Bir hərfdən asılan taleyimiz: Günün Yazısı

Bir hərfdən asılan taleyimiz: <span style="color:red;">Günün Yazısı
15 mart 2017
# 11:00

Elə adama rast gəlirsən ki, əlifbanın dəyişməsindən gileylənir. Səbəb dəhşətlidir: mən təzə əlifbanı oxuya bilmirəm.

Bilmirsən nə deyəsən. Adam tarixi hadisələrin əhəmiyyətini başa düşməz də, bu qədər yox!

Lap islam dinini yayan sərkərdəyə çobanın verdiyi sual yada düşür. “Bu oxunan azan mənim qoyunlarıma bir ziyan verməyəcəksə, buyurun, oxuyun.”

Hər iki misalı özmərkəzçiliyin unikal nümunəsi sayardım və məncə bizim kimi cəmiyyətlərin ən böyük faciəsi həm də buna bağladır.

Dil və əlifba bir toplumun var olma şərtidir. Mən bunu 2008-ci ildə Tehranda keçirilən kitab sərgisində bütün ağırlığı ilə anladım. Tehran universitetlərində oxuyan azərbaycanlı tələbələr doğma dilimizdə şakır-şakır danışsalar da bir kəlmə oxuya bilmirdilər.

Image result for ana dilim

Əlifba yazılarımızın onlarla danışmasına keçilməz əngəl idi. Təsəvvür elə, sənə doğma olan dildə, sənə doğma olan dərdlər yazılan kitabları, məqalələri oxuya bilmirsən. Gözünü döyə-döyə tamaşa edirsən.

Eləcə də mən ərəb-fars əlifbası ilə yazılmış Azərbaycandilli mətnlərə belə cahilcə, gözlərimi qırparaq tamaşa edirdim. Hansısa zamanın hökmdarının verdiyi qərar mənə doğma olan şeyləri anlamağa qoymurdu. O hökmdar öləndən sonra da məni idarə edirdi.

Dil ünsiyyət vasitəsidir. Əlifba dilin tərkib hissəsi olub bu ünsiyyətin yazılı tərəfini ehtiva edir. Əcəba iki qardaşın biri-birini anlamamasını kimlər istəmirdi? Onlar sevərəkdənmi edirdilər bunu?

Bu gün – avqustun 1-i Azərbaycan dili və Əlifbası Gündür. Bu günün əhəmiyyətini anlamaq dərd-ağrılarımızı anlamaq, müqəddəratımızdan narahat olmaq deməkdir.

Əlifba dil, dil yazı, yazı kitab, kitab mədəniyyət, mədəniyyət qüdrətli ölkə, qüdrətli ölkə güclü-dünyəvi dövlət, güclü-dünyəvi dövlət azad cəmiyyət, azad cəmiyyət xoşbəxt insan deməkdir.

Əslində baxanda, bizim taleyimiz sözün həm müstəqim, həm məcazi mənasında bir hərfdən asılıdır.

Səadətin başqa yolu varsa, buyurub deyin, getməyən pis adamdır!

# 3322 dəfə oxunub

Oxşar xəbərlər

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

12:00 20 mart 2026
Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

10:00 20 mart 2026
Azərbaycanda Novruz bayramı  qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

08:15 20 mart 2026
Bu gün  Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

07:50 20 mart 2026
Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

02:10 20 mart 2026
Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

22:00 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər