Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu
30 aprel 2025
# 18:35

Aprelin 30-da Mədəniyyət Nazirliyində görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədova ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan görüşdə ölkəmizin kino ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər.

Kino xadimlərini salamlayan mədəniyyət naziri Adil Kərimli Xalq artisti Şəfiqə Məmmədovanın mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, sənətkar səhnədə və ekranda həyat verdiyi rəngarəng obrazlarla bir neçə nəsil tamaşaçıların rəğbətini qazanıb.

Nazir Şəfiqə Məmmədovanın bənzərsiz sənətinin dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun respublikanın ali təltiflərinə layiq görüldüyünü deyib. Bildirilib ki, Prezident İlham Əliyevin bu ilin 29 mart tarixində imzaladığı Sərəncamla aktrisa “İstiqlal” ordeninə layiq görülüb və dövlət başçısı bu ali təltifi sənətkara şəxsən təqdim edib.

Sənətkara yubileyi ilə əlaqədar təbriklərini çatdıran Adil Kərimli ona nazirliyin Fəxri fərmanını təqdim edib.

Şəfiqə Məmmədova yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib.

Kino sahəsinin mədəniyyətin ən vacib istiqamətlərindən biri olduğunu deyən nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən kino sənayesinin inkişafı diqqətdə saxlanılır. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması, 2022-ci il 20 aprel tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması bu sahəyə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.

Nazir Kino Agentliyinə rəhbər təyinatı barədə məlumat verib, bu vəzifəni Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri işləmiş Rəşad Əzizovun həyata keçirəcəyini bildirib. Diqqətə çatdırılıb ki, R.Əzizov Mədəniyyət Nazirliyi tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı və “Şərq ölkələri kino sənayesi bazarı”nın reallaşdırılmasında yaxından iştirak edib. O, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) fəaliyyətinin təşkilində aktiv rol oynayıb.

Adil Kərimli son illər Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə keçirilən film layihələri müsabiqələri, lentə alınan filmlər barədə də söz açıb, kino ictimaiyyətinin nümayəndələrini agentliklə daha sıx əməkdaşlığa dəvət edib.

Söhbət zamanı kino sahəsinin mövcud vəziyyəti, həyata keçirilən və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.

# 1756 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər