Xaltura, ədəbi brak, erotik təsvirlər - Yusif Vəziri öldürən səbəb

Xaltura, ədəbi brak, erotik təsvirlər - Yusif Vəziri öldürən səbəb
5 mart 2025
# 12:00

Kulis.az Hidayət Əfəndiyevin 1937-ci ilin 10 aprelində "Kommunist" qəzetində Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqqında yazdığı "Ədəbiyyatda kontrrevolusyon sarsaqlama əleyhinə" yazısını olduğu kimi təqdim edir.

Revolusion fəaliyyət dövründə qorxu bilməyən mərd oğulların obrazlarını yaratmaq yazıçılarımız üçün bu gün belə ən aktual, ən ciddi və maraqlı bir tema olaraq qalmaqdadır.

Çılpaq, şəhvət oyadan erotik təsvirlər...

Ancaq bizdə bəzi yazıçılar var ki, bu temanın ciddiliyinə və əsl mahiyyətinə göz yumaraq, bu temadan başqa yolda istifadə etmişlər.

Yusif Vəzirin bu əsəri özünün çılpaq, şəhvət oyadan erotik təsvirləri ilə oxucuların zövqünü və əxlaqını pozmağa doğru çevrilmişdir.

Bu əsər Azərbaycan əməkçilərinə yabançı, çürük, osmanlı və ərəb-fars sözləri, ifadə və tərkibləri ilə doludur.

Yusif Vəzir özünün “Studentlər” əsərində (Azərnəşr 1935-ci il) Oktyabr sosialist revolusiyasına, bu revolusiyanı yaradan qəhrəman rus proletariatına və revolusiya hərəkatının Lenin və Stalin kimi dahi rəhbərlərinə sağlam dünyagörüşü ilə yanaşmamış, daha doğrusu bunları bizə düşmən cəbhədən qiymətləndirməyə çalışmışdır.

Yusif Vəzir Çəmənzəminli anası, bacıları və qardaşı ilə birlikdə, Şuşa, 1905–1906.

"Leninin bolşevik təşkilatına və revolusion mübarizəyə dəvət etdiyi işçi və kəndlilərdə heç bir şüur və iradə olmamışdır".

Yusif Vəzir öz əsərində 1917-ci il hadisələrinə, kəskin sinfi mübarizə və vətəndaş müharibəsi şəraitində revolusiyanın qalibiyyətinə qarşı siyasi duyğusuzluq və korluq göstərərək, revolusiyanın daxili hərəkət verici qüvvələrini aça bilməmiş, işçi sinifi və əməkçi kəndli kütlələrinin rolunu başdan-başa təhrif etmiş, bolşevik təşkilatının fəaliyyətini və Leninin revolusiyadakı rəhbərliyini açıqdan açığa inkar etmişdir.

Yusif Vəzir öz əsərində dünyanı sarsıdan bu revolusiyada Leninin və Stalinin dahiyanə rəhbərliyini qəti surətdə qeyd etməmişdir.

Yazıçıya görə, Lenin bu hərəkatda özünün yalnız bircə çıxışı ilə məşhurdur.

Yazıçı sadədil oxucuları inandırmağa çalışır ki, Leninin bolşevik təşkilatına və revolusion mübarizəyə dəvət etdiyi işçi və kəndlilərdə heç bir şüur və iradə olmamışdır.



Onlar revolusiya axınına düşüncəsiz, başıpozuq və qeyri iradi bir halda qoşulmuşlar.

Heç təsadüfi deyil ki, 250 səhifəlik bu böyük romanda bir nəfər olsun müsbət, düşüncəli, sağlam ideyalı obraz yoxdur.

“Studentlər” əsəri hər cəhətdən müəllifin kontrrevolusion cəfəngiyyatına müvafiq qurulmuşdur.

Bu əsər Azərbaycan əməkçilərinə yabançı, çürük, osmanlı və ərəb-fars sözləri, ifadə və tərkibləri ilə doludur.

Demək lazımdır ki, “Studentlər” əsərində bu zərərli təsir çox qorxulu və təhlükəli haldır.

Yusif Vəzirin bu əsəri özünün çılpaq, şəhvət oyadan erotik təsvirləri ilə oxucuların zövqünü və əxlaqını pozmağa doğru çevrilmişdir.

"Xaltura və ədəbi braka qarşı amansız mübarizə açılmalıdır”.

Bu əsər Yusif Vəzirin öz yaradıcılığında hələ bu günə qədər kontrrevolusion – müsavat ideyalarına nə dərəcədə sadiq qaldığını aydın göstərir.

Bu əsərin redaktorluğunu edən M.K.Ələkbərli yoldaşın belə kontrrevolusion və antisovet bir kitabı geniş kütlə arasına heç bir dəyişiklik etmədən buraxması da çox təəccüblüdür.

Redaktor buna cavab verməlidir.

Bədii ədəbiyyatı sosializm quruluşunun bugünkü yüksək tələbləri xidmətinə vermək üçün hər şeydən əvvəl ədəbiyyat mühitinin havasını dəyişməli, siyasi sayıqlığı artırmalı, xaltura və ədəbi braka qarşı amansız mübarizə açmalıdır”.




Qeyd: Yusif Vəzir 1940-cı il yanvar ayının 25-də həbs edildi.

Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərildi.

O, 1943-cü il yanvar ayının 3-də həmin həbs düşərgəsində də vəfat etdi.

______

Fotonu rənglədi: Nurlan

# 6274 dəfə oxunub

Oxşar xəbərlər

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər