Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir

Şəkidə IV Beynəlxalq Teatr Festivalı  keçirilir
3 dekabr 2024
# 18:41

Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalının açılışı keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri də iştirak edir.

Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur. Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr xadimləri, həmçinin şəkili teatrsevərlər iştirak ediblər. Mərasimdən əvvəl festival iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəki teatrının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Açılış mərasimində çıxışlarda qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır.

Sonra Şəki Dövlət Dram Teatrının Vilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa ediblər.

Tamaşada Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edilir. Səhnə əsərinin nümayişindən sonra teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 5-dək davam edəcək.

# 1932 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər