Valideynlər uşaqları niyə belə tez böyüdürlər?

Valideynlər uşaqları niyə belə tez böyüdürlər?
23 dekabr 2016
# 11:00

Sevda Sultanova

Ard-arda baş verən nəfəskəsici hadisələr adamı gözlənilməz emosiyalar burulğanında az qala boğsun: Xəzərin udduğu neftçilər, Berlindəki terror aktı, qətlə yetirilən səfir, bu qətlin parlaq tamaşaya sanki ac olan izləyicilərdə yaratdığı performans effekti, tükürpədici olaylardan özünə gəlməyə, düşünməyə macal tapmamış, hər səhər saytlarda yer alan növbəti intihar aktları, qətllər haqda informasiyalar.

Yer üzündə yaxşı nəsə baş vermir. Üstəlik, pis hadisələr o qədər sürətlə baş verir ki, yaşadığımız emosional şok, qarışıq duyğular ağlımızı, rasional düşüncəmizi üstələyir, onu dibi görünməyən küncə sıxır.

Və adam özünü qorxulu, sinirləri pozulmuş, əsəbləri hər an partlayışa hazır dünyada insandan çox potensial qurban kimi hiss eləyir.

Fiziki və mənəvi eyəbəcərləşən dünya ötən əsrin böyük rəssamlarından sayılan, ekspressionist Frensis Bekonun gerçəkliyi son dərəcə kobud, soyuq əks eləyən qorxulu tablolarına bənzəyir.

Marqaret Tetçer onu dəhşətli rəsmlər çəkən insan adlandırmışdı.

Bekonun əsas mövzusu insan bədənidir. Daha doğrusu, bədəni fiziki deformasiyalara məruz qoyaraq insan mahiyyətini yozması.

O, insan bədənlərini, üzlərini təhrif eləyir, onları gərir, biçimini, simmetrasiyasını pozur, necə gəldi dartaraq əcaib hala salır. Bununla da bədənin nəyi necə duymasını fizikiləşdirir, ətraf mühitə reaksiyasına vurğu eləyir.

Bekonun obrazları işgəncələrə məruz qalmış kimi qışqırır, onların iztirabı neqativ fiziki enerjiyə çevrilib tablolardan maddi, gerçək dünyamıza çıxır.

Öz bədənlərində həbs olunmuş, azad olmaq istəyən insanlar bir qayda olaraq qapalı, nəfəsliyi olmayan məkanlarda təsvir olunur.

Bu, mövcud olmanın mənasızlığını, ümdisizliyi, eyni zamanda insan təbiətinin qaranlıq, ziddiyyətli tərəflərinin dünyada yaratdığı xaosu əks elətdirir.

Bekon böyüklərin dünyasını və onların kirləndirdiyi dünyanı çəkir. Orda günümüzün antiqəhrəmanlarının hamısı var – siyasi cinayətkarlardan tutmuş məişət cinayətkarlarınadək.

Bir də dünyamızıda böyüklərin isitsimar elədiyi, öz acgöz eqolarını doyurmaqda, məqsədlərini reallaşdırmaqda alətə çevirdiyi, kirləndirdiyi uşaqlar var.

Haşiyə: Mixail Osipovun videosu rus dilində olsa da oxucuların marağını nəzərə alaraq videonu təqdim edirik. Yazının davamı videonun aşağısında.

Budur, üç yaşlı istedadlı şahmatçı Mixail Osipov dünya çempionu, məşhur Anatoli Karpovla şahmat oynayır.

O, Karpovun heç-heçə təklifini qəbul eləmir, çünki qələbəyə iddialıdır.

Karpov udanda, balaca Mişanın dodaqları büzülür, doluxsunur, məğlubiyytini qəbul eləmək istəmir. İddiası ona məyusluq, gözyaşı hesabına başa gəlir. Studiya dəstək olmaq üçün onu alqışlara qərq eləyir.

Kövrək əsəbləri məğlubiyyətə dözməyən körpə dəstəyi hiss eləmir, təsəlli üçün anasını axtarır və ağlayaraq onun qollarına atılır.

Konkret bu situasiyada müstəqil qərarlar verməyə qabil olmayan, həyatı dərk eləməyən Mixail böyüklərin şou ehtirasının istismar obyektidir. Böyüklərin qərarı ilə uşaqlığından ayrılıb böyüklərin oyunlarına qatılan oyuncaq təəssüratı bağışlayır...

Mahiyyətcə, Mişanın vəziyyəti ilə Suriyada hərbi əməliyyatlara cəlb edilən uşaqların vəziyyəti arasında dərin fərq yoxdur.

Yaxud, dünyanın ən kiçik manekeni Kristina Pimenova... Qızcığaz məşhur brendləri reklam eləməkdən ötrü podiuma çıxarılır. Bazarda daha çox pul qazanmaq istəyən şirkətlərin, şöhrətpərəst anasının əlində vasitə rolunu oynayır.

Fotolardan məsum qızdan çox, gözəlliyi satın alınan, böyüklərin vaxtından əvvəl qadınlaşdırdığı, seksuallaşdırdığı, yaşından böyük görünən varlıq baxır.

Təbiiliyindən uzaqlaşan uşaqlar Bekonun qəhrəmanlarına necə də bənzəyir.

Müsahibələrindən birində Bekon deyirdi: “İnsan təbiəti hələ inkişaf eləməmiş heyvandır”.

# 1303 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #