Gözəgörünməz olsam, pul oğurlayardım - SORĞU

Gözəgörünməz olsam, pul oğurlayardım - <span style="color:red;">SORĞU
30 iyun 2017
# 15:00

Bəzən heç kimin gözünə görünmək istəmərik. İnsanlar bizi görməsin, amma biz öz istəklərimizi yerinə yetirək. Bəs yazarlarımız gözəgörünməz olsaydılar nə edərdilər?

Kulis.Az bu barədə yeni nəsil yazarlar arasında sorğu keçirib.

Səhər Əhməd

- Gizlincə sizin redaksiyaya gedərdim, görüm müəlliflərdən nə danışırsınız?

Aqşin Yenisey

Image result for Aqşin yenisey

- Cıdır düzündə kabab çəkərdim.

Kəramət Böyükçöl

Image result for kəramət Böyükçöl

- Aqil Abbasın cibindən pul oğurlayardım.

Alpay Azər

Image result for Alpay Azər

- Ərk etdiyim dostlarla məzələnərdim. İşdə, ya evlərində başları qarışanda qəfil qabaqlarına meyvə, çərəz qoyardım, ya qıraqdan onlara fındıq, qoz ləpəsi atardım. Qaldı ki, ciddi işlərə, gedib o biri ölkələrdən Azərbaycan üçün lazım olan kəşfiyyat məlumatları gətirərdim.

Könül Arif

Image result for Könül həsənqulu

- Floridaya uçardım.

Hikmət Orhun

Image result for hikmət orhun

- Görünəndə xətrimə dəyən adamları təpikləyib qaçardım, hamamda çimən yerdə ayaqlarının altına sabun qoyardım.

Günel Natiq

Image result for günel natiq

- Uşaqlıqda “Gözəgörünməz adam” əsərini oxumuşdum və uzun müddət özümə gələ bilməmişdim. Mənə elə gəlirdi ki, gözəgörünməz adam məni hər yerdə təqib edir... Uşaqlıq illərimin qorxulu röyası idi... Sonra gözəgörünməz adam obrazında özümü təsəvvür edirdim. Ən çox sirli olan yerlərə nüfuz etmək istəyirdim. Sirli otaqlara, şəhərlərə, ölkələrə... İndi də elə fikirləşirəm, əgər gözəgörünməz olsaydım, yəqin ki, xəyalımda olan ölkələrə gedərdim.

Rəbiqə Nazimqızı

Image result for Rəbiqə NAzimqızı

- Yəqin, bütün bədii yazı-pozuya maraq göstərən adam kimi bəzi insanların beyninə keçərdim, görüm necə düşünürlər, məntiqsiz qənaətlərə necə gəlirlər. Bir də dünyanı gəzərdim, nə viza lazım olardı, nə pasport, nə geyim-kecim.

Aqşin Evrən

Image result for Aqşin Evrən

- Gözəgörünməz olmaq istəməyin alt qatında insanın gizlənmək, özünə çəkilmək və nəhayətində öz varlığını inkar etmək arzusu dayanır. Lakin bu qəti yoxolma deyil: insanın cismani varlığı inkar edilsə də, fiziki üstünlükləri artır. Bu da prosesin müsbət mahiyyətli olduğunu aşkara çıxarır. Yəqin ki, mən də bu müsbət prosesdə ancaq insanlığa, bəşəriyyətin inkişafına xidmət edən gözəl addımlar ataram. Təsəvvür edin, xəbər yayılır ki, "Gözəgörünməz adam ərəb milyarderlərindən 100 milyon dollar götürərək, Somaliyə 1000 ton ərzaq alıb, içməli su kanalı çəkdirdi". Və ya "Gözəgörünməz adam son anda İrandan İsrailə atılması nəzərdə tutulan atom bombasını zərərsizləşdirdi". Mən məhz belə addımlar ataram və həmin vaxt yəqin ki, dünyada ədalət prinsipini özüm müəyyənləşdirirəm.

Ömər Xəyyam

Image result for ömər xəyyam mazanov

- Hal-hazırda ən böyük istəyim məhz gözəgörünməz olmaqdı. Gözəgörünməz olub Universal Studios Hollywood-a getmək və oradan film çəkmək üçün texniki baza gətirmək. Məsələn, alexa mini (bahalı kamera yəni). İnanın ki, qaytararam sonra. Əgər elə fürsət olsa, mütləq adımı qeyd edin.

# 3607 dəfə oxunub

Oxşar xəbərlər

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı

18:38 12 noyabr 2025
Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

18:01 12 noyabr 2025
“İndi meydanı veriblər Manafa” - Xalq artisti ilə müsahibə

“İndi meydanı veriblər Manafa” - Xalq artisti ilə müsahibə

17:22 12 noyabr 2025
Elnarə Akimova:  “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

17:08 12 noyabr 2025
İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

16:40 12 noyabr 2025
Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

16:00 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər