Sırğa taxan oğlanları niyə qınayırıq?

Səttar Themuçin, yazar

Səttar Themuçin, yazar

18 mart 2022
# 10:30

Kulis.az Səttar Timuçinin “Evrika” yazısını təqdim edir.

İlk öncə onu deyim ki, insanları ədəbiyyata, kitaba yönəltməyin üsulunu tapmışam. Və ya mənə elə gəlir.

Bir-neçə gündür almancamı inkişaf etdirmək üçün bu məqsədlə yaradılmış platformaların birində Nina adlı gözəl, sarışın, yaşıl gözlü bir xanımla tanış oldum. Bir müddət sonra "Votsap" da yazışmağa başladıq. Söhbət necəsə ədəbiyyata, kitablara keçdi. Ninaya şeirlər, arada hekayələr, esselər yazdığımı dedim. Mənə böyük bir maraqla yanaşmağa başladı. Ona Azərbaycanda kitaba marağın o qədər də yüksək olmadığını bildirdim. Onun yaşadığı ölkədə bunun necə olduğunu soruşanda qəribə bir cavab aldım. Nə qədər doğru olduğunu düşündüm, sonra isə izah etdi:

– Bizim ölkədə kitab oxumayan insana pis baxırlar.

– Necə yəni?

– Yəni, kitab oxumayan insan ciddiyə alınmır, onun gördüyü işə ümid bəslənmir, cəmiyyət olaraq, dostları olaraq onları mədəni şəkildə qınayırıq.

– Belə çıxır sizdə kitab oxumaq məcburidir? Yəni, bir satıcı, ədəbiyyat ilə əlaqəsi olmayan, ona gərək olmayan insan niyə kitab oxusun səncə?

– Bilirsən, Səttar, satıcı belə, satışla bağlı, bizneslə bağlı kitablar oxumalı, araşdırmalı sonra bu işi görməlidir. Kitab deyəndə təkcə klassik və müasir ədəbiyyatı, hekayə və romanları nəzərdə tutmuruq. Onlar ən azı gördükləri işlərlə bağlı oxuyub, öz dünyagörüşünü artırmalıdırlar. Biz birdən varlanmaq üçün satışa atılan insanı ciddiyə almırıq, ona inanmırıq və mədəni şəkildə qınayır, ona gülürük. Bu ona və cəmiyyətimizə xeyir verir.

– Bəs o pərt olmur?

– Qoy olsun. Biz onu pərt edəcəyik, onu qınayacağıq, ona güləcəyik və sonda o oxuyacaq, araşdıracaq biz ona inanacayıq, güvənəcəyik.

– Nina, bizdə də bəzi şeylər qınanılır. Biz buna mental dəyərlər deyirik. Məsələn, bizdə yayda şortik geyinən oğlana pis baxırıq, qınayırıq ona gülürük. O da kor peşman olur daha qələt edib şortik geyinmir. Sırqa taxan oğlana pis baxırıq, elə vaxtı dəxlisiz səbəbdən anasını söyürük.

– Sən özün hifs et, müqəddəs Məryəm ana. Bəs şortiki yayda geyinmək lazımdır da.

– Yox, qış, yay fərq etmir. Biraz düzəlmə var amma hələ də qınanırıq.

– Qınamaq yaxşı üsuldur, Səttar, amma inkişaf olacaqsa.

– Bəs ədəbiyyatçılara, yazarlara münasibət necədir?

– Biz onlara bizdən fərqli insanlar kimi baxmırıq. Biz də cəmiyyat olaraq artıq ədəbiyyat nədir bilirik. Onlarla aramızda uçurum yoxdur, onlara yaxınıq. Biz onlardan fərqləndirən tək şey odur ki, biz də oxuyuruq amma onlar kimi yazmaq istedadımız yoxdur. Biz onların istedadına böyük hörmətlə yanaşırıq və anlayırıq ki, oxumaqla yazmaq ayrı-ayrı məsələlərdir.

Sonra isə başqa şeylərdən söhbət etdik.

Düşündükdən sonra qərara gəldim ki, biz mentalitet kimi bizim qanımıza, canımıza işləyən bu silahdan istifadə etməliyik. Bundan sonra kitab oxumayan insanlara istehza ilə gülməliyik. Kartof satan insanların kartofun saxlanma üsulları, onun tarixi və s. kimi məlumatları oxumadığı halda onunun gördüyü işə ciddi yanaşmamalıyıq. Bir sözlə hansı sahədə olursa olsun kitab oxumayan insana şortik geyinən oğlana, sırqa taxan oğlana göstərdiyimiz münasibəti göstərməliyik. Milli mentalitetə zidd kəliməsini kitab oxumayan insanları da əlavə etməliyik.Bir növ üslublu şəkildə qınamağı mexanizm şəklinə salmalıyıq. Cəmiyyət olaraq anlamalıyıq ki, oxumayan insan (ali savaddan söhbət getmir) faydasızdır. Milli elita öz var-dövlətinə görə, öz bizneslərinə görə yox ədəbiyyata, kitaba münasibəti ilə elita olmalıdır. Müəyyən kitab müsabiqələrinin maliyyələşdirilməsi ilə elita olmalıdır.

İnanın dostlar, düşünürəm ki, çıxış yolumuz və silahımız milli mentalitetdir. Biz dəyərlərimizi qorumamalıyıq, onları tozlu qutulardan çıxarıb təmizləməli əlavələr etməliyik. Xilasımız dəyər verdiklərimizdədir.

# 3202 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

22:07 20 avqust 2025
Məmməd İsmayıl  dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı - Yenilənib

Məmməd İsmayıl dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı- Yenilənib

18:30 20 avqust 2025
520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

17:05 20 avqust 2025
İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

17:00 20 avqust 2025
Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misir Bieannalisi 12 il sonra geri qayıdır

16:30 20 avqust 2025
Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

15:50 20 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər