“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb 

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb 
5 yanvar 2017
# 13:00

“Dünya ədəbiyyatı” dərgisinin yeni işıq üzü görən, bütövlükdə Oman ədəbiyyatına həsr olunan sayı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Oman Sultanlığı Mədəniyyət Klubu ilə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dərginin giriş səhifəsində çap olunan məktubunda bu nəşrin əhəmiyyəti xüsusi vurğulanır: “Sevindirici haldır ki, “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayı bizim üçün əlamətdar olan bir vaxtda işıq üzü görür. Biz Dövlət müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümünü yenicə qeyd etmişik. Həmçinin, 25 il bundan əvvəl dekabr ayının 30-da Oman Sultanlığı Azərbaycanın dövlət müstəqilliyini tanımış, bir müddət sonra isə ölkələrimiz arasında, diplomatik münasibətlər qurulmuşdur. Bu gün artıq ölkələrimiz arasında çoxşaxəli, o cümlədən, mədəni münasibətlər var. Ölkələrimiz bir çox sahələrdə ikitərəfli mübadilə və əməkdaşlıq edir, eyni zamanda İslam Konfransı Təşkilatı və İSESCO formatlarında da münasibətlərini dərinləşdirir... Qədim mədəniyyətə, köklərə malik Oman ədəbiyyatının ilk dəfə belə böyük həcmdə Azərbaycan oxucusuna təqdim edilməsi olduqca təqdirəlayiqdir”.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin sözlərinə görə, bu sayda təqdim olunan əsərləri İmamverdi Həmidov, Rəşad Həsənov, Aytəkin Qocayeva, Mahir Həmidov, İsmayıl Hüseynov orijinaldan tərcümə ediblər. İlqar Fəhmi və Məcid Əsri isə bir neçə şeiri sətri tərcümə əsasında çeviriblər.

Oman ədiblərindən Yaqub əl-Xənbəşinin “Gecə səfərləri” romanı, Abdullah ibn Mübarək əl-Battaşinin “Novruz”, Aminə ər-Rabinin “Yuxu” pyesləri, Əzhar Əhməd əl-Harisi, Rahmə əl-Muğeyzəvi, Əli əl-Maməri, Yəhya Salam əl-Munziri, Numeyr bin Salim əs-Səid,Talib əl-Maməri, Süleyman əl-Maməri, Məhəmməd ət-Tavil, Məhəmməd əl-Yəhyayi, İbrahim Səid, Məhəmməd Seyf əl-Rahbi, Xəlifə bin Sultan əl-Abri, Əbdüləziz əl-Farsi, Coxa əl-Harisi, Hamud Suud, Bədr əş-Şidi, Buşra Xəlfan, Əl-Xəttab əl-Məzrui, Hamud əş-Şukeyli, Huda Həmd, Hilal əl-Badi, Nasir Saleh, Seyf ər-Rahbi, Əhməd əl-Fəllahi, Adil əl-Kəlbani, Abdullah əl-Bəluşi, Məhəmməd əl-Harisinin hekayə və esseləri verilib. “Poeziya” bölümündə isə Əbu Sufi Səid əl-Omani, Əllamə Məhəmməd əl-Məuli, Raşid əl-Həbsi, Məhəmməd əl-Xədrami, Hilal əl-Busəidi, Yunis əl-Busəidi, Səidə əl-Farisi, Zahir əs-Salimi, Yəhya əl-Ləzami, İshaq əl-Xəncəri, Saleh əl-Amiri, Haşim əş-Şamsi, Hilal əl-Hicri, Xəmis Qələm, Abdullah əl-Areymi, Bədriyyə əl-Vəhibi, Mahmud Həmd, Abdullah Həbib, Aişə əs-Seyfi, Həsən əl-Mətruşinin şeirləri dərc olunub. Azizə əl-Tainin “Oman təhkiyə üslubunun inkişafı”, Humeyd bin Amir əl-Hicrinin “Müasir Oman şeirində siyasi düşüncənin ifadə üslubları” məqaləsi Oman ədəbiyyatı ilə bağlı nəzəri məsələlərə həsr edilib.

Dərgidə yer verilən rəngli şəkillər Oman rəssamlığı və foto sənəti barədə Azərbaycan oxucusunda ümumi təsəvvür yaradılmasına xidmət edir.

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

Özbəkistanın qədim dulusçuluq ənənələri - Keramikanın paytaxtı sayılan Riştan

Özbəkistanın qədim dulusçuluq ənənələri - Keramikanın paytaxtı sayılan Riştan

15:00 15 oktyabr 2025
Maykl Cekson zorakılıqda ittiham edildi

Maykl Cekson zorakılıqda ittiham edildi

14:09 15 oktyabr 2025
Sənəti ilə ideologiyanı aşan rəssam - Yusif Hüseynov

Sənəti ilə ideologiyanı aşan rəssam - Yusif Hüseynov

14:00 15 oktyabr 2025
"İran şpionu" kimi həbs olundu, dostları əleyhinə ifadə verdi, gecəyarısı güllələndi - Səhnəmizin yunan ulduzu haqqında maraqlı faktlar

"İran şpionu" kimi həbs olundu, dostları əleyhinə ifadə verdi, gecəyarısı güllələndi - Səhnəmizin yunan ulduzu haqqında maraqlı faktlar

13:30 15 oktyabr 2025
Parfenon məbədindən dayaq konstruksiyaları götürüldü

Parfenon məbədindən dayaq konstruksiyaları götürüldü

13:20 15 oktyabr 2025
Aktivistlərin zədələdiyi  tablo restavrasiya olunur

Aktivistlərin zədələdiyi tablo restavrasiya olunur

13:05 15 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər