"Qarabağ" sevinci – Salam Sarvan yazır…

"Qarabağ" sevinci – <span style="color:red;">Salam Sarvan yazır…
24 avqust 2017
# 13:41

Kosmopolitizm çox ülvi dəyər. Bu ideya tarixin dərinliklərindən gəlir. Səhv eləməsəm, antik yunan fəlsəfəsindən – kiniklərdən, stoiklərdən.

“Mən dünya vətəndaşıyam” deyən Aristippin, Diogenin zamanından min illər keçib, amma bu ideya dünyaya zərrəcə fayda verməyib. Çün cəfəngiyyatdı, çün işlək ideya deyil. Belə sərsəm ideyalarla insan nə özünü, nə də dünyanı dəyişmək gücündə. İstəsək də, istəməsək də, bu gərdişi-dövran milli fərqlərlə, milli sərhədlərlə qurulmuş.

Hə, bəşəri-ilahi duyğuların dərinliyində olmalarına rəğmən Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da... məhz bu elmentar həqiqəti dərk edərək hətta müharibələri can-başla qəbul ediblər. Bu elementar reallığı anladıqlarına görə ali hisslərin ucalığında olan düşüncə adamlarının tam əksəriyyəti əllərinə silah alaraq vuruşub, öldürüb, ölüb.

Milli hiss (bizdə azərbaycançılıq) qaçılmaz hissdi.

Şəxsi həyatımızda da bəzən sevinc epizodları, uduş halları olur: kimsə maşın alır, kiminsə lotereyası udur... Amma şəxsi sevinci milli sevinc kimi möhtəşəm yaşamaq alınmaz. Milli sevincin dəhşətli sehri var - o, 60-70 illik insan ömrünün faniliyindən fərqli olaraq, neçə əsrlik tarixi qədimliklə bütövləşdiyinə görə belə ali olur. Bir var öz ömrünün 50 il gerisindən start götürüb qələbə finişinə çatırsan, bir də var neçə əsrlik qədimlikdən başlayır bu marofon. Uzun yolun çatdığı mənzillər daha mübarəkdi - milli sevincin böyüklüyünün sirri burdadı həm də.

"Qarabağ" var olsun!

# 3683 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

16:00 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə”  adlı tədbir keçiriləcək

“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək

13:47 22 aprel 2026
Qoşalıq və ya tənhaların qəm nəğməsi - Sevil Gültənin essesi

Qoşalıq və ya tənhaların qəm nəğməsi - Sevil Gültənin essesi

13:20 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər