Səhv düşəndə yerimiz - Qabil

Səhv düşəndə yerimiz - Qabil
7 iyun 2024
# 12:01

Kulis.az Xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969

# 1137 dəfə oxunub

Oxşar xəbərlər

"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

10:08 4 oktyabr 2025
“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

18:01 3 oktyabr 2025
Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər