Türk şairinin kitabı təqdim olundu

Türk şairinin kitabı təqdim olundu
12 yanvar 2018
# 16:24

Türkiyəli şair Sərvət Gürcanın “Sən eşqsən” kitabının təqdimatı keçirilib

Kulis.az-ın verdiyi xəbərə görə, tanınmış türk şairi Sərvət Gürcanın AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi” Ulu Çinar” jurnalı tərəfindən nəşr olunan “Sən eşqsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğində xüsusi rolu olan Sərvət Gürcanın yaradıcılığından bəhs edib, tədbirə qatılmaq üçün Bakıya gələn tanınmış Türkiyə siyasətçisi, 1983-2003-cü illərdə üç hökumətdə nazir işləmiş İlhan Aküzümü salamlayıb, onun Azərbaycan kökənli bir siyasət nəhəngi olduğunu bildirib.

Sərvət Gürcanla uzun illərin arkadaşı olduğunu söyləyən İlhan Aküzüm “Azərbaycan Prezidenti İlham Əliyevin ona təqdim etdiyi “Dostluq” ordenini yüksək qiymətləndirib: “Bu orden övladlarım üçün qoyacağım ən böyük mirasdır”

Tədbirdə iştirak edən “Ulu Cinar” jurnalının baş redaktoru Elxan Zal, millət vəkili Fərəc Quliyev, dramaturq dr. Firuz Mustafa, yazıçı-dramaturq Elçin Hüseynbəyli, türkoloq dr. Minəxanım Təkləli, dr. Asif Rüstəmli və başqaları öz ürək sözlərini dedilər və Türkiyə ədəbiyyatının Azərbaycanda təbliğinin davamlı olacağına inandıqlarını dilə gətiriblər.

Sonda Sərvət Gürcan kitabının nəşr edənlərə və tədbiri düzənləyənələrə öz minnətdarlığını bildirib.

# 2192 dəfə oxunub

Oxşar xəbərlər

12 min illik ərazidə qazıntı işləri başladı

12 min illik ərazidə qazıntı işləri başladı

18:00 13 avqust 2026
Milli Kitabxananın təqdimatında:  “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

Milli Kitabxananın təqdimatında: “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

16:10 13 avqust 2026
“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

15:50 13 avqust 2026
Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

15:20 13 avqust 2026
15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

14:20 13 avqust 2026
“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

13:50 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər