Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər? – Maraqlı faktlar

İlyas Əfəndiyev, Xalq yazıçısı

İlyas Əfəndiyev, Xalq yazıçısı

26 may 2023
# 21:00

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Kulis.az onunla bağlı maraqlı faktları təqdim edir.

Atası varlı tacir olub. İlyas Əfəndiyev 7 yaşında olarkən atasını itirib. Anası ərə getməyərək ömrünü dörd oğlu və bir qızına həsr edib.

***

Sovet dövründə, 30-cu illərdə ailəsi ciddi təqiblərə məruz qalmış, ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək sürgün olunmuşdur.

Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi - AZƏRTAC

***

Yazıçı o dövrün ağrılarını bu cür xatırlayırdı:

“Ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”.

***

Yazıçı atasına zəhər verilərək öldürüldüyünü deyirmiş.

***

Çətin günlər keçirən ailə Şuşaya köçür. Uşaqlıq illərinin müəyyən hissəsi Şuşada keçdiyindən yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutub.

Əsrlərin, nəsillərin müasiri - İlyas Əfəndiyev | Kaspi.az

***

Yazıçılar İttifaqının katibi işləyib. Amma uzun sürməyib. İşindən istefa verib. Yazıçı səbəbini belə açıqlayıb: “Ədəbiyyat kolxozu tərifləməkdən ibarət deyil”.

***

Oxu.az - İlyas Əfəndiyev – 102

***

Yazıçı müəyyən zaman içində rəsmi işlərdə çalışsa da bu uzun çəkməyib. Daha sonra ancaq yaradıcılıqla məşğul olub, rəsmi işlərdən imtina edib.

***

Bir dəfə orta məktəbdə oxuyanda sinif yoldaşı ilə Azərbaycandan qaçmaq istəyirlər. Sübh tezdən Arazı keçib, İrana getmək fikrində olurlar. Ancaq gələcəyin yazıçısı ansını düşünərək getməkdən vaz keçir. Sinif yoldaşı isə Arazı keçir və 50 il ondan xəbər çıxmırş. 50 ildən sonra Məhəmməd adlı həmin dostunun Türkiyədə yaşadığı bəlli olur.

***

Günaydın Azərbaycan : Nəsrdən gələn xoş səs... - İlyas Əfəndiyev

O, Dövlət mükafatı ilə təltif olunsa da, Xalq yazıçısı adını alsa da, əsərləri ən böyük teatrlarda səhnəyə qoyulsa da, ata-babası repressiya edildiyi üçün heç vaxt Kommunist Partiyasının üzvü olmayıb.

***

Xalq yazıçısı qəfil arıqlamağa başlayır. Həkimlər ona xərçəng diaqnozu qoyurlar. Ancaq sonradan məlum olur ki, sadəcə bağırsaqları dolaşıqdır. Əməliyyatla hər şey düzəlir, amma yazıçı ömrünün sonunacan pəhriz saxlamalı oldu. Bundan sonra 17 il yaşayan İlyas Əfəndiyev 82 yaşında dünyasını dəyişir.

***

Əlində yarımçıq qalan son yazısı müğənni həmyerlisi Qəndab Quliyev haqqında məqalə olub.

# 11914 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

18:32 26 noyabr 2026
Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər