Raqif Raufoğlunun yeni romanı çap olundu

Raqif Raufoğlunun yeni romanı çap olundu
8 aprel 2024
# 18:44

Yazıçı-şair, radio aparcısı Raqif Raufoğlunun "Ustad" romanı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, oman Azərbaycan tarixinə fərqli yanaşma əsasında qələmə alınıb. Milli və irfani kimlik məsələsinin ön planda olduğu və ayrı-ayrı tərəflərinin incəliyinə qədər araşdırıldığı bu əsərdə oxucuya müasir dillə bir çox alternativlər təqdim edilir. "Ustad" janr və üslub baxımından alışmadığı-mız tərzdə, fərqli təhkiyə üslubunda yazılıb. Reallıqla mistikanın sərhədində baş verən hadisələr oxucunu dilemma qarşısında qoyub çaşdırsa da, əsərdə bir çox suallara maraqlı və ağlabatan cavablar tapmaq mümkündür.

“TEAS Press” nəşriyyat evində çapdan çıxan kitabın redaktorları Cəlil Cavanşir, Kərim Kərimli, korrektoru Flora Əliyeva, texniki redaktoru Vüsalə Babayevadır.

Qeyd edək ki, Raqif Raufoğlu 2001-ci ildən dövri mətbuatda çıxış edir. Bir müddət "Ənvər Paşa” və “Doqquz iklim" jurnallarının, həmçinin ATV telekanalında yayımlanan "Rəsmilər qeyri-rəsmi" verilişinin redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyinin – "Ölü yazarlar dərnəyi"nin yaradıcılarından biridir. Barak Obamanın "Atamın arzuları" ("Dreams from my father") kitabını Azərbaycan dilinə çevirərək 2009-cu ildə nəşr etdirib. 2011-ci ildə həmmüəllifi olduğu "Ölü yazarlar dərnəyi” kitabı, 2014-cü ildə "Qadağan olunmuş kitab" romanı və "Çirkinlik" əsəri işıq üzü görüb. 2003-cü ildə "Danışa bilsə dünya", 2020-ci ildə isə "Olar səni qucaqlayım" adlı şeirlər kitabları nəşr olunub. 2009-cu ildən "Azad Azərbaycan" (106.3 FM) radiosunun əməkdaşıdır.

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər