): İncə və ağıllı həll yolları tapan və ya zarafatı sevən hazırcavab insanları ifadə edir

Sukha (Sanskritcə): Şəraitdən asılı olmadan həqiqi və ədəbi xoşbəxtlik hissi

Orenda (Huron dili – Oklahoma və Kvebekdə danışılan dil): Tale kimi güclü təsirlər qarşısında dünyanın dəyişdirə bilmə iradəsi

Belə qənaət var ki, Lomasın yaratdığı pozitiv leksikoqrafiyanın yeni təcrübələr üçün ilham qaynağı olacaq və ya köhnə təcrübələrə yeni bir gözlə baxmaq imkanı qazandıracaq.

# 5309 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Cəfərov:  "Bu sözlərdən imtina edə bilmərik" - Açıqlama

Nizami Cəfərov: "Bu sözlərdən imtina edə bilmərik" - Açıqlama

18:47 19 may 2025
Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqqında bilmədiklərimiz

Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqqında bilmədiklərimiz

17:55 19 may 2025
"Adile"  filminde Ayşen Qrudanı o oynayacaq

"Adile" filminde Ayşen Qrudanı o oynayacaq

17:00 19 may 2025
Özbəkistan universitetində Şirvani adına  auditoriya açılıb

Özbəkistan universitetində Şirvani adına auditoriya açılıb

16:35 19 may 2025
ARKA Kann Film Festivalında

ARKA Kann Film Festivalında

15:35 19 may 2025
"Süni intellektlə valideyn olmaq şansı 25-30 dəfə daha yüksəkdir" - APAMED

"Süni intellektlə valideyn olmaq şansı 25-30 dəfə daha yüksəkdir" - APAMED

15:08 19 may 2025
#
#
# # #