Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?

Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?
31 may 2025
# 15:22

Kulis.az Əməkdar artist Füzuli Hüseynovun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.

Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə verib.

O, V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq tamaşaçı rəğbətini qazanıb.

Füzuli Hüseynov – 60 – AKI

***

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilib. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F. Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilib.

***

Fizuli Hüseynov: "O xanım haqqında bizim aktyorlar yaxşı statuslar yazıblar"

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşüb, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıdıb.

N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını. M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynayıb.

***

2025-ci ilin 30 mayında Xalq artisti Əli Nur Füzuli Hüseynovu polisə şikayət edib.

Əli Nurun dediyinə görə buna səbəb Füzuli Hüseynovun ona müraciət etməsi olub:

"Füzuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Füzuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.

Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Füzuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.

Ailə üzvlərim bu məsələdə haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq".

Aktyor Füzuli Hüseynova |töhmət verildi, Şuradan çıxarıldı

Hadisədən sonra, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib və ona töhmət verilib.

***

Bununla bağlı açıqlama verən aktyor teatrın qərarı ilə razılaşdığını bildirib:

“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.

O, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:

“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Deputat Aqil Abbas Şərif Ağayarın kitab təqdimatında kimə əsəbiləşdi?

Deputat Aqil Abbas Şərif Ağayarın kitab təqdimatında kimə əsəbiləşdi?

14:26 1 iyun 2025
Bir körpə, bir mahnı, bir xatirə – O uşağa nə oldu?

Bir körpə, bir mahnı, bir xatirə – O uşağa nə oldu?

12:00 1 iyun 2025
"Müşfiq Ötgün filosof deyil, daha çox üləmadır" - Rasim Qaraca

"Müşfiq Ötgün filosof deyil, daha çox üləmadır" - Rasim Qaraca

11:14 1 iyun 2025
Diskotekanı Azərbaycana gətirən Niyaməddin Musayev kimdir?

Diskotekanı Azərbaycana gətirən Niyaməddin Musayev kimdir?

11:00 1 iyun 2025
O kimin musiqisinə oynadığını bilmir... - Aygün Əziz

O kimin musiqisinə oynadığını bilmir... - Aygün Əziz

10:00 1 iyun 2025
Şərif Ağayarın yeni romanının təqdimatı olub - FOTO

Şərif Ağayarın yeni romanının təqdimatı olub - FOTO

21:25 31 may 2025
#
#
# # #