Xalq şairi Vahid Əzizlə görüş keçirildi

Vahid Əziz, Xalq şairi

Vahid Əziz, Xalq şairi

18 may 2022
# 10:40

Mayın 17-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi Vahid Əzizlə “Sözün sevgi kölgəsi” adlı görüş keçirilib.

Kulis.az xəbər verir ki, ilk olaraq SDU-nun rektoru professor Elxan Hüseynov Xalq şairi Vahid Əzizi və qonaqları qəbul etdi, onları tələbə və müəllim kollektivi adından salamlayaraq universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüş Böyük Akt zalında Muğam müsabiqəsinin laureatı, müğənni Gülzar Fərəcovanın ifasında Xalq şairi Vahid Əzizin sözlərinə bəstələnmiş “Bayatılar” musiqisinin sədaları altında başladı.

Çıxış üçün söz alan şair Sumqayıt Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə etdi, tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi və bu görüşün onda xoş təəssürat oyatdığını qeyd etdi. Bildirdi ki, tələbələrlə görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyətə, gələcəyə daşıyan qüvvə kimi xarakterizə edən şair SDU tələbələrinin dil bilgiləri hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Daha sonra şair dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs etdi, şair yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini tələbələrlə bölüşdü.

Görüşdə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, professor Rafiq Yusifoğlu və baş müəllim, filologiya üzrə fəlsəfə doktoru İlahə Vəliyeva çıxış edərək qonaqları salamladılar, Xalq şairinin yaradıcılığının müxtəlif məqamlarından söz açdılar, onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğuladılar.

Sonra Xalq şairi Vahid Əzizin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

Görüşdə tələbələr şairin şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər, şeirlərini səsləndirdilər.

Yekun olaraq universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək görüşün əhəmiyyətindən danışdı və bildirdi ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Vahid Əziz yaradıcılığının Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən rektor görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, Vahid Əziz özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi – məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.
Sonda qonağa universitet adından hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

"Beyaz Şou"  qayıdır: Təfərrüatlar açıqlandı

"Beyaz Şou" qayıdır: Təfərrüatlar açıqlandı

17:20 24 fevral 2025
Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev

Aqil Abbas bunu bacarıb - Mahir N. Qarayev

16:30 24 fevral 2025
Rafaellə Coşqunun Elgizlə Xoşqədəmə çevrilməyi - Xalqı təhqir edən əməliyyat

Rafaellə Coşqunun Elgizlə Xoşqədəmə çevrilməyi - Xalqı təhqir edən əməliyyat

15:00 24 fevral 2025
“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

10:49 24 fevral 2025
3000 illik xəzinədən  dəmir meteroit tapılıb

3000 illik xəzinədən dəmir meteroit tapılıb

09:56 24 fevral 2025
Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

09:50 24 fevral 2025
# # #