Rus rejissorun zorladığı Fatimə Abbasquliyeva kimdir?

Rus rejissorun zorladığı Fatimə Abbasquliyeva kimdir?
28 fevral 2018
# 13:20

Azərbyacanlı aktrisa Fatimə Abbasquliyeva rus teatr rejissoru Mark Rozovskinin 12 il əlvvəl onu zorladığını bildirib. Aktrisa bunları dəvət aldığı verilişlərdən birində deyib.

Bəs görəsən Fatimə Abbasquliyeva kimdir?

O, Azərbaycanda doğulub. Atası yazıçı, anası skripka ifaçısıdır.

O, 15 yaşında “Miss Azərbaycan” müsabiqəsinin qalibi olub. 17 yaşında iki nominasiyada “Qızıl mikrafon” musiqi mükafatının qalibi olaraq estradaya gəlir. Müxtəlif kliplər çəkdirir, şou baletlər təşkil edir. 19 yaşında Moskvaya gəlir, Moskva teatr sənəti institutuna daxil olur...

Fatimə məlum verilişdə “U Nikitinskix vorot” teatrının rəhbəri Mark Rozovskinin 12 il əvvəl onu zorladığını bildirib. Onun sözlərinə görə, bu hadisə o, tələbə olanda baş verib.

Aktrisa rejissorun cəzalandırılmasını istədiyini söyləyib.

80 yaşlı Rejissor Rozovski isə ittihamı rədd edib. O, belə bir şey olmadığını, nə əvvəl nə sonra bu aktrisa ilə bir yerdə təklikdə qalmadığını söyləyib. O, aktrisanın yalnız dördüncü kursda onun dərslərinə gəldiyini, baş rollar üçün xahişlər etdiyini, lakin xırda rollardan başqa heç vaxt rol almadığını, onun teatrının aktrisası olmadığını söyləyib: “Abasquliyeva mənim şəxsiyyətimlə bağlı kompromatlarla özünü TV də piar etmək istəyən biridir. Bu yaxınlarda mənim teatrıma gəlib şeir yazdığını bildirdi, işləmək arzusunda olduğunu söylədi. Biz imtina etdik.”

Fatimə Rozovskinin onu kimləsə qarışıq saldığını deyib. O, şeir yazmadığını son 6 ildə teatra getmədiyini söyləyib.

Sözügedən verilişdə Fatiməni özünü piar məqsədilə yalan danışmaqda ittiham edənlərlə yanaşı, ona dəstək olanlar və inananlar da olub.

Vaxtilə Rozovskinin teatrında işləmiş aktrisa Yekaterina Kmit rejissorun rol qarşılığında intim həyat təklif etdiyini söyləyib.

# 5503 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər