Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 avqust 2026
# 23:50

Xalq artisti Tofiq Bakıxanov 96 yaşında vəfat edib.

Bu barədə APA-ya onun oğlu Vahid Bakıxanov məlumat verib.

O bildirib ki, Xalq artisti bu gün 22:00-da vəfat edib.

“Son iki ay idi səhhəti pisləşmişdi. Vida və dəfn yeri sabah səhər məlum olacaq”, — Vahid Bakıxanov qeyd edib.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. Skripka və bəstəkarlıq üzrə təhsil alıb. 1990-cı ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

Yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib. 3 balet, 3 musiqili komediya, 25 konsert, 20 sonata, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, çoxsaylı kamera əsərləri, 100-dən artıq mahnı və romansın müəllifidir.

# 599 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər