Röya: "Artıq evlərimizə qayıdırıq!"

Röya:  "Artıq evlərimizə qayıdırıq!"
29 yanvar 2024
# 13:43

“Qarabağımıza artıq Böyük Qayıdış başlayıb. Bu prosesi çox böyük sevgiylə tək mən yox, bütün azərbaycanlılar izləyir”.

Kulis.az xəbər verir ki, ki, bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı Xalq artisti Röya Ayxan deyib.

Estrada ulduzu sözlərinə belə davam edib:

“Belə bir qayıdışda iştirak etdiyim üçün çox şanslıyam. Füzulidə də konsert verəndə baxdım ki, artıq əhali oradadır. Yavaş-yavaş hər kəs öz evinə gəlir. Arzularım sənətimlə bağlıdır. Orada böyük orkestrlə konsert vermək istəyirəm. Əminəm ki, mənə qismət olacaq. Sevərək evlərinizə dönün, birlikdə o gözəl günləri yaşayaq, bayramları sizin yanınızda olum. Biz artıq evlərimizə qayıdırıq!”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.

Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var. Dövlət Komitəsi bununla bağlı hazırlanmış videoçarxları təqdim edir.

Olay.az

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

14:30 14 iyul 2026
Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

13:52 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər