Məşhur aktyor həbsxanadan gizli çıxarılıb

Məşhur aktyor həbsxanadan gizli çıxarılıb
9 aprel 2025
# 13:13

Aktyor Mixail Efremov məhkəmənin hökmü ilə cəza çəkdiyi Belqorod vilayətində cəzaçəkmə müəssisəsindən azad edilib.

Kulis.az xəbər verir ki, Efremov müəssisənin qapısına toplaşan çoxsaylı mətbuat nümayəndələri ilə görüşməmək üçün gizli şəkildə həbsxana ərazisindən çıxarılıb. Bu baərəd onun vəkili Yuri Padalko mlumat yayıb.

Bundan əvvəl, 2025-ci il martın sonunda Belqorod vilayətinin Alekseevski Rayon Məhkəməsi Mixail Efremovun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Məhkəmə iclasında sənətçi spirtli içkidən əl çəkəcəyini və bir daha avtomobil sürməyəcəyinə söz verib, peşman olduğunu bildirib və günahını etiraf edib.

2020-ci ilin iyun ayında Mixail Efremovun idarə etdiyi avtomobil qarşıdan gələn mikroavtobusla toqquşub. Mikroavtobusun sürücüsü Sergey Zaxarova hadisə yerində ölüb. Ekspertiza Efremovun sərxoş vəziyyətdə olduğunu təsdiqləyib.

2020-ci ilin sentyabrında məhkəmə Mixail Efremovu ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra şikayətə baxılıb, Moskva Şəhər Məhkəməsi cəzanı 7 il yarıma endirib. 2025-ci il fevralın sonunda Alekseyevkada IK-4-də olan Efremov vaxtından əvvəl azadlığa buraxılması üçün vəsatət qaldırıb.

Vəkilin sözlərinə görə, müalicədən sonra M.Yefremov işə qayıdacaq: “Çox istedadlı sənətkar olduğu üçün. Peşəsini çox sevir, çox darıxırdı. Hətta burada da, bilirsiniz, mümkün qədər qısametrajlı filmlər çəkdi”.

Qeyd olunur ki, M.Yefremovun xroniki ağciyər xəstəliyi ağırlaşıb. O, Moskvada müalicə olunacaq.

# 640 dəfə oxunub

Oxşar xəbərlər

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

21:57 17 aprel 2025
"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?

"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?

18:35 17 aprel 2025
“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü

“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü

18:20 17 aprel 2025
Van Damm Putinə müraciət etdi

Van Damm Putinə müraciət etdi

17:55 17 aprel 2025
"Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda

"Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda

16:50 17 aprel 2025
Emmi Mükafatlarının aparıcısı bəlli olub

Emmi Mükafatlarının aparıcısı bəlli olub

16:40 17 aprel 2025
#
#
# # #