Xalça Muzeyində Qərbi Azərbaycan xalçalarının sərgisi keçirildi

Xalça Muzeyində Qərbi Azərbaycan xalçalarının sərgisi keçirildi
6 dekabr 2023
# 10:20

Azərbaycan Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisi açılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur.

"Bunlar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır.

Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla yanaşı, fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verərək onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı xurcun da nümayiş olunur", - deyə vurğulanıb.

Qeyd edək ki, sərgi çərçivəsində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı kataloq və bu mövzuda video-çarx təqdim olunub.

Sərgi 5 yanvar 2024-cü il tarixinədək davam edəcək.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

16:00 5 oktyabr 2026
Nüfuzlu musiqi festivalının biletləri tükəndi

Nüfuzlu musiqi festivalının biletləri tükəndi

13:30 5 oktyabr 2026
Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

12:15 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər