Səhnədə hönkür-hönkür ağladı, “Qoymayın ölüm!” deyib haray çəkdi – Hansı məşhur qadının ölümü Aslan İlyasovu sarsıtdı?

Səhnədə hönkür-hönkür ağladı, “Qoymayın ölüm!” deyib haray çəkdi – Hansı məşhur qadının ölümü Aslan İlyasovu sarsıtdı?
25 noyabr 2022
# 12:06

Kulis.az məşhur qarmon ustası Aslan İlyasov haqqında on maraqlı faktı təqdim edir.

Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.

***

Deyilənə görə, azadlıq hərəkatı zamanı o, Azadlıq meydanında çadır quraraq Salyandan meydana ərzaq gətizdirirmiş. Ordakı insanlara hər cür yardım göstərməyə çalışırmış. Tez-tez cəbhə bölgələrinə əsgərlərin yanına gedib konsertlə verirmiş. Hətta cəbhə bölgəsində əsgərlərə konsert verərkən sənətçi dostlarına tapşırıb ki, musiqinin səsini daha da artırın, düşmən görsün ki, biz ölməmişik, varıq.

Aslan İlyasovun sevilən musiqilərindən biri də "İndra Qandi" rəqsi olub. Musiqiçi bu rəqsi İndra Qandi öləndə yazıb. Özü müsahibələrində bu barədə deyir: “O qadın öldürüləndə mən pərişan oldum, sarsıldım. Ağbirçək bir qadın idi, öldürdülər. O zaman dayana bilmədim, bir rəqs yazdım, adını da qoydum "İndra Qandi". Bu rəqs də Dövlət Fondundadır. Axır vaxtlar mobil telefonlara da qoyublar”.

***

Deyilənə görə, Azərbaycan Dövlət Filarmoniyasında qarmon ifa edən zaman ifası ilə elə nalə çəkib ki, salonda əyləşənlərin hamısı, Aslan İlyasov özü də hönkür-hönkür ağlayıb.

***

Aslan İlyasovun qarmonuna bir çox məşhur və vəzifəli insanlar medalyon sancıblar. Bunlardan biri də general Məhərrəm Əliyev olub. Musiqiçi bu barədə xatirələrində deyir: “Məhərrəm Əliyevdən tutmuş digər generallara kimi hamısı mənə qızıl medalyon hədiyyə edib. Görürdülər, puldan qaçıram, çıxış yolunu qızıl medalyonda tapırdılar”.

Aslan İlyasov xalq tərəfindən sevilsə də, heç bir fəxri adı olmayıb. Buna görə musiqiçi son illər çox pis olurmuş:

“Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur? Mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video-görüntüsü var. Konsert verib, əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm. Bu boyda da haqsızlıq olar? Dünyaya gəlməyimə peşmanam. Adam nifrət edir”.

***

Aslan İlyasov sovet dövründə toylardan küllü miqdarda pul qazanan tək-tük sənətçilərdən olub. Azərbaycanda musiqiçilər arasında ilk “Mercedes 600” markalı avtomobili alan da Aslan İlyasov olub. Avtomobilin içərisində kondisioner olduğundan isti yay günlərində musiqiçi maşının şüşələrini bağlayıb sürürmüş. Kənardan baxanlar isə onun istidə bağlı maşının içərisində oturmasına baxıb gülürmüşlər.

Xəstəliyi ilə bağlı bir neçə dəfə əməliyyat olunan musiqiçi avtomobilini satışa çıxarıb. Ancaq efirdən bu xəbəri alan dostları onun maşınını satmasına razı olmayıb növbəti əməliyyat xərcini özləri ödəyiblər. Oğlunun sözlərinə görə ömrünün son günlərində sənətçinin yanına Ənvər Sadıqov və Sadıq Zərbəliyevdən başqa heç kim gəlməyib.


***

Sənətçi yatağa düşməzdən əvvəl müalicəsinə lazım olan məbləği qazanmaq üçün toylara getmək məcburiyyətində qalıb. Onun xəstəliyini bilən insanlar bir mahnı ifa etmək üçün onu toylarına çağırır, əvəzində yaxşı pul verirmişlər. Aslan İlyasov qaraciyər serrozundan əziyyət çəkib. Bir neçə dəfə ölümdən qayıdan musiqiçini son dəfə xəstəxanadan evə gətirəndə öləcəyini güman edərək üzü qibləyə tərəf çeviriblər. Lakin musiqiçi bundan sonra bir neçə ay da yaşayıb.

Aslan İlyasovun xəstəliyi ölümcül olsa da, o, heç bir dövlət qurumundan, vəzifəli şəxslərdən kömək istəməyib. Onun son arzularından biri ölməzdən əvvəl Zeynəb Xanlarovanı görmək olub. Ölümündən bir neçə gün əvvəl sənətçi göz yaşları içərisində bu sözləri deyib: "Sənət dostlarım əvvəllər içki içəndə gəlirdilər. İndi yatağa düşmüşəm, qapımı döyən yoxdur. Uşaqlarımın toyunu görə bilmədim. Ölmək istəmirəm. Qoymayın ölüm!" Sənətkar 22 dekabr 2013-cü ildə Bakı şəhərində vəfat edib. Salyan məzarlığında dəfn olunub.

# 2666 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər