Türkiyəyə necə yardım etməli?

Türkiyəyə yardım

Türkiyəyə yardım

8 fevral 2023
# 16:50

Kulis.az Günəş Mərdin “Türkiyəyə yardım edənlər” adlı yazısını təqdim edir.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ təkcə Dünyanı, torpağı yox, insanları da silkələdi. Adamların içinə vəlvələ düşdü. Əminliklə deyə bilərəm ki, səhəri faciə xəbəri ilə açan hər kəs bircə dəfə də olsa, “Dünən nə qədər kiçik şeyləri dərd etmişəm” fikrini ağlından keçirtdi. Sosial şəbəkələrdə hamı faciədən fotolar, videolar paylaşmağa başladı.

Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar qardaş ölkənin başına gələn bu faciəyə üzüldü. Bizim qədər olmasa da. Kimin doğmasının başına pis iş gəlsə, təbii olaraq ən çox üzülən də o olar. Amma biz də bir az ağ elədik elə bil. Niyə? Bu saat yazacam...

Bildiyimiz kimi, Bakıda, Babək prospektində zəlzələdən zərər çəkənlərə yardım toplanır. Bu fotodakı xanım dünən ora yardım gətirib. “Facebook”da sosioloq Lalə Mehralı bunu paylaşıb və yazıb:

“Türkiyəyə yardım göndərən qız. “Tütək səsi” filmini xatırladım bu fotonu görəndə biixtiyar. Millinin öz cehizlik samovarını cəbhəyə dəstək fonduna verdiyi səhnənin deyirəm. Bəlkə, bu yorğan da cehizlikdir”.

Xanımın yazdığı posta gələn reaksiyalara baxın: “Fotonu görəndə mənim də ağlıma bu gəldi”, “Allah əvəzini verəcək” və s. bu kimi “n” qədər absurd şərh. Biri çıxıb demir ki, ay xanım, siz nə danışırsınız? Bəlkə, xanım duldur? Bəlkə, övladı var? Öz cehiz fantaziyanızı niyə ona sırıyırsınız? Bu nə kiminsə halına yanmaq, nə də faciəyə münasibət bildirməkdi. İnanın, dünyanın başqa yerində belə bir “unikal” yanaşma görə bilməzsiniz...

Belə “eksklüziv” fikir sahiblərindən biri də sosial şəbəkə fenomeni Elçin Lənbəranskidir. O, “Facebook” hesabında video paylaşaraq bildirib ki, tək onun çağırışından sonra Türkiyəyə bir tır yardım göndərilib.

Ay adam, axı bu humanitar yardım Türkiyənin türk iş adamlarının və dövlətimizin dəstəyi ilə həyata keçirilir. Niyə bu qədər əməyi öz üzərinə çəkirsən? Guya sən olmasaydın, yardım edən olmayacaq, tırlar boş qalacaqdı? Şəxsi mənafe belə vaxtlarda dövriyyəyə girəndə insan necə də cılız görünürmüş.

Ən çox paylaşılan videolardan biri də hicablı xanımın dağıntılar altından çıxarılması anını əks etdirən videodur . Xanımı paylaşıb yazırlar: “Allah ismətli xanımlarımızı qoruyur”. Yaxşı, qorusun. Açıq-saçıq geyinənləri də öldürsün.

Adamlar başa düşmürlər ki, gecə, hər kəsin yuxuda olduğu bir vaxtda insanların evləri başlarına uçub. İsmət vaxtıdır?! Bu vaxt çılpaq olsalar da, normaldır. Belə təfəkkür sahibləri həmin ərazidə olsalar, dağıntılar altında kömək istəyən çılpaq birini görsələr, inanıram ki, heç nə olmamış kimi üzlərini çevirib gedərlər.


Üzərində “Şəhidin heç geyinilməmiş corabları” yazılan bağlama... Doğrudur, təsirli, incidicidir. Amma bu corabı üstündə yazılan yazını görən kim geyinər? İnanmıram kimsə buna ürək etsin. Əgər istifadə olunmayacaqsa, niyə belə bir jest edilir? Demək, bu, yardımdan daha çox emosiyaların ifadəsidir.

Yeri gəlmişkən, nədənsə, bu cür hadisələr baş verəndə, həmişə haradansa “it ilində çəkilən” duyğularımızı ələk-vələk edəcək şəkillər, videolar ortalığa atılır. Nə qədər olar axı publikaya hesablanmış belə gedişlər?

Hadisələr ən pik həddinə isə bayaq gördüyüm videoda çatdı. Bir türk qardaş buradan yardım üçün göndərilmiş ayaqqabıları göstərib deyirdi: “Zibilliyə atacağınız əşyaları göndərməyin. Allah eşqinə. İnsan bunu necə geyinər?!”. Göstərdiyi ayaqqabıların birinin altı, birinin üstü yox idi. Adam deməyə söz tapmır. Vallah, ayıbdı.

Hər kəsin təlaşlı olması, ürəyinin yanması, yardım etməyə tələsməsi olduqca təbii və başa düşüləndir. Bunu qədərində və düzgün etsək olmaz?

İnanın bizim “duygu sömürü”müz türklərə lazım deyil. İndi onlara ən pis halda qida, pul, isti geyimlər və mənəvi dəstək lazımdır. Təbii ki, bunu da göstəriş üçün etməsək.


# 5616 dəfə oxunub

Oxşar xəbərlər

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər