Bakıda Abidə Forumu keçirilir

Bakıda Abidə Forumu keçirilir
28 iyun 2019
# 14:18

Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işini davam etdirir.

APA-nın məlumatına görə, iyulun 4-dək davam edəcək forum Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun ikinci günündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov geniş məruzə ilə çıxış edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin irs və dayanıqlı inkişaf üzrə fəaliyyəti” mövzusunda olan məruzə bu tarixi məkanın fəaliyyət istiqamətləri haqqında geniş məlumatdan ibarətdir.

Cavid Kazımov deyib ki, İçərişəhərdə görülən işlər, aparılan yeniliklər digər ölkələrdən gələn mütəxəssislərinin marağına səbəb olub: “Tədbir abidə menecmenti ilə bağlı təcrübə mübadiləsi və ən son yeniliklərin bölüşdürülməsi baxımından əhəmiyyətli platformadır. Tədbir iştirakçıları UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan abidələrin idarəolunması ilə məşğul olan mütəxəssislərdir. Onlar bizim təcrübə ilə yaxından maraqlanır, abidələrin restavrasiyası və konservasiyası sahəsində təcrübələrin bölüşdürülməsi üçün bizə müraciət edirlər. Biz də öz təcrübələrimizi onlarla bölüşməkdən məmnunuq".

Daha sonra Dünya İrs Mərkəzinin nümayəndəsi Jyoti Hosagrahar “Dünya mədəni irsi və davamlı inkişaf”, ICOMOS-un əməkdaşı Regina Duriqhello “Risklərin qiymətləndirilməsi və mədəni irsin idarə olunması”, ICCROM-un əməkdaşı Jane Thompsonun "İdarəetmə sistemləri və planlama: idarəetmədə dəyişiklik və davamlılıq", Dünya İrs Mərkəzinin əməkdaşı Ricard Veillon "Reaktiv monitorinq prosesi və mühafizə hesabatlarının vəziyyəti və "Mühafizə hesabatlarının analizi" mövzularında çıxış ediblər.

Çıxışlardan sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

# 1973 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər